Check out the new design

Tradução dos significados do Nobre Qur’an. - Tradução azeri de interpretação abreviada do Nobre Alcorão. * - Índice de tradução


Tradução dos significados Versículo: (14) Surah: Ash-Shura
وَمَا تَفَرَّقُوٓاْ إِلَّا مِنۢ بَعۡدِ مَا جَآءَهُمُ ٱلۡعِلۡمُ بَغۡيَۢا بَيۡنَهُمۡۚ وَلَوۡلَا كَلِمَةٞ سَبَقَتۡ مِن رَّبِّكَ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗى لَّقُضِيَ بَيۡنَهُمۡۚ وَإِنَّ ٱلَّذِينَ أُورِثُواْ ٱلۡكِتَٰبَ مِنۢ بَعۡدِهِمۡ لَفِي شَكّٖ مِّنۡهُ مُرِيبٖ
Muhəmməd (səllallahu aleyhi və səlləm) peyğəmbər göndərilib kafirlərin və müşriklərin əleyhinə dəlil-sübut göstərdik­dən sonra, onlar firqələrə ayrıldılar. Onların firqələrə bölünmələrin səbəbi isə haqsızlıq və zülm etmək oldu. Əgər Allahın əzəli elmində, onlara verəcək əzabın müəyyən edilmiş vaxtadək - qiyamət gününədək təxirə salacağına dair söz verilmiş ol­ma­saydı, Allah onların arasında hökm verər və Allah küfr etdiklərinə, həmçinin, Onun peyğəmbərlərini yalançı saydıqlarına görə onları dərhal əzaba düçar edərdi. Müşriklərdən və öz sələflərindən sonra Tövrata varis olan yəhudilər və İncilə varis olan nəsranilər Muhəmmədin (səllallahu aleyhi və səlləm) gətirdiyi bu Qurana şəkk edir və yalan sayırlar.
Os Tafssir em língua árabe:
Das notas do versículo nesta página:
• دين الأنبياء في أصوله دين واحد.
Peyğəmbərlərin dininin əsası eynidir.

• أهمية وحدة الكلمة، وخطر الاختلاف فيها.
Bir kəlmə üzərində birləşməyin əhəmiyyətli, bunda ixtilaf etməyin isə təhlükəli olması.

• من مقومات نجاح الدعوة إلى الله: صحة المبدأ، والاستقامة عليه، والبعد عن اتباع الأهواء، والعدل، والتركيز على المشترك، وترك الجدال العقيم، والتذكير بالمصير المشترك.
Allahın dininə dəvət edərkən uğur əldə etməyi təmin edən amillər bunlardır: doğru olandan başlamaq, o yolda sabitqədəm olmaq, nəfsin istəklərindən uzaq durmaq, ortaq məsələlərdə diqqətli və ədalətli mövqey nümayiş etdirmək, səmərəsiz mübahisələri tərk etmək və dəvət olunan adama dönəcəyi yeri xatırlatmaq.

 
Tradução dos significados Versículo: (14) Surah: Ash-Shura
Índice de capítulos Número de página
 
Tradução dos significados do Nobre Qur’an. - Tradução azeri de interpretação abreviada do Nobre Alcorão. - Índice de tradução

emitido pelo Centro de Tafssir para Estudos do Alcorão

Fechar