Tradução dos significados do Nobre Qur’an. - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Índice de tradução


Tradução dos significados Versículo: (23) Surah: Suratu Al-Hashr
هُوَ ٱللَّهُ ٱلَّذِي لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلۡمَلِكُ ٱلۡقُدُّوسُ ٱلسَّلَٰمُ ٱلۡمُؤۡمِنُ ٱلۡمُهَيۡمِنُ ٱلۡعَزِيزُ ٱلۡجَبَّارُ ٱلۡمُتَكَبِّرُۚ سُبۡحَٰنَ ٱللَّهِ عَمَّا يُشۡرِكُونَ
O, Özündən başqa haqq məbud olmayan, qeybdə və aşkarda olanları bilən, heç bir şey Özünə gizli qalmayan Allahdır. O, dünyada da, axirətdə də, həm mərhəmətli, həm də rəhmlidir və Onun rəhməti aləmləri bürümüşdür. O, (Özündən başqa haqq məbud olmayan), hökmdar, hər bir nöqsandan uzaq və uca, eləcə də, hər bir eybdən salamat olan, tutarlı ayələrlə elçilərinin doğru danışdığını təsdiq edən, qularının əməllərinə nəzarət edən, heç kəsin qalib gələ bilməyəcəyi qüdrətli, Öz gücü və qüdrətli ilə hər şeyi istila edən, məğrur Allahdır. Allah müşriklərin Ona şərik qoşduqları bütlərdən və başqa şeylərdən uca və uludur.
Os Tafssir em língua árabe:
Das notas do versículo nesta página:
• من علامات توفيق الله للمؤمن أنه يحاسب نفسه في الدنيا قبل حسابها يوم القيامة.
Mömin bir kimsənin, qiyamət günü haqq-hesaba çəkilməzdən əvvəl bu dünyada özünü hesaba çəkməsi, Allahın ona verdiyi müvəffəqiyyət əlamətlərindən biridir.

• في تذكير العباد بشدة أثر القرآن على الجبل العظيم؛ تنبيه على أنهم أحق بهذا التأثر لما فيهم من الضعف.
İnsanlara Quranın əzəmətli dağa çox güclü təsir göstərməsini xatırlatmaqda məqsəd, onların zəif məxluq olduğundan dolayı Qurandan daha çox təsirlənə biləcəklərini onlara bildirməkdir.

• أشارت الأسماء (الخالق، البارئ، المصور) إلى مراحل تكوين المخلوق من التقدير له، ثم إيجاده، ثم جعل له صورة خاصة به، وبذكر أحدها مفردًا فإنه يدل على البقية.
Allahın xaliq, yoxdan yaradan və surətverən adları məxluqatın yaradılış mərhələlərinə - əvvəlcə onun qədərinin yazılmasına, sonra yoxdan yaranmasına, daha sonra da ona özünə layiq surət verilməsinə işarə edir. Bu adlardan birinin ayrıca zikr edilməsi Uca Allahın bundan başqa adlarının da olduğuna dəlalət edir.

 
Tradução dos significados Versículo: (23) Surah: Suratu Al-Hashr
Índice de capítulos Número de página
 
Tradução dos significados do Nobre Qur’an. - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Índice de tradução

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Fechar