Check out the new design

Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi azerbajxhanisht * - Përmbajtja e përkthimeve


Përkthimi i kuptimeve Surja: En Nahl   Ajeti:

ən-Nəhl

Qëllimet e sures:
التذكير بالنعم الدالة على المنعم سبحانه وتعالى.
Uca və pak Allahın nemət bəxş edən oduğuna dəlalət edən nemətləri xatırlatmaq.

أَتَىٰٓ أَمۡرُ ٱللَّهِ فَلَا تَسۡتَعۡجِلُوهُۚ سُبۡحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ
Ey Kafirlər! Allahın sizlər üçün təqdir etdiyi əzabınız yaxınlaşdı. Odur ki, onun vaxtından əvvəl gəlməsini tələb etməyin. Bilik ki, Allah müş­riklərin Ona qoşduqları şəriklərdən pak və uca­dır.
Tefsiret në gjuhën arabe:
يُنَزِّلُ ٱلۡمَلَٰٓئِكَةَ بِٱلرُّوحِ مِنۡ أَمۡرِهِۦ عَلَىٰ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦٓ أَنۡ أَنذِرُوٓاْ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّآ أَنَا۠ فَٱتَّقُونِ
Allah istədiyi elçilərinə: "Ey Elçilər! İnsanları Allaha şərik qoşmaqdan çəkindirin. Ey İnsanlar! Məndən başqa ibadətə layiq olan haqq məbud yoxdur. Elə isə əmrlərimi yerinə yetirib və qadağalarımdan çəkinərək Məndən qorxun!" deyə təqdir etdiyi vəhyi, mələklərlə birgə endirdi.
Tefsiret në gjuhën arabe:
خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّۚ تَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ
Uca Allah göyləri və yeri daha öncə belə bir yaradılış olmadan, misilsiz bir şəkildə, haqq olaraq yarat­mışdır. Allah bunları əbəs yerə yaratmadı. Əksinə, Allah bunları, Onun nə qədər əzəmətli olduğuna əyani bir sübut olması üçün yaratdı. Allah müş­riklə­rin Ona qoş­duqları şə­riklərdən ucadır!
Tefsiret në gjuhën arabe:
خَلَقَ ٱلۡإِنسَٰنَ مِن نُّطۡفَةٖ فَإِذَا هُوَ خَصِيمٞ مُّبِينٞ
Allah insanı bir qətrə həqir sudan ya­rat­dı. Lakin o, böyüyüb boya-başa çatdıqdan sonra açıq-aydın olan batil ilə haqqı yox etmək üçün açıq-aşkar mübahi­səçi­yə çevrildi.
Tefsiret në gjuhën arabe:
وَٱلۡأَنۡعَٰمَ خَلَقَهَاۖ لَكُمۡ فِيهَا دِفۡءٞ وَمَنَٰفِعُ وَمِنۡهَا تَأۡكُلُونَ
Ey İnsanlar! Dəvə, inək, qoyun və s. bu kimi heyvanları da sizin faydalanmanız üçün O yaratdı. Bu faydalardan biri də, sizin həmin hevyanların yunundan bə­dəninizi isti saxlaması üçün istifadə etmənizdir. Bu heyvanlarda sizin üçün onların südündən, dərisində və onlardan minik kimi istifadə etmək faydaları da vardır. Həmçi­nin, siz onların bəzilərinin ətindən yeyirsiniz.
Tefsiret në gjuhën arabe:
وَلَكُمۡ فِيهَا جَمَالٌ حِينَ تُرِيحُونَ وَحِينَ تَسۡرَحُونَ
Mal-qaranı axşam töv­ləyə saldıqda və səhər otlağa burax­dıq­da sizin üçün bir fərəh­ vardır.
Tefsiret në gjuhën arabe:
Dobitë e ajeteve të kësaj faqeje:
• عناية الله ورعايته بصَوْن النبي صلى الله عليه وسلم وحمايته من أذى المشركين.
• Uca Allah, Peyğəmbəri (sallallahu aleyhi və səlləm) qoruyaraq yardım etmiş, dəstəkləmiş və onu müşriklərin əziyyətindən himayə etmişdir.

• التسبيح والتحميد والصلاة علاج الهموم والأحزان، وطريق الخروج من الأزمات والمآزق والكروب.
• Uca Allahın şəninə həmd-sənalar demək, Onu tərifləmək və namaz qılmaq, qəm-qüssənin əlacı və dünya məşəqqətindən, hüzünündən və sıxıntılarından çıxış yoludur.

• المسلم مطالب على سبيل الفرضية بالعبادة التي هي الصلاة على الدوام حتى يأتيه الموت، ما لم يغلب الغشيان أو فقد الذاكرة على عقله.
• Müsəlman kimsədən, ağlı başında və hafizəsi yerində olduğu müddətcə, ölüm ona gələnə qədər fərz olan namaz ibadətini davamiyyətli şəkildə qılması tələb olunur.

• سمى الله الوحي روحًا؛ لأنه تحيا به النفوس.
• Nəfslər, Uca Allahın nazil etdiyi vəhy ilə canlandığı üçün Allah vəhyi ruh adlandırmışdır.

• مَلَّكَنا الله تعالى الأنعام والدواب وذَلَّلها لنا، وأباح لنا تسخيرها والانتفاع بها؛ رحمة منه تعالى بنا.
• Uca Allah bizi nemətlərə və heyvanlara sahib edib, onları bizim ixtiyarımıza buraxmışdır. Bizə rəhm edərək, onları istədiyimiz kimi istifadə etməyi bizə ram etdirib, onlardan faydalanmağı bizə izin vermişdir.

 
Përkthimi i kuptimeve Surja: En Nahl
Përmbajtja e sureve Numri i faqes
 
Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi azerbajxhanisht - Përmbajtja e përkthimeve

Botuar nga Qendra e Tefsirit për Studime Kuranore.

Mbyll