Check out the new design

அல்குர்ஆன் மொழிபெயர்ப்பு - அல்முக்தஸர் பீ தப்ஸீரில் குர்ஆனில் கரீமுக்கான அசர்பைஜானி மொழிபெயர்ப்பு * - மொழிபெயர்ப்பு அட்டவணை


மொழிபெயர்ப்பு அத்தியாயம்: அல்முத்தஸ்ஸிர்   வசனம்:
فَقُتِلَ كَيۡفَ قَدَّرَ
Onu lənətə və əzaba düçar olsun! Necə qərar verdi.
அரபு விரிவுரைகள்:
ثُمَّ قُتِلَ كَيۡفَ قَدَّرَ
Sonra yenə onu lənətə və əzaba düçar olsun! Gör necə qərar verdi.
அரபு விரிவுரைகள்:
ثُمَّ نَظَرَ
Sonra o öz dediklərinə nəzər saldı və düşündü.
அரபு விரிவுரைகள்:
ثُمَّ عَبَسَ وَبَسَرَ
Sonra o, Qurana dair tənə edəcəyi bir şey tapmadıqda, üz-gözünü turşudub qaşqabağını tökdü.
அரபு விரிவுரைகள்:
ثُمَّ أَدۡبَرَ وَٱسۡتَكۡبَرَ
Sonra o, imandan üz çevirdi və Peyğəmbərə (səllallahu aleyhi və səlləm) tabe olmağa təkəbbür göstərdi.
அரபு விரிவுரைகள்:
فَقَالَ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ يُؤۡثَرُ
Və dedi: "Muhəmmədin dedikləri Allahın kəlamı deyil, əksinə, bu, başqasından eştdiyi bir sehrdir.
அரபு விரிவுரைகள்:
إِنۡ هَٰذَآ إِلَّا قَوۡلُ ٱلۡبَشَرِ
Bu, Allahın kəlamı deyil, əksinə, insan kəlamıdır.
அரபு விரிவுரைகள்:
سَأُصۡلِيهِ سَقَرَ
Mən bu kafiri Cəhənnəmin təbəqələrindən birinə salacağam. Bu, istisindən əzab çəkəcəyi Səqərdir.
அரபு விரிவுரைகள்:
وَمَآ أَدۡرَىٰكَ مَا سَقَرُ
Ey Muhəmməd! Sən nə bilirsən, Səqər nədir?!
அரபு விரிவுரைகள்:
لَا تُبۡقِي وَلَا تَذَرُ
O, içində əzab verilənlərdən heç kəsi salamat buraxmaz, hər kəsi yandırar, sonra o əzaba düçar olan kəs əvvəlki halına qayıdar, sonra da od onu yenə yandırar, beləcə, davam edər.
அரபு விரிவுரைகள்:
لَوَّاحَةٞ لِّلۡبَشَرِ
O od dərini yandırıb-yaxar və onu dəyişdirər.
அரபு விரிவுரைகள்:
عَلَيۡهَا تِسۡعَةَ عَشَرَ
Cəhənnəmin üzərində mühafizəkar olan on doqquz mələk vardır.
அரபு விரிவுரைகள்:
وَمَا جَعَلۡنَآ أَصۡحَٰبَ ٱلنَّارِ إِلَّا مَلَٰٓئِكَةٗۖ وَمَا جَعَلۡنَا عِدَّتَهُمۡ إِلَّا فِتۡنَةٗ لِّلَّذِينَ كَفَرُواْ لِيَسۡتَيۡقِنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَيَزۡدَادَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِيمَٰنٗا وَلَا يَرۡتَابَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَٱلۡمُؤۡمِنُونَ وَلِيَقُولَ ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ وَٱلۡكَٰفِرُونَ مَاذَآ أَرَادَ ٱللَّهُ بِهَٰذَا مَثَلٗاۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَن يَشَآءُ وَيَهۡدِي مَن يَشَآءُۚ وَمَا يَعۡلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَۚ وَمَا هِيَ إِلَّا ذِكۡرَىٰ لِلۡبَشَرِ
Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik. Bəşər övladının onlar gücü çatmaz. Biz o mələklərin sayını on doqquz etdik ki, bu, Allaha küfr edən kəslər üçün bir sınaq olsun, onlar deyəcəklərini desinlər, beləliklə də, əzabları qat-qat artsın, habelə, özlərinə Tövrat verilmiş yəhudilər, eləcə də, özlərinə İncil verilmiş nəsranilər öz kitablarında deyilənləri təsdiqləyən Quran nazil edildikdə, yəqinlik hasil etsinlər, üstəlik, Kitab əhli möminlərin əməlinə uyğun hərəkət etdikdə möminlərin imanı artsın, yəhudilər, nəsranilər və möminlər haqqa şübhə etməsinlər və imanlarında tərəddüd edən kəslər və kafirlər desinlər: "Allah bu məsəllə nə demək istəyir?" Bu sayı inkar edən kimsənin azması və onu təsdiqləyən kimsənin doğru yola gəlməsi kimi, Allah dilədiyi kimsəni azdırır, dilədiyini də doğru yola yönəldir. Sənin Rəbbinin qoşunlarının sayı o qədər çoxdur ki, onu yalnız pak və müqəddəs olan Rəbbin bilir. Cəhənnəm, bəşər övladı üçün bir xatırlama olub, beləliklə də insanlar, onun sayəsində Uca Allahın əzəmətini başa düşürlər.
அரபு விரிவுரைகள்:
كَلَّا وَٱلۡقَمَرِ
Xeyir, bu heç də bəzi müşriklərin iddia etdiyi kimi deyildir. Onların öz havadarları ilə birlikdə Cəhənnəm gözətçilərinə üstün gələcək, hətta onları Cəhənnəmdən sıxışdırıb çıxarma iddiaları batildir. Uca Allah bu ayədə aya and içmişdir.
அரபு விரிவுரைகள்:
وَٱلَّيۡلِ إِذۡ أَدۡبَرَ
Uca Allah, həmçinin, dönüb gedən gecəyə and içir.
அரபு விரிவுரைகள்:
وَٱلصُّبۡحِ إِذَآ أَسۡفَرَ
Uca Allah, həmçinin, ağarmaqda olan sübhə and içir.
அரபு விரிவுரைகள்:
إِنَّهَا لَإِحۡدَى ٱلۡكُبَرِ
Həqiqətən də, Cəhənnəm odu ən əzəmətli fəlakətlərdən biridir.
அரபு விரிவுரைகள்:
نَذِيرٗا لِّلۡبَشَرِ
Cəhənnəm insanları qorxutmaq üçün bir xəbərdarlıqdır.
அரபு விரிவுரைகள்:
لِمَن شَآءَ مِنكُمۡ أَن يَتَقَدَّمَ أَوۡ يَتَأَخَّرَ
Ey insanlar! Sizlərdən, Allaha iman gətirib yaxşı işlər görməklə irəli çıxmaq, yaxud küfr etmək və günah işlər görməklə geriyə düşmək istəyənlər üçün.
அரபு விரிவுரைகள்:
كُلُّ نَفۡسِۭ بِمَا كَسَبَتۡ رَهِينَةٌ
Hər kəs öz əməlinin əvəzini alacaqdır! Beləcə, əməlləri onu ya həlak edər, ya da onu həlak olmadan xilas edər.
அரபு விரிவுரைகள்:
إِلَّآ أَصۡحَٰبَ ٱلۡيَمِينِ
Yalnız möminlərdən başqa. Belə ki, onlar günahlarına görə cəzalandırılmayacaqlar, əksinə, onların yaxşı əməlləri olduğuna görə Allah onları bağışlayacaqdır.
அரபு விரிவுரைகள்:
فِي جَنَّٰتٖ يَتَسَآءَلُونَ
Qiyamət günü onlar Cənnət bağlarında bir-birlərindən soruşacaqlar –
அரபு விரிவுரைகள்:
عَنِ ٱلۡمُجۡرِمِينَ
Etdikləri günahlar ucbatından özlərini həlak etmiş kafirlər barəsində.
அரபு விரிவுரைகள்:
مَا سَلَكَكُمۡ فِي سَقَرَ
Möminlər onlara deyəcəklər: "Sizi Cəhənnəmə salan nədir?"
அரபு விரிவுரைகள்:
قَالُواْ لَمۡ نَكُ مِنَ ٱلۡمُصَلِّينَ
Kafirlər də cavab verib deyəcəklər: "Biz dünya həyatında fərz buyurulan namazı qılan kimsələrdən deyildik.
அரபு விரிவுரைகள்:
وَلَمۡ نَكُ نُطۡعِمُ ٱلۡمِسۡكِينَ
Allahın bizə verdiyi ruzidən kasıbı yedizdirməzdik.
அரபு விரிவுரைகள்:
وَكُنَّا نَخُوضُ مَعَ ٱلۡخَآئِضِينَ
Biz, batil əhli ilə bir yerdə olar, onların getdiyi yerə gedər və əyri yol tutmuş zəlalət əhli ilə birlikdə batil sözlər danışardıq,
அரபு விரிவுரைகள்:
وَكُنَّا نُكَذِّبُ بِيَوۡمِ ٱلدِّينِ
Və əməllərin əvəzi veriləcək günü yalan hesab edərdik –
அரபு விரிவுரைகள்:
حَتَّىٰٓ أَتَىٰنَا ٱلۡيَقِينُ
Ölüm bizə yetişənədək haqqı yalan saymaqda davam etdik və beləcə, bizimlə tövbə arasına maneə çəkildi".
அரபு விரிவுரைகள்:
இப்பக்கத்தின் வசனங்களிலுள்ள பயன்கள்:
• خطورة الكبر حيث صرف الوليد بن المغيرة عن الإيمان بعدما تبين له الحق.
Təkəbbürlüyün təhlükəli olması. Belə ki, bu pis xislət Vəlid ibn əl-Muğiranı - haqq ona bəlli olduqdan sonra - imandan döndərdi.

• مسؤولية الإنسان عن أعماله في الدنيا والآخرة.
İnsan əməllərinə görə dünyada və axirətdə məsuliyyət daşıması.

• عدم إطعام المحتاج سبب من أسباب دخول النار.
Ehtiyacı olan kimsəyə yemək verməmək, insanı Cəhənnəm oduna salan səbəblərdən biridir.

 
மொழிபெயர்ப்பு அத்தியாயம்: அல்முத்தஸ்ஸிர்
அத்தியாயங்களின் அட்டவணை பக்க எண்
 
அல்குர்ஆன் மொழிபெயர்ப்பு - அல்முக்தஸர் பீ தப்ஸீரில் குர்ஆனில் கரீமுக்கான அசர்பைஜானி மொழிபெயர்ப்பு - மொழிபெயர்ப்பு அட்டவணை

வெளியீடு அல்குர்ஆன் ஆய்வுகளுக்கான தப்ஸீர் மையம்

மூடுக