Check out the new design

Tradução dos significados do Nobre Qur’an. - Tradução do Azerbaijão - Ali Khan Musaev * - Índice de tradução

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Tradução dos significados Surah: Ad-Dukhan   Versículo:
إِنَّ يَوۡمَ ٱلۡفَصۡلِ مِيقَٰتُهُمۡ أَجۡمَعِينَ
Şübhəsiz ki, ayırd etmə günü onların hamısı üçün müəyyən olunmuş vaxtdır.
Os Tafssir em língua árabe:
يَوۡمَ لَا يُغۡنِي مَوۡلًى عَن مَّوۡلٗى شَيۡـٔٗا وَلَا هُمۡ يُنصَرُونَ
O gün dost dosta heç bir şeylə fayda verə bilməyəcək, onlara kömək də edilməyəcək.
Os Tafssir em língua árabe:
إِلَّا مَن رَّحِمَ ٱللَّهُۚ إِنَّهُۥ هُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ
Yalnız Allahın rəhm etdiyi kimsədən başqa! Həqiqətən, O, Qüdrətlidir, Rəhmlidir.
Os Tafssir em língua árabe:
إِنَّ شَجَرَتَ ٱلزَّقُّومِ
Həqiqətən, (Cəhənnəmdəki) zəqqum ağacı.
Os Tafssir em língua árabe:
طَعَامُ ٱلۡأَثِيمِ
Günahkar kimsənin yeməyidir.
Os Tafssir em língua árabe:
كَٱلۡمُهۡلِ يَغۡلِي فِي ٱلۡبُطُونِ
(Zəqqum ağacının meyvəsi) əridilmiş yağ (yaxud mis) kimi qarınlarda qaynayar –
Os Tafssir em língua árabe:
كَغَلۡيِ ٱلۡحَمِيمِ
qaynar suyun qaynaması kimi.
Os Tafssir em língua árabe:
خُذُوهُ فَٱعۡتِلُوهُ إِلَىٰ سَوَآءِ ٱلۡجَحِيمِ
Onu (günahkar kimsəni) tutub Cəhənnəmin ortasına sürükləyin!
Os Tafssir em língua árabe:
ثُمَّ صُبُّواْ فَوۡقَ رَأۡسِهِۦ مِنۡ عَذَابِ ٱلۡحَمِيمِ
Sonra başının üstünə əzab olaraq qaynar sudan tökün!
Os Tafssir em língua árabe:
ذُقۡ إِنَّكَ أَنتَ ٱلۡعَزِيزُ ٱلۡكَرِيمُ
(Sonra ona belə deyilər:) Dad (bu əzabı!) Sən ki qüdrətli və hörmətli birisi idin.
Os Tafssir em língua árabe:
إِنَّ هَٰذَا مَا كُنتُم بِهِۦ تَمۡتَرُونَ
Bu, sizin (dünyada ikən) şübhə etdiyiniz əzabdır!
Os Tafssir em língua árabe:
إِنَّ ٱلۡمُتَّقِينَ فِي مَقَامٍ أَمِينٖ
Müttəqilər isə əmin-aman bir məqamda –
Os Tafssir em língua árabe:
فِي جَنَّٰتٖ وَعُيُونٖ
bağçalarda və çeşmələr başında olacaqlar!
Os Tafssir em língua árabe:
يَلۡبَسُونَ مِن سُندُسٖ وَإِسۡتَبۡرَقٖ مُّتَقَٰبِلِينَ
Taftadan və atlazdan (nazik və qalın ipdən) libaslar geyib qarşı-qarşıya əyləşəcəklər.
Os Tafssir em língua árabe:
كَذَٰلِكَ وَزَوَّجۡنَٰهُم بِحُورٍ عِينٖ
Bu belədir! (Üstəlik) onları iri qara gözlü hurilərlə də evləndirəcəyik.
Os Tafssir em língua árabe:
يَدۡعُونَ فِيهَا بِكُلِّ فَٰكِهَةٍ ءَامِنِينَ
Onlar orada əmin-amanlıq içində hər meyvədən istəyəcəklər.
Os Tafssir em língua árabe:
لَا يَذُوقُونَ فِيهَا ٱلۡمَوۡتَ إِلَّا ٱلۡمَوۡتَةَ ٱلۡأُولَىٰۖ وَوَقَىٰهُمۡ عَذَابَ ٱلۡجَحِيمِ
Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar. (Allah) onları Cəhənnəm əzabından qorumuşdur.
Os Tafssir em língua árabe:
فَضۡلٗا مِّن رَّبِّكَۚ ذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ
(Bunlar) Rəbbindən bir lütf olaraq (verilmişdir). Bu, böyük uğurdur.
Os Tafssir em língua árabe:
فَإِنَّمَا يَسَّرۡنَٰهُ بِلِسَانِكَ لَعَلَّهُمۡ يَتَذَكَّرُونَ
(Ey Peyğəmbər!) Biz onu (Quranı) sənin dilində asanlaşdırdıq ki, bəlkə ibrət alsınlar.
Os Tafssir em língua árabe:
فَٱرۡتَقِبۡ إِنَّهُم مُّرۡتَقِبُونَ
(Ey Peyğəmbər!) Sən (Allahın zəfərini, müşriklərin həlakını) gözlə! Şübhəsiz ki, onlar da (sənin ölümünü) gözləyirlər.
Os Tafssir em língua árabe:
 
Tradução dos significados Surah: Ad-Dukhan
Índice de capítulos Número de página
 
Tradução dos significados do Nobre Qur’an. - Tradução do Azerbaijão - Ali Khan Musaev - Índice de tradução

Traduzido por Ali Khan Mosaiv. Desenvolvido sob a supervisão do Centro de Tradução Rowwad. A tradução original está disponível para sugestões.

Fechar