Tradução dos significados do Nobre Qur’an. - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Índice de tradução


Tradução dos significados Versículo: (21) Surah: Suratu An-Nur
۞ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَّبِعُواْ خُطُوَٰتِ ٱلشَّيۡطَٰنِۚ وَمَن يَتَّبِعۡ خُطُوَٰتِ ٱلشَّيۡطَٰنِ فَإِنَّهُۥ يَأۡمُرُ بِٱلۡفَحۡشَآءِ وَٱلۡمُنكَرِۚ وَلَوۡلَا فَضۡلُ ٱللَّهِ عَلَيۡكُمۡ وَرَحۡمَتُهُۥ مَا زَكَىٰ مِنكُم مِّنۡ أَحَدٍ أَبَدٗا وَلَٰكِنَّ ٱللَّهَ يُزَكِّي مَن يَشَآءُۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٞ
Ey Allaha iman gətirib Onun şəriətinə əməl edən kimsələr! Nəbadə şey­ta­nın batili bəzədiyi yollarına uyasınız. Kim şey­tanın yollarına uyarsa, bilsin ki, şeytan insanlara, dinin qəbul etməyib pis gördüyü iyrənc və yaramaz iş­ləri və sözləri əmr edir. Ey möminlər! Əgər Allahın si­zin üzərinizdə lütfü və mərhə­məti olma­saydı, sizdən tövbə edən heç bir kəs tövbəsi ilə günahlardan təmizlənməzdi. La­kin Allah qullarından istədiyini, tövbəsini qəbul etməklə təmizə çı­xarar. Allah dediyiniz sözləri eşidəndir və etdiyiniz əməlləri bi­ləndir. Bu xüsusda Ona heç bir şey qizli qalmaz. O, etdiyiniz əməllərin qarşılığını sizə verəcəkdir.
Os Tafssir em língua árabe:
Das notas do versículo nesta página:
• إغراءات الشيطان ووساوسه داعية إلى ارتكاب المعاصي، فليحذرها المؤمن.
• Şeytanın hiylələri və vəsvəsəsi insanı günah işləməyə sövq etdirər. Mömin kimsə gərək özünü bunlardan qorusun.

• التوفيق للتوبة والعمل الصالح من الله لا من العبد.
• Tövbəyə və saleh əmələ müvəffəq olmaq qulun əlində deyil, bu yalnız Allahın əlində olan bir işdir.

• العفو والصفح عن المسيء سبب لغفران الذنوب.
• Xəta etmiş kimsəni əfv edib bağışlamaq, günahların bağışlanmasına səbəbdir.

• قذف العفائف من كبائر الذنوب.
• İffətli qadınlara zina iftirası yaxmaq böyük günahlardandır.

• مشروعية الاستئذان لحماية النظر، والحفاظ على حرمة البيوت.
• Şəriət, gözü haramdan və ev sakinlərini gəfildən yad bir kimsənin onlara baxmasında qorumaq üçün evə daxil olmazdan əvvəl icazə alaraq daxil olmağı əmr etmişdir.

 
Tradução dos significados Versículo: (21) Surah: Suratu An-Nur
Índice de capítulos Número de página
 
Tradução dos significados do Nobre Qur’an. - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Índice de tradução

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Fechar