Tradução dos significados do Nobre Qur’an. - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Índice de tradução


Tradução dos significados Versículo: (12) Surah: Suratu Al-Ahqaf
وَمِن قَبۡلِهِۦ كِتَٰبُ مُوسَىٰٓ إِمَامٗا وَرَحۡمَةٗۚ وَهَٰذَا كِتَٰبٞ مُّصَدِّقٞ لِّسَانًا عَرَبِيّٗا لِّيُنذِرَ ٱلَّذِينَ ظَلَمُواْ وَبُشۡرَىٰ لِلۡمُحۡسِنِينَ
Bu Qurandan əvvəl Allahın Musaya (aleyhissəlam) nazil etdiyi, haqq yolu göstərən bir rəhbər və İsrail oğullarından iman gətirib tabe olanlar üçün bir mərhəmət sayılan Tövrat var idi. Muhəmmədə (səllallahu aleyhi və səlləm) nazil edilmiş bu Quran isə, Allaha şərik qoşmaq və günah işlər görməklə özlərinə zülm edən kimsələri qor­xut­maq, habelə, həm Xaliqlə, həm də məxluqla öz arasında olan əlaqələrini düzəldən yaxşı əməl sahiblərinə müjdə ver­mək üçün, ərəb di­lin­də nazil edilmiş və əvvəlkiləri təs­diq edən bir kitabdır.
Os Tafssir em língua árabe:
Das notas do versículo nesta página:
• كل من عُبِد من دون الله ينكر على من عبده من الكافرين.
Allahdan başqa kimə ibadət edilərsə, o kimsə ona ibadət edən kafirlərin ona ibadət etmələrini inkar edəcəkdir.

• عدم معرفة النبي صلى الله عليه وسلم بالغيب إلا ما أطلعه الله عليه منه.
Allahın Peyğəmbərə (səllallahu aleyhi və səlləm) öyrətdiyi qeyb elmindən başqa onun qeybdən heç bir şey bilməməsi.

• وجود ما يثبت نبوّة نبينا صلى الله عليه وسلم في الكتب السابقة.
Əvvəlki səmavi kitablarda Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) peyğəmbərliyini isbat edən dəlillərin möcud olması.

• بيان فضل الاستقامة وجزاء أصحابها.
Düz yolda olmağı fəziləti və bu yolda olan kimsələrin mükafatlandırılmasının bəyanı.

 
Tradução dos significados Versículo: (12) Surah: Suratu Al-Ahqaf
Índice de capítulos Número de página
 
Tradução dos significados do Nobre Qur’an. - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Índice de tradução

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Fechar