Check out the new design

Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro bya Qur'an Ntagatifu mu rurimi rw'igiazeri, bikaba ari incamacye y'ibisobanuro bya Qur'an Ntagatifu. * - Ishakiro ry'ibisobanuro


Ibisobanuro by'amagambo Isura: Al Maidat   Umurongo:
۞ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَّخِذُواْ ٱلۡيَهُودَ وَٱلنَّصَٰرَىٰٓ أَوۡلِيَآءَۘ بَعۡضُهُمۡ أَوۡلِيَآءُ بَعۡضٖۚ وَمَن يَتَوَلَّهُم مِّنكُمۡ فَإِنَّهُۥ مِنۡهُمۡۗ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّٰلِمِينَ
Ey Allaha və Onun peyğəmbərinə iman gətirən kimsələr! Yə­hudi və nəsraniləri özünüzə yaxın dost, sirdaş etməyin! Çünki yəhudi və nəsranilərin hər biri, yalnız öz millətindən olanları özlərinə dost tutu­r­lar. Bu iki firqənin hər biri, sizə qarşı düşmənçilik bəsləyir. Siz­lərdən kim on­ları özü­nə dost tu­tarsa, o da onlar­dan­dır. Şübhəsiz ki, Allah za­lım qövmü, kafirlərləri özünə dost tutduğu üçün doğru yo­la yö­nəlt­məz.
Ibisobanuro by'icyarabu:
فَتَرَى ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ يُسَٰرِعُونَ فِيهِمۡ يَقُولُونَ نَخۡشَىٰٓ أَن تُصِيبَنَا دَآئِرَةٞۚ فَعَسَى ٱللَّهُ أَن يَأۡتِيَ بِٱلۡفَتۡحِ أَوۡ أَمۡرٖ مِّنۡ عِندِهِۦ فَيُصۡبِحُواْ عَلَىٰ مَآ أَسَرُّواْ فِيٓ أَنفُسِهِمۡ نَٰدِمِينَ
Ey Peyğəmbər! İmanı zəif olan münafiqlərin: "Yəhudi və nəsranilərin qələbə çalmasından və özlərinə dövlət qurub, onlardan bizə hər hansı bir pisliyin gəlmə­sindən qorxuruq"– deyə­rək onları özlərinə dost tutmağa can atdıqla­rını görərsən. Ola bilsin ki, Allah fəthi Öz elçisinə və möminlərə nəsib etsin, yaxud onları, yəhudilərin və ya onların tərəfdarların hücumundan müdafiə etsin və beləliklə də, onları özlərinə dost tutmağa can atanlar qəlblərindəki nifaqı giz­lətdik­lərindən dola­yı peş­man ol­sun­lar.
Ibisobanuro by'icyarabu:
وَيَقُولُ ٱلَّذِينَ ءَامَنُوٓاْ أَهَٰٓؤُلَآءِ ٱلَّذِينَ أَقۡسَمُواْ بِٱللَّهِ جَهۡدَ أَيۡمَٰنِهِمۡ إِنَّهُمۡ لَمَعَكُمۡۚ حَبِطَتۡ أَعۡمَٰلُهُمۡ فَأَصۡبَحُواْ خَٰسِرِينَ
Möminlər bu münafiqlərin halından təəccüb edərək de­yə­­cək­lər: "Ey Möminlər! İmanda, köməkdə və dostluqda sizinlə bir yerdə ola­caq­la­rı­na dair möh­kəm and içənlər bun­lar­dırmı?!" On­la­rın əməlləri batil oldu, məqsədləri boşa çıxdığı və onlara cəhənnəm əzabı hazırlandığı üçün ziyana uğ­ra­yan­lardan oldu­lar.
Ibisobanuro by'icyarabu:
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ مَن يَرۡتَدَّ مِنكُمۡ عَن دِينِهِۦ فَسَوۡفَ يَأۡتِي ٱللَّهُ بِقَوۡمٖ يُحِبُّهُمۡ وَيُحِبُّونَهُۥٓ أَذِلَّةٍ عَلَى ٱلۡمُؤۡمِنِينَ أَعِزَّةٍ عَلَى ٱلۡكَٰفِرِينَ يُجَٰهِدُونَ فِي سَبِيلِ ٱللَّهِ وَلَا يَخَافُونَ لَوۡمَةَ لَآئِمٖۚ ذَٰلِكَ فَضۡلُ ٱللَّهِ يُؤۡتِيهِ مَن يَشَآءُۚ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٌ
Ey iman gətirənlər! Siz­lər­dən kim dinindən dön­üb, küfrə qayıdarsa, bilsin ki, Allah onların əvəzinə dinlərində sabitqədəm olduqlarına görə, Allah onları, onlar da Allahı sevən, mömin­lərə qar­şı mərhəmətli, kafirlərə qarşı isə çox şiddətli olan, Allahın kəlməsi uca oldun deyə Allah yo­lun­da malları və canları ilə ci­had edən və Allahın razılığını bütün məxluqatın razılığından önə çəkdiyi üçün tə­nə edə­nin tənə­sindən qorx­mayan bir qövüm gətirər. Bu, Alla­hın qullarından istədiynə bəxş etdiyi bir ətasıdır. Allah geniş­ lütf və ehsan sahibidir. Allah kimin Onun lütfünə layiq olduğunu bilib, ona Öz lütfündən bəxş edər, kim də buna layiq olmazsa, onu Öz lütfündən məhrum edər.
Ibisobanuro by'icyarabu:
إِنَّمَا وَلِيُّكُمُ ٱللَّهُ وَرَسُولُهُۥ وَٱلَّذِينَ ءَامَنُواْ ٱلَّذِينَ يُقِيمُونَ ٱلصَّلَوٰةَ وَيُؤۡتُونَ ٱلزَّكَوٰةَ وَهُمۡ رَٰكِعُونَ
Yəhudilər, nəsranilər və onlardan başqa olan kafirlər sizin dostunuz deyildir. Əksinə sizin dostunuz və haminiz yalnız Allah, Onun rəsulu və Allaha zəlil halda bo­yun əyə­rək namazı kamil şəkildə qılan və mallarının zəkatını verən möminlərdir.
Ibisobanuro by'icyarabu:
وَمَن يَتَوَلَّ ٱللَّهَ وَرَسُولَهُۥ وَٱلَّذِينَ ءَامَنُواْ فَإِنَّ حِزۡبَ ٱللَّهِ هُمُ ٱلۡغَٰلِبُونَ
Kim Allahı, Onun rəsulunu - səllallahu aleyhi və səlləm - və möminləri onlara yardım etməklə özünə dost tu­tarsa, o, Allahın firqəsindəndir. Bilin ki, Allahın firqəsi məhz onlar qələbə çalanlardırlar, çünki onların yardımçısı Allahdır.
Ibisobanuro by'icyarabu:
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَّخِذُواْ ٱلَّذِينَ ٱتَّخَذُواْ دِينَكُمۡ هُزُوٗا وَلَعِبٗا مِّنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ مِن قَبۡلِكُمۡ وَٱلۡكُفَّارَ أَوۡلِيَآءَۚ وَٱتَّقُواْ ٱللَّهَ إِن كُنتُم مُّؤۡمِنِينَ
Ey iman gətirənlər! Siz­dən əvvəl Kitab verilən yəhudilərdən, nəsranilərdən və müşriklərdən di­ni­ni­zə istehza edib, onu oyun-oyun­caq hesab edənləri özü­nüzə yaxın dost və ya sirdaş tut­mayın. Əgər Allaha və sizə nazil etdiyinə iman gətirmisinizsə, Allahın sizi onlarla dostluq etmək qadağasından çəkinməklə Ondan qorxun.
Ibisobanuro by'icyarabu:
Inyungu dukura muri ayat kuri Uru rupapuro:
• التنبيه علي عقيدة الولاء والبراء التي تتلخص في الموالاة والمحبة لله ورسوله والمؤمنين، وبغض أهل الكفر وتجنُّب محبتهم.
• Allaha, Onun rəsuluna və möminlərə olan məhəbbət və sevgidən, kafirlərə isə nifrət və qəzəb bəsləməkdən əmələ gələn "Allah üçün sevmək və Allah üçün qəzəblənmək" əqidəsinə diqqət yetirmək.

• من صفات أهل النفاق: موالاة أعداء الله تعالى.
• Münafiqlərin sifətlərindən biri də: Uca Allahın düşmənləri ilə dostluq etməkdir.

• التخاذل والتقصير في نصرة الدين قد ينتج عنه استبدال المُقَصِّر والإتيان بغيره، ونزع شرف نصرة الدين عنه.
• Dinə yardım göstərməmək, yaxud bu işdə geridə qalmaq, bəzən bunu edən kimsənin yerinə başqa bir şəxslə əvəz edilməsi və ya dinə yardım etmə şərəfinin ondan alnması ilə nəticələnə bilər.

• التحذير من الساخرين بدين الله تعالى من الكفار وأهل النفاق، ومن موالاتهم.
• Uca Allahın dininə istehza edən kafirləri və münafiqləri özünə dost tutmaqdan və onları sevməkdən çəkindirmək.

 
Ibisobanuro by'amagambo Isura: Al Maidat
Urutonde rw'amasura numero y'urupapuro
 
Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro bya Qur'an Ntagatifu mu rurimi rw'igiazeri, bikaba ari incamacye y'ibisobanuro bya Qur'an Ntagatifu. - Ishakiro ry'ibisobanuro

Yasohowe n'ikigo Tafsir of Quranic Studies.

Gufunga