Check out the new design

Tradução dos significados do Nobre Qur’an. - Tradução azeri de interpretação abreviada do Nobre Alcorão. * - Índice de tradução


Tradução dos significados Surah: Al-Bayyinah   Versículo:

əl-Beyyinə

Dos propósitos do capítulo:
بيان كمال الرسالة المحمدية ووضوحها.
Muhəmmədin -səllallahu aleyhi və səlləm- risalətinin kamil və aydın olmasının bəyan edilməsi.

لَمۡ يَكُنِ ٱلَّذِينَ كَفَرُواْ مِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ وَٱلۡمُشۡرِكِينَ مُنفَكِّينَ حَتَّىٰ تَأۡتِيَهُمُ ٱلۡبَيِّنَةُ
Yəhudilərdən, nəsranilərdən və müşriklərdən küfr edənlər, özlərinə aydın bir dəlil və açıq-aşkar bir əsas gəlməyənə qədər, hamılıqla qəbul edib üzərində ittifaq etdikləri küfrü tərk edən deyillər.
Os Tafssir em língua árabe:
رَسُولٞ مِّنَ ٱللَّهِ يَتۡلُواْ صُحُفٗا مُّطَهَّرَةٗ
Bu aydın dəlil və açıq-aşkar əsas, təmiz olanlardan başqa heç kəsin toxunmadığı pak səhifələri oxuyan, Allahın göndərdiyi rəsuldur.
Os Tafssir em língua árabe:
فِيهَا كُتُبٞ قَيِّمَةٞ
O səhifələrin içində doğru yazılar və ədalətli hökmlər vardır. Bu yazılar və hökmlər insanları islah olunmağa və doğru yol tutmağa yönəldir.
Os Tafssir em língua árabe:
وَمَا تَفَرَّقَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ إِلَّا مِنۢ بَعۡدِ مَا جَآءَتۡهُمُ ٱلۡبَيِّنَةُ
Özlərinə Tövrat verilmiş yəhudilər, habelə, özlərinə İncil verilmiş nəsranilər yalnız Allah onlara Öz peyğəmbərini göndərdikdən sonra ixtilafa düşdülər. Onlardan kimisi İslam dinini qəbul etdi, kimisi də, peyğəmbərinin doğru danışdığını bilə-bilə öz küfründə davam etdi.
Os Tafssir em língua árabe:
وَمَآ أُمِرُوٓاْ إِلَّا لِيَعۡبُدُواْ ٱللَّهَ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَ حُنَفَآءَ وَيُقِيمُواْ ٱلصَّلَوٰةَ وَيُؤۡتُواْ ٱلزَّكَوٰةَۚ وَذَٰلِكَ دِينُ ٱلۡقَيِّمَةِ
Yəhudilərin və nəsranilərin cinayəti və inadkarlıqları ondan bəlli olur ki, bu Quranda onlara sadəcə öz kitablarında əmr edilənlər - təkcə Allaha ibadət edib heç nəyi Ona şərik qoşmamaq, namaz qılmaq və zəkat vermək əmr edilmişdir. Onlara əmr edilən din, içində heç bir əyriliyi olmayan doğru dindir.
Os Tafssir em língua árabe:
Das notas do versículo nesta página:
• فضل ليلة القدر على سائر ليالي العام.
Qədr gecəsinin ilin digər gecələrindən fəzilətli olması.

• الإخلاص في العبادة من شروط قَبولها.
İbadətin ixlasla yalnız Allah üçün olması, iİbadətin qəbul edilməsi üçün qoyulmuş şərtlərdən biridir.

• اتفاق الشرائع في الأصول مَدعاة لقبول الرسالة.
Dinin əsaslarında (səmavi) şəriətlərin eyni olması, risalətin qəbul edilməsi üçün səbəbdir.

 
Tradução dos significados Surah: Al-Bayyinah
Índice de capítulos Número de página
 
Tradução dos significados do Nobre Qur’an. - Tradução azeri de interpretação abreviada do Nobre Alcorão. - Índice de tradução

emitido pelo Centro de Tafssir para Estudos do Alcorão

Fechar