Check out the new design

ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විිවරණයේ සංෂිප්ත අනුවාදය - අසර්බයිජානු පරිවර්තනය * - පරිවර්තන පටුන


අර්ථ කථනය පරිච්ඡේදය: හූද්   වාක්‍යය:
قَالَ يَٰقَوۡمِ أَرَءَيۡتُمۡ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٖ مِّن رَّبِّي وَءَاتَىٰنِي مِنۡهُ رَحۡمَةٗ فَمَن يَنصُرُنِي مِنَ ٱللَّهِ إِنۡ عَصَيۡتُهُۥۖ فَمَا تَزِيدُونَنِي غَيۡرَ تَخۡسِيرٖ
Saleh öz qövmünə cavab olaraq belə dedi: "Ey qövmüm! Bir deyin gö­rək, əgər mən Rəb­bim­dən açıq-aydın bir dəlilə isti­nad edirəmsə, O da Öz tə­rəfin­dən mə­nə bir mərhəmət, peyğəmbərlik bəxş edib­sə və bundan sonra Rəbbimin sizə təbliğ etməyi mənə əmr etdiyi dini sizə təbliğ etməkdən boyun qaçıraraq Allaha asi ol­sam, Allahın əzabından məni kim qo­ruya bilər? Bu zaman siz, mənə Rəbbimin razılığından uzaqlaşmaqdan və azğınlıqdan baş­qa bir şey artır­ma­ya­caq­sınız.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَيَٰقَوۡمِ هَٰذِهِۦ نَاقَةُ ٱللَّهِ لَكُمۡ ءَايَةٗۖ فَذَرُوهَا تَأۡكُلۡ فِيٓ أَرۡضِ ٱللَّهِۖ وَلَا تَمَسُّوهَا بِسُوٓءٖ فَيَأۡخُذَكُمۡ عَذَابٞ قَرِيبٞ
Ey qövmüm! Allahın bu dişi dəvəsi sizin üçün mənim həqiqətən də Allah tərəfindən göndərilən bir peyğəmbər olduğuma dəlalət edəb bir əlamətdir. Bu­raxın onu Allahın torpa­ğında otlasın. Ona heç bir pislik etməyin, əks halda onu kəsdiyiniz vaxt yaxın bir zamanda sizi şiddətli əzab ya­xa­layar!"
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
فَعَقَرُوهَا فَقَالَ تَمَتَّعُواْ فِي دَارِكُمۡ ثَلَٰثَةَ أَيَّامٖۖ ذَٰلِكَ وَعۡدٌ غَيۡرُ مَكۡذُوبٖ
Onlar Salehi yalan saymaqda inadkarlıq edərək dəvə­ni kəs­di­lər. Belə olduqda Saleh onlara dedi: "Yur­du­nuz­da dəvən kəsdiyiniz gündən bəri üç gün həyatda kef eləyin. Bunda sonra sizə Allahın əzabı gələcək. Bu müddət bitdikdən sonra sizə mütləq, qaçılmaz və yalan olmayan əzab gələcəkdir. Əksinə o, haqq olan bir vəd­dir".
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
فَلَمَّا جَآءَ أَمۡرُنَا نَجَّيۡنَا صَٰلِحٗا وَٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥ بِرَحۡمَةٖ مِّنَّا وَمِنۡ خِزۡيِ يَوۡمِئِذٍۚ إِنَّ رَبَّكَ هُوَ ٱلۡقَوِيُّ ٱلۡعَزِيزُ
Onların həlak olacaqlarına dair əmrimiz gəldikdə, Biz Sale­hi və onun­la birlikdə iman gə­tirən­lə­ri Öz mər­həmətimizlə əzabdan və o günün rüsvayçı­lı­ğından, zillətindən xilas etdik. Ey Peyğəmbər! Həqiqətən, sənin Rəbbin kiminsə Ona qələbə çala bilməyəcəyi qədər qüv­vət­lidir. Elə buna görə də Allah, peyğəmbərləri yalan sayan bütün ümmətləri məhv etmişdir.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَأَخَذَ ٱلَّذِينَ ظَلَمُواْ ٱلصَّيۡحَةُ فَأَصۡبَحُواْ فِي دِيَٰرِهِمۡ جَٰثِمِينَ
Səmud qövmünü tükürpədici bir səs yaxaladı və onlar bu səsin şiddəti səbəbi ilə dərhal öldülər və üzü­qoy­lu düşüb qaldılar. Onlar, üzləri torpağa yapışıb qalmışdılıar.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
كَأَن لَّمۡ يَغۡنَوۡاْ فِيهَآۗ أَلَآ إِنَّ ثَمُودَاْ كَفَرُواْ رَبَّهُمۡۗ أَلَا بُعۡدٗا لِّثَمُودَ
Sanki onlar daha öncə öz diyarlarında nemətlər və bolluq içində heç yaşa­ma­mış­dılar. Bilin ki, Səmud qövmü öz Rəbbi olan Allaha küfr etdilər. Elə bu səbəbdən də onlar, əbədi olaraq Allahın rəhmətindən uzaqlaşdırıldılar.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَلَقَدۡ جَآءَتۡ رُسُلُنَآ إِبۡرَٰهِيمَ بِٱلۡبُشۡرَىٰ قَالُواْ سَلَٰمٗاۖ قَالَ سَلَٰمٞۖ فَمَا لَبِثَ أَن جَآءَ بِعِجۡلٍ حَنِيذٖ
Mələklər insan qiyafəsində İbrahimə - aleyhissəlam - gələrək, ona və zövcəsinə İs­haqın sonrada Yəqubun doğu­­lacağı barədə müjdə verdilər. Mələklər İbrahimə: "Salam!" – dedi­lər. İbrahimdə buna qarşılıq olaraq onlara: "Sa­­lam!" – de­di və İbrahim onların insan övladından olduqlarını zənn edib, onların yemək yemələri üçün dərhal gedib onlara qı­zar­dılmış bir buzov gə­tirdi.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
فَلَمَّا رَءَآ أَيۡدِيَهُمۡ لَا تَصِلُ إِلَيۡهِ نَكِرَهُمۡ وَأَوۡجَسَ مِنۡهُمۡ خِيفَةٗۚ قَالُواْ لَا تَخَفۡ إِنَّآ أُرۡسِلۡنَآ إِلَىٰ قَوۡمِ لُوطٖ
İbrahim onların qızardılmış buzova əl vur­madıqlarını və yeməkdən yemədiklərini gördük­də onların belə etməsi İbrahimin xoşu­na gəl­mədi və onlardan qorxduğunu qəlbində gizlədib onlara bildirmədi. Mələklər İbrahimin onlardan qorxduğunu ğördükdə, ona belə dedilər: "Bizdən qorx­ma! Allah bizi Lut qövmünə əzab vermək üçün göndərmişdir".
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَٱمۡرَأَتُهُۥ قَآئِمَةٞ فَضَحِكَتۡ فَبَشَّرۡنَٰهَا بِإِسۡحَٰقَ وَمِن وَرَآءِ إِسۡحَٰقَ يَعۡقُوبَ
İbrahimin arvadı Sara ayaq üstə dur­muşdu. Biz ona, onu sevindirəcək bir xəbəri, onun İshaqı dünyaya gətirəcəyini və İshaqında Yəqub adlı bir oğlu olacağı xəbərini verdik. O da, bu müjdə xəbərini eşitdiyinə görə güldü.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• عناد واستكبار المشركين حيث لم يؤمنوا بآية صالح عليه السلام وهي من أعظم الآيات.
• Müşriklər inadkarlıq və təkəbbürlük edərək Salehin - aleyhissəlam - gətirdiyi ən böyük mövcüzələrdən biri olan bu mövcüzəyə iman gətirmədilər.

• استحباب تبشير المؤمن بما هو خير له.
• Mömin kimsəni özü üçün xeyirli olan bir şeylə müjdələməyin müstəhəb olması.

• مشروعية السلام لمن دخل على غيره، ووجوب الرد.
• Bir kimsənin yanına daxil olduqda ona salam verməyin sünnə, salam verən kimsəyə isə salamın qaytarılımasının vacib olmasının bəyanı.

• وجوب إكرام الضيف.
• Qonağa hörmət etməyin vacib olması.

 
අර්ථ කථනය පරිච්ඡේදය: හූද්
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විිවරණයේ සංෂිප්ත අනුවාදය - අසර්බයිජානු පරිවර්තනය - පරිවර්තන පටුන

අල්කුර්ආන් අධ්‍යයන සඳහා වූ තෆ්සීර් මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලදී.

වසන්න