Check out the new design

அல்குர்ஆன் மொழிபெயர்ப்பு - அஜர்பைஜான் மொழிபெயர்ப்பு - அலி கான் முசேவ் * - மொழிபெயர்ப்பு அட்டவணை

PDF XML CSV Excel API
Please review the Terms and Policies

மொழிபெயர்ப்பு அத்தியாயம்: யூஸுப்   வசனம்:
فَلَمَّا ذَهَبُواْ بِهِۦ وَأَجۡمَعُوٓاْ أَن يَجۡعَلُوهُ فِي غَيَٰبَتِ ٱلۡجُبِّۚ وَأَوۡحَيۡنَآ إِلَيۡهِ لَتُنَبِّئَنَّهُم بِأَمۡرِهِمۡ هَٰذَا وَهُمۡ لَا يَشۡعُرُونَ
(Qardaşları) onu aparıb quyuya atmaq qərarına gəldikdə: “Sən onlara bu əməlləri barəsində gözləmədikləri bir halda xəbər verəcəksən”– deyə vəhy etdik.
அரபு விரிவுரைகள்:
وَجَآءُوٓ أَبَاهُمۡ عِشَآءٗ يَبۡكُونَ
Onlar axşamüstü (yalandan) ağlayaraq atalarının yanına gəlib,
அரபு விரிவுரைகள்:
قَالُواْ يَٰٓأَبَانَآ إِنَّا ذَهَبۡنَا نَسۡتَبِقُ وَتَرَكۡنَا يُوسُفَ عِندَ مَتَٰعِنَا فَأَكَلَهُ ٱلذِّئۡبُۖ وَمَآ أَنتَ بِمُؤۡمِنٖ لَّنَا وَلَوۡ كُنَّا صَٰدِقِينَ
dedilər: “Atacan! Biz Yusifi əşyalarımızın yanında qoyub yarışmaq üçün getmişdik. Bir də xəbər tutduq ki, canavar onu yeyib. Əlbəttə, biz doğru danışsaq da, sən bizə inanan deyilsən”.
அரபு விரிவுரைகள்:
وَجَآءُو عَلَىٰ قَمِيصِهِۦ بِدَمٖ كَذِبٖۚ قَالَ بَلۡ سَوَّلَتۡ لَكُمۡ أَنفُسُكُمۡ أَمۡرٗاۖ فَصَبۡرٞ جَمِيلٞۖ وَٱللَّهُ ٱلۡمُسۡتَعَانُ عَلَىٰ مَا تَصِفُونَ
(Qardaşları) onun köynəyinə yalandan qan ləkəsi sürtüb gətirmişdilər. (Yəqub) dedi: “Xeyr, sizi öz nəfsiniz bu işə vadar etmişdir. Mənə gözəl səbir gərəkdir. Söylədiklərinizin müqabilində Allahdan kömək diləmək lazımdır”.
அரபு விரிவுரைகள்:
وَجَآءَتۡ سَيَّارَةٞ فَأَرۡسَلُواْ وَارِدَهُمۡ فَأَدۡلَىٰ دَلۡوَهُۥۖ قَالَ يَٰبُشۡرَىٰ هَٰذَا غُلَٰمٞۚ وَأَسَرُّوهُ بِضَٰعَةٗۚ وَٱللَّهُ عَلِيمُۢ بِمَا يَعۡمَلُونَ
(Nəhayət, quyunun yaxınlığına) bir karvan gəldi və suçularını (su dalınca) göndərdilər. O, su qabını (quyuya) saldı və: “Müjdə! Burada bir oğlan uşağı var!”– dedi. (Karvan əhli) onu satılacaq bir əşya kimi özləri ilə apardılar. Allah isə onların nə etdiklərini bilirdi.
அரபு விரிவுரைகள்:
وَشَرَوۡهُ بِثَمَنِۭ بَخۡسٖ دَرَٰهِمَ مَعۡدُودَةٖ وَكَانُواْ فِيهِ مِنَ ٱلزَّٰهِدِينَ
Onlar onu dəyərsiz bir qiymətə – bir neçə dirhəmə satdılar, onu çox dəyərləndirmədilər.
அரபு விரிவுரைகள்:
وَقَالَ ٱلَّذِي ٱشۡتَرَىٰهُ مِن مِّصۡرَ لِٱمۡرَأَتِهِۦٓ أَكۡرِمِي مَثۡوَىٰهُ عَسَىٰٓ أَن يَنفَعَنَآ أَوۡ نَتَّخِذَهُۥ وَلَدٗاۚ وَكَذَٰلِكَ مَكَّنَّا لِيُوسُفَ فِي ٱلۡأَرۡضِ وَلِنُعَلِّمَهُۥ مِن تَأۡوِيلِ ٱلۡأَحَادِيثِۚ وَٱللَّهُ غَالِبٌ عَلَىٰٓ أَمۡرِهِۦ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ
Onu satın alan misirli öz zövcəsinə dedi: “Ona yaxşı bax. Ola bilsin ki, bizə fayda versin və ya onu oğulluğa götürək”. Beləliklə, Yusifi o yerdə yerləşdirdik və ona yuxuları yozmağı öyrətdik. Allah Öz işini qələbə ilə başa çatdırandır. Lakin insanların əksəriyyəti (bunu) bilməz!
அரபு விரிவுரைகள்:
وَلَمَّا بَلَغَ أَشُدَّهُۥٓ ءَاتَيۡنَٰهُ حُكۡمٗا وَعِلۡمٗاۚ وَكَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ
(Yusif) yetkin çağına çatdıqda, Biz ona hökm (peyğəmbərlik) və elm verdik. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
அரபு விரிவுரைகள்:
 
மொழிபெயர்ப்பு அத்தியாயம்: யூஸுப்
அத்தியாயங்களின் அட்டவணை பக்க எண்
 
அல்குர்ஆன் மொழிபெயர்ப்பு - அஜர்பைஜான் மொழிபெயர்ப்பு - அலி கான் முசேவ் - மொழிபெயர்ப்பு அட்டவணை

அலிகான் மொஸாயேவ் மூலம் மொழிபெயர்க்கப்பட்டது. மொழிபெயர்ப்பு முன்னோடிகள் மையத்தின் கண்காணிப்பில் உருவாக்கப்பட்டது. தொடர்ந்த மேம்படுத்தல் நோக்கில் மதிப்பீடு செய்திடவும், கருத்துத் தெரிவிக்கவும் பிரதான மொழிபெயர்ப்பை பார்க்க அனுமதி வழங்கப்படும்.

மூடுக