Check out the new design

Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi azerbajxhanisht * - Përmbajtja e përkthimeve


Përkthimi i kuptimeve Surja: El Maide   Ajeti:
لُعِنَ ٱلَّذِينَ كَفَرُواْ مِنۢ بَنِيٓ إِسۡرَٰٓءِيلَ عَلَىٰ لِسَانِ دَاوُۥدَ وَعِيسَى ٱبۡنِ مَرۡيَمَۚ ذَٰلِكَ بِمَا عَصَواْ وَّكَانُواْ يَعۡتَدُونَ
Pak olan Allah, Davuda nazil etdiyi Kitabda - Zəburda və Məryəm oğlu İsaya nazil etdiyi Kitabda - İncildə İsrail oğullarından kafir olanları Öz rəhmətindən qovduğunu xəbər vermişdir. Onların Allahın rəhmətdən qovulma səbəbi, onların asi ol­duq­­­la­rı­na və Allahın qoyduğu həd­ləri aşdıqlarına görə idi.
Tefsiret në gjuhën arabe:
كَانُواْ لَا يَتَنَاهَوۡنَ عَن مُّنكَرٖ فَعَلُوهُۚ لَبِئۡسَ مَا كَانُواْ يَفۡعَلُونَ
Onlar bir-birlərini etdik­lə­ri günahlardan çəkindir­mir­di­lər. Əksinə, onlardan günah edən asi kimsələr, onları bu əməllərdən çəkindirən olmadığı üçün, etdikləri günahları və pislikləri insanlar arasında açıq-aşkarda edirdilər. Pis əməllərdən çəkindirmədikləri üçün onların et­dikləri ne­cə də pis­dir!
Tefsiret në gjuhën arabe:
تَرَىٰ كَثِيرٗا مِّنۡهُمۡ يَتَوَلَّوۡنَ ٱلَّذِينَ كَفَرُواْۚ لَبِئۡسَ مَا قَدَّمَتۡ لَهُمۡ أَنفُسُهُمۡ أَن سَخِطَ ٱللَّهُ عَلَيۡهِمۡ وَفِي ٱلۡعَذَابِ هُمۡ خَٰلِدُونَ
Ey Peyğəmbər! Sən bu yəhudilərdən kafir olanların əksəriyyətinin kafirləri sevib onlara meyil etdiyinə şahidsən. Onlar sənə və tövhid əhlinə qarşı düşmənçilik edirlər. Onların kafirləri özlərinə dost tutmaları necə də pis­dir! Çünki onların bu əməli, Allahın onlara qə­zəb­lən­məsinə və özlərinin əzab içində əbədi qa­la­caqları və bir daha oradan çıxmayacaqları oda daxil olmasına səbəbdir.
Tefsiret në gjuhën arabe:
وَلَوۡ كَانُواْ يُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلنَّبِيِّ وَمَآ أُنزِلَ إِلَيۡهِ مَا ٱتَّخَذُوهُمۡ أَوۡلِيَآءَ وَلَٰكِنَّ كَثِيرٗا مِّنۡهُمۡ فَٰسِقُونَ
Əgər bu yəhudilər Allaha və pey­ğəm­bərinə - səllallahu aleyhi və səlləm - həqiqi iman gə­tir­səydilər, heç vaxt müşrikləri özlə­rinə dost tutub, onları sevib və onlara meyil etməzdilər. Çünki yəhudilər kafirləri özlərinə dost tutmaqdan qadağan edilmişdir. La­kin bu yəhudilərin əksəriyyəti Allahın itaətindən çıxmış və möminlərə qarşı düşmənşilik edən kimsələrdir.
Tefsiret në gjuhën arabe:
۞ لَتَجِدَنَّ أَشَدَّ ٱلنَّاسِ عَدَٰوَةٗ لِّلَّذِينَ ءَامَنُواْ ٱلۡيَهُودَ وَٱلَّذِينَ أَشۡرَكُواْۖ وَلَتَجِدَنَّ أَقۡرَبَهُم مَّوَدَّةٗ لِّلَّذِينَ ءَامَنُواْ ٱلَّذِينَ قَالُوٓاْ إِنَّا نَصَٰرَىٰۚ ذَٰلِكَ بِأَنَّ مِنۡهُمۡ قِسِّيسِينَ وَرُهۡبَانٗا وَأَنَّهُمۡ لَا يَسۡتَكۡبِرُونَ
Ey Peyğəmbər! Yəhudilərin qəlblərindəki kin, paxıllıq, kibr üzündən, həmçinin Allaha şərik qoşaraq bütlərə və s. əşyalara ibadət edən müşriklərin sənə iman gə­tirən kimsələrə və sənin gətirdiyin dinə qarşı düş­mən­çi­lik edən in­sanların ən şiddətlisi ol­du­ğunu görəcəksən. Özləri barədə: "Biz nəsranilərik!"– de­yənləri isə sevgi baxı­mından sənə iman gə­tirən kimsələrə və sənin gətirdiyin dinə ən ya­xın ol­du­ğunu görə­cəksən. Onların möminlərə olan sevgisinin səbəbi, aralarında alimlərin və abidlərin olması və özlərinin təkəb­bür­lükdən uzaq təvazökar olmasına görədir, çünki xeiyr təkəb­bür­lük edən kimsənin qəlbinə çatmaz.
Tefsiret në gjuhën arabe:
وَإِذَا سَمِعُواْ مَآ أُنزِلَ إِلَى ٱلرَّسُولِ تَرَىٰٓ أَعۡيُنَهُمۡ تَفِيضُ مِنَ ٱلدَّمۡعِ مِمَّا عَرَفُواْ مِنَ ٱلۡحَقِّۖ يَقُولُونَ رَبَّنَآ ءَامَنَّا فَٱكۡتُبۡنَا مَعَ ٱلشَّٰهِدِينَ
Nəcaşi və onun havadarları kimi insanların qəlbləri yumşaq insanlardır. Çünki onlar, Qurandan nazil edi­lə­n ayələri eşitdikdə İsaya - aleyhisssəlam - nazil edilən İncildən xəbərləri olduqları üçün, Quranın Allahdan olduğunu bil­dik­lə­ri­nə görə Allah qorxusundan ağlayaraq: "Ey Rəb­bimiz! Biz Sənin rəsulun Muhəmmədə - sallallahu aleyhi və səlləm - nazil etdiyinə iman gətirdik. Ey Rəbbimiz! Bizi Qiyamət günü insanlara dəlil olacaq Muhəmmədin - sallallahu aleyhi və səlləm - ümməti ilə birgə olanlarla bir ye­rə yaz!" deyərlər.
Tefsiret në gjuhën arabe:
Dobitë e ajeteve të kësaj faqeje:
• ترك الأمر بالمعروف والنهي عن المنكر موجب لِلَّعْنِ والطرد من رحمة الله تعالى.
• Yaxşı işləri görməyi əmr edib, pis əməllərdən isə çəkindirməyi tərk etmək, Uca Allahın rəhmətindən qovulmağa və lənətə düçat olmağa səbəbdir.

• من علامات الإيمان: الحب في الله والبغض في الله.
• İmanın əlamətlərindən biridə: Allah üçün sevmək və Allah üçün qəzəblənməkdir.

• موالاة أعداء الله توجب غضب الله عز وجل على فاعلها.
• Allahın düşmənlərini dost tutmaq, İzzət və Cəlal sahibi olan Allahın bunu edən kimsəyə qəzəbilənməsinə səbəbdir.

• شدة عداوة اليهود والمشركين لأهل الإسلام، وفي المقابل وجود طوائف من النصارى يدينون بالمودة للإسلام؛ لعلمهم أنه دين الحق.
• Yəhudilərin və müşriklərin İslam əhlinə qarşı düşmənçiliyi və bunun əksi olaraq nəsranilər arasında İslamın haqq din olduğunu bildikləri üçün İslama sevgi bəsləyən kimsələrində mövcudluğu.

 
Përkthimi i kuptimeve Surja: El Maide
Përmbajtja e sureve Numri i faqes
 
Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi azerbajxhanisht - Përmbajtja e përkthimeve

Botuar nga Qendra e Tefsirit për Studime Kuranore.

Mbyll