Ibisobanuro bya qoran ntagatifu - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Ishakiro ry'ibisobanuro


Ibisobanuro by'amagambo Umurongo: (48) Isura: Al An’fal
وَإِذۡ زَيَّنَ لَهُمُ ٱلشَّيۡطَٰنُ أَعۡمَٰلَهُمۡ وَقَالَ لَا غَالِبَ لَكُمُ ٱلۡيَوۡمَ مِنَ ٱلنَّاسِ وَإِنِّي جَارٞ لَّكُمۡۖ فَلَمَّا تَرَآءَتِ ٱلۡفِئَتَانِ نَكَصَ عَلَىٰ عَقِبَيۡهِ وَقَالَ إِنِّي بَرِيٓءٞ مِّنكُمۡ إِنِّيٓ أَرَىٰ مَا لَا تَرَوۡنَ إِنِّيٓ أَخَافُ ٱللَّهَۚ وَٱللَّهُ شَدِيدُ ٱلۡعِقَابِ
Ey möminlər! (bədr günü) Allahın sizə olan nemətini yadınıza salın. Belə ki, şeytan müşriklərə əməl­lə­ri­ni gözəl­ göstərib onları müsəlmanlarla qarşı-qarşıya gətirdi və onları döyüşə təhrik edərək: "Bu gün heç kəs sizə qalib gələ bil­məz. Mən sizə yar­dım edən və sizi düşməninizdən qoruyaram!"– demişdir. Elə ki, iki dəstə- mələklərin yardım etdiyi möminlər dəstəsi və şeytanın arxasını çevirib qaçaraq köməksiz qoyduğu müşriklərin dəstəsi ilə qarşı-qarşıya gəldi, şeytan müşriklərə: "Mən siz­dən uza­ğam. Mən möminlərə yardım etmək üçün gəlmiş mələkləri görü­rəm. Mən, Allahın məni həlak etməsindən qorxuram. Çünki Allah şiddətli cəza ve­rəndir. Onun əzabına kimsə tab gətirə bilməz"– de­mişdi.
Ibisobanuro by'icyarabu:
Inyungu dukura muri ayat kuri Uru rupapuro:
• البَطَر مرض خطير ينْخَرُ في تكوين شخصية الإنسان، ويُعَجِّل في تدمير كيان صاحبه.
• Təkəbbürlük insan şəxsiyyətinə xələl gətirən və insanı məhvə sürükləyən təhlükəli bir xəstəlikdir.

• الصبر يعين على تحمل الشدائد والمصاعب، وللصبر منفعة إلهية، وهي إعانة الله لمن صبر امتثالًا لأمره، وهذا مشاهد في تصرفات الحياة.
• Səbir insanı məşəqqətlər və müsibətlər qarşısında sarsılmamağa yardım edir. Səbirli olmağın İlahi bir mənfəəti Allahın səbrlə bağlı əmrini yerinə yetirənə yardım etməsidir. Bu dünya həyatında müşahidə olunan şeylərdəndir.

• التنازع والاختلاف من أسباب انقسام الأمة، وإنذار بالهزيمة والتراجع، وذهاب القوة والنصر والدولة.
• Mübahisə və ixtilaf etmək ümmətin parçalanmasına, zəyifləməsinə, güc-qüvvətin, qələbənin getməsinə və dövlətin məhv olmasına aparan səbəblərindəndir.

• الإيمان يوجب لصاحبه الإقدام على الأمور الهائلة التي لا يُقْدِم عليها الجيوش العظام.
• İman insanı böyük qoşunların edə bilmədiyi əzəmətli işləri etməyə sövq edir.

 
Ibisobanuro by'amagambo Umurongo: (48) Isura: Al An’fal
Urutonde rw'amasura numero y'urupapuro
 
Ibisobanuro bya qoran ntagatifu - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Ishakiro ry'ibisobanuro

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Gufunga