Check out the new design

Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro bya Qur'an Ntagatifu mu rurimi rw'igiazeri, bikaba ari incamacye y'ibisobanuro bya Qur'an Ntagatifu. * - Ishakiro ry'ibisobanuro


Ibisobanuro by'amagambo Isura: Mariam   Umurongo:
أَفَرَءَيۡتَ ٱلَّذِي كَفَرَ بِـَٔايَٰتِنَا وَقَالَ لَأُوتَيَنَّ مَالٗا وَوَلَدًا
Ey Peyğəmbər! Açıq-aydın dəlillərimizi və əzabımızı inkar edib: "Əgər mən ölüb, yenidən dirilməli olsam, mənə hök­mən çoxlu var-dövlət və öv­lad ve­ri­lə­cək­!" – deyən ada­mı gördünmü?
Ibisobanuro by'icyarabu:
أَطَّلَعَ ٱلۡغَيۡبَ أَمِ ٱتَّخَذَ عِندَ ٱلرَّحۡمَٰنِ عَهۡدٗا
Olmaya, o, qeybdən xə­bər­dardır və ya əlində bir dəlil olduğu üçün belə demişdir?! Yoxsa Rəbbindən onu Cənnətə daxil edəcəyinə və ona çoxlu var-dövlət və öv­lad ve­rəcəyinə dair vəd almışdır?!
Ibisobanuro by'icyarabu:
كَلَّاۚ سَنَكۡتُبُ مَا يَقُولُ وَنَمُدُّ لَهُۥ مِنَ ٱلۡعَذَابِ مَدّٗا
Bu, heç də onun iddia etdiyi kimi deyildir. Biz onun söylədiklərini və etdiklərini yaza­caq və bunun batil bir iddiada olduğu üçün əzabına əzab qatacağıq.
Ibisobanuro by'icyarabu:
وَنَرِثُهُۥ مَا يَقُولُ وَيَأۡتِينَا فَرۡدٗا
Biz onu həlak etdikdən sonra tərk etdiyi var-dövlətinə və oğul-uşağına Biz varis olacağıq, qiyamət günü hüzurumuza dünyada kef çəkdiyi var-dövləti və cah-cəlalı əlindən alınmış bir halda, heç nəsiz, tək-tən­ha gələ­cək­dir.
Ibisobanuro by'icyarabu:
وَٱتَّخَذُواْ مِن دُونِ ٱللَّهِ ءَالِهَةٗ لِّيَكُونُواْ لَهُمۡ عِزّٗا
Müşriklər özlərinə yardım edib, dəstək olsun deyə özləri üçün Allahdan başqa məbudlar qəbul etdilər.
Ibisobanuro by'icyarabu:
كَلَّاۚ سَيَكۡفُرُونَ بِعِبَادَتِهِمۡ وَيَكُونُونَ عَلَيۡهِمۡ ضِدًّا
Xeyr! Bu heç də onların iddia etdiyi kimi deyildir. Onların Allahdan başqa ibadət etdikləri bütləri, Qiyamət günü müşriklərin onlara etdikləri ibadəti inkar edəcək, onlardan uzaq olub, onların düşməni olacaqlar.
Ibisobanuro by'icyarabu:
أَلَمۡ تَرَ أَنَّآ أَرۡسَلۡنَا ٱلشَّيَٰطِينَ عَلَى ٱلۡكَٰفِرِينَ تَؤُزُّهُمۡ أَزّٗا
Ey Peyğəmbər! Məgər şeytanları kafirlərin üstünə göndərib on­ları günaha sövq etdirdiyini, onların üzərində hökmüranlıq etdiklərini və onları Allahın dinində azdırmaq üçün əlindən gələn hər bir şeyi etdiyini gör­mür­sənmi?
Ibisobanuro by'icyarabu:
فَلَا تَعۡجَلۡ عَلَيۡهِمۡۖ إِنَّمَا نَعُدُّ لَهُمۡ عَدّٗا
Ey Peyğəmbər! Onların həlak olmasını Uca Allahdan diləməyə tələsmə. Biz onların günlərini sayırıq. Onlara verilən vaxt sona yetdikdə, layiq olduqları əzabı onlara dadıracağıq.
Ibisobanuro by'icyarabu:
يَوۡمَ نَحۡشُرُ ٱلۡمُتَّقِينَ إِلَى ٱلرَّحۡمَٰنِ وَفۡدٗا
Ey Peyğəmbər! Rəbbinin əmrlərini yerinə yetirib, qadağalarından çəkinən müttəqiləri, Qiyamət günü Allahın hüzuruna hör­mət­li və izzətli qonaqlar olaraq toplayacağımız günü xatırla.
Ibisobanuro by'icyarabu:
وَنَسُوقُ ٱلۡمُجۡرِمِينَ إِلَىٰ جَهَنَّمَ وِرۡدٗا
Kafirləri isə Cəhən­nə­mə su­samış olduqları halda gətirəcəklər.
Ibisobanuro by'icyarabu:
لَّا يَمۡلِكُونَ ٱلشَّفَٰعَةَ إِلَّا مَنِ ٱتَّخَذَ عِندَ ٱلرَّحۡمَٰنِ عَهۡدٗا
Kafirlər qiyamət gününü bir-birlərinə şəfaət etməyə qadir olmayacaqlar. Ancaq dünya da ikən Allaha və Rəsuluna iman etdiklərindən dolayı özlərinə vəd verilən kimsələr bu şəfaətə nail olacaqdır.
Ibisobanuro by'icyarabu:
وَقَالُواْ ٱتَّخَذَ ٱلرَّحۡمَٰنُ وَلَدٗا
Yəhudilər, nəsranilər və bəzi müşriklər: "Mərhəmətli Allah özü­nə öv­lad götürmüşdür!" – de­dilər.
Ibisobanuro by'icyarabu:
لَّقَدۡ جِئۡتُمۡ شَيۡـًٔا إِدّٗا
Ey bu sözü söyləyən kimsələr! Siz olduqca böyük bir günah etdiniz.
Ibisobanuro by'icyarabu:
تَكَادُ ٱلسَّمَٰوَٰتُ يَتَفَطَّرۡنَ مِنۡهُ وَتَنشَقُّ ٱلۡأَرۡضُ وَتَخِرُّ ٱلۡجِبَالُ هَدًّا
Söylədiyiniz bu piz sözdə dolayı az qala göylər par­ça­lan­sın, yer yarılsın və dağ­lar ye­rin­dən qo­pub parça-parça olsun –
Ibisobanuro by'icyarabu:
أَن دَعَوۡاْ لِلرَّحۡمَٰنِ وَلَدٗا
Bütün bunların hamısı onların Mərhəmətli Allaha övlad isnad etdik­lə­rinə görədir. Uca Allah onların söylədiklərindən ulu və ucadır.
Ibisobanuro by'icyarabu:
وَمَا يَنۢبَغِي لِلرَّحۡمَٰنِ أَن يَتَّخِذَ وَلَدًا
Mərhəmətli Allah bundan pak və münəzzəh olduğu üçün Özünə övlad götür­məsi yaraşmaz.
Ibisobanuro by'icyarabu:
إِن كُلُّ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ إِلَّآ ءَاتِي ٱلرَّحۡمَٰنِ عَبۡدٗا
Şübhəsiz ki, Qiyamət günü göylərdə və yerdə olanların - mələklərin, insanların və cinlərin hər biri Rəbbinin hüzuruna boynunu əyərək, zəlil bir halda gə­ləcəkdir.
Ibisobanuro by'icyarabu:
لَّقَدۡ أَحۡصَىٰهُمۡ وَعَدَّهُمۡ عَدّٗا
Uca Allah onların hamısını Öz elmi ilə əhatə etmiş və onları bir-bir saymış­dır. Onların əməllərində Allaha heç bir şey gizli qalmaz.
Ibisobanuro by'icyarabu:
وَكُلُّهُمۡ ءَاتِيهِ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فَرۡدًا
Qiya­mət günü onların hər biri Uca Allahın hüzuruna mal-dövləti və bir yardımçısı olmadan tək-tənha gə­lə­cəkdir.
Ibisobanuro by'icyarabu:
Inyungu dukura muri ayat kuri Uru rupapuro:
• تدل الآيات على سخف الكافر وسَذَاجة تفكيره، وتَمَنِّيه الأماني المعسولة، وهو سيجد نقيضها تمامًا في عالم الآخرة.
• Yuxarıda qeyd edilən ayələr kafirin ağılsızlığına, düşüncəsinin naqis olduğuna və onun şirin xəyyalar içərisində olduğuna dəlalət edir. O, axirət aləmində bunların tam əksini görəcəkdir.

• سلَّط الله الشياطين على الكافرين بالإغواء والإغراء بالشر، والإخراج من الطاعة إلى المعصية.
• Allah, kafirləri pisliklərə, günahlara və itaətdən uzaq edib asi əməllərə sövq etmək üçün şeytanları onların üzərində hökmüran etmişdir.

• أهل الفضل والعلم والصلاح يشفعون بإذن الله يوم القيامة.
• Fəzilət, elm və təqva sahibləri Qiyamət günü Allahın izni ilə şəfaətçi olacaqlar.

 
Ibisobanuro by'amagambo Isura: Mariam
Urutonde rw'amasura numero y'urupapuro
 
Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro bya Qur'an Ntagatifu mu rurimi rw'igiazeri, bikaba ari incamacye y'ibisobanuro bya Qur'an Ntagatifu. - Ishakiro ry'ibisobanuro

Yasohowe n'ikigo Tafsir of Quranic Studies.

Gufunga