Check out the new design

Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Azeri ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm * - Indise ng mga Salin


Salin ng mga Kahulugan Surah: Ibrāhīm   Ayah:
قَالَتۡ لَهُمۡ رُسُلُهُمۡ إِن نَّحۡنُ إِلَّا بَشَرٞ مِّثۡلُكُمۡ وَلَٰكِنَّ ٱللَّهَ يَمُنُّ عَلَىٰ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦۖ وَمَا كَانَ لَنَآ أَن نَّأۡتِيَكُم بِسُلۡطَٰنٍ إِلَّا بِإِذۡنِ ٱللَّهِۚ وَعَلَى ٱللَّهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُؤۡمِنُونَ
Peyğəmbərləri onlara cavab olaraq belə dedilər: "Biz də si­zin kimi bir insanıq. Biz bu işdə sizinlə eyni olduğumuzu inkar etmirik. Bizim, sizin kimi bir insan olmağımız heç də bütün işlərdə sizinlə eyni dərəcədə olmağımız anlamında deyil. Uca Allah qul­la­rından is­tə­diyinə xüsusi olaraq nemət bəxş edir və onlar içərisindən seçib insanlara elçi göndərir. Alla­hın istəyi ol­ma­dan biz, sizin bizdən tələb etdiyiniz heç bir dəlili gətirə bilmərik. Çünki sizə hər hansı bir dəlili gətirmək bizim ixtiyarımızda olan bir iş deyil. Əksinə, buna yalnız Allah qadirdir. Elə buna görə də mö­minlər bütün işlərində yalnız Alla­ha təvək­kül etsinlər!".
Ang mga Tafsir na Arabe:
وَمَا لَنَآ أَلَّا نَتَوَكَّلَ عَلَى ٱللَّهِ وَقَدۡ هَدَىٰنَا سُبُلَنَاۚ وَلَنَصۡبِرَنَّ عَلَىٰ مَآ ءَاذَيۡتُمُونَاۚ وَعَلَى ٱللَّهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُتَوَكِّلُونَ
Hansı maneə və ya hansı üzür bizimlə Allaha təvəkkül etməyin arasını ayıra bilər?! Allah bizi ən düz və ən aydın bir yola yönəltmişdir. Bi­zi yalan sayıb və bizə istehza edərək verdiyiniz əziy­yət­lə­rə səbir edəcəyik. Elə buna görə də mö­minlər bütün işlərində yalnız Alla­ha təvək­kül etsinlər!".
Ang mga Tafsir na Arabe:
وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لِرُسُلِهِمۡ لَنُخۡرِجَنَّكُم مِّنۡ أَرۡضِنَآ أَوۡ لَتَعُودُنَّ فِي مِلَّتِنَاۖ فَأَوۡحَىٰٓ إِلَيۡهِمۡ رَبُّهُمۡ لَنُهۡلِكَنَّ ٱلظَّٰلِمِينَ
Elçilərin qövmlərindən olan və elçilərlə mübahisədə onlara qarşı dəlil gətirməkdən aciz qalan kafirlər belə dedi­lər: "Sizi ya öz torpa­ğı­mız­dan çıxaracağıq, ya da öz dinimizi tərk edib bizim dinimizə qayıdacaq­sı­nız!" Allah də elçiləri sabitqədəm etmək üçün on­lara belə vəhy etdi: "Biz Allah və Onun elçilərinə küfür edən zalımları mütləq məhv edəcəyik!"
Ang mga Tafsir na Arabe:
وَلَنُسۡكِنَنَّكُمُ ٱلۡأَرۡضَ مِنۢ بَعۡدِهِمۡۚ ذَٰلِكَ لِمَنۡ خَافَ مَقَامِي وَخَافَ وَعِيدِ
Ey Elçilər və onlara tabe olanlar! Biz onları məhv etdikdən sonra mütləq sizi o yerdə sa­kin edəcəyik. Bu, yalan sayan kafirlərin məhv olması, onları məv etdikdən sonra o yelərdə elçiləri və möminləri sakin edilməsi Mənim əzəmətimi, hər bir halda onu gördüyümü dərk edib və onu xəbərdar etdiyim əzabdan qorxub çəkinənlərə aiddir.
Ang mga Tafsir na Arabe:
وَٱسۡتَفۡتَحُواْ وَخَابَ كُلُّ جَبَّارٍ عَنِيدٖ
Elçilər Rəbbindən düşmənlərinə qələ­bə çalmaq üçün yardım dilədilər. Haqq özünə bəlli olduqdan sonra ona tabe olmayıb, inadkarlıq edərək, təkəbbürlük göstərən hər bir kəs zi­yana uğ­ra­dı.
Ang mga Tafsir na Arabe:
مِّن وَرَآئِهِۦ جَهَنَّمُ وَيُسۡقَىٰ مِن مَّآءٖ صَدِيدٖ
Təkəbbürlük edən bu kimsənin, Qiyamət günü qarşısında Cə­hən­nəm vardır. Cəhənnəm onu gözləməkdədir. Orada ona cəhənnəm əhlinin bədənindən axan irin içir­di­lə­cəkdir. Bu isə onun susuzluğunu yatırmayacaqdır. Ona orada susuzluq və başqa əzab növləri ilə əzab verilməkdə hey davam ediləcəkdir.
Ang mga Tafsir na Arabe:
يَتَجَرَّعُهُۥ وَلَا يَكَادُ يُسِيغُهُۥ وَيَأۡتِيهِ ٱلۡمَوۡتُ مِن كُلِّ مَكَانٖ وَمَا هُوَ بِمَيِّتٖۖ وَمِن وَرَآئِهِۦ عَذَابٌ غَلِيظٞ
İrinli-qanlı suyun acılığının, hərarətinin və üfunətli iyinin şiddətindən dolayı zorla, özünü məcbur edərək onu qurtum-qurtum içməyə çalışacaq, amma onu uda bilmə­yəcək­dir. Üz verən əzabın şiddətindən ona ölüm hər yandan gələ­cək, lakin o, ölüb canını bu dəhşətli əzabdan qurtarıb, rahat ola bilməyəcəkdir. Əksinə, sağ qalıb əzabdan ah-nalə çəkəcəkdir. Qarşısında onu gözləyən dəhşətli başqa bir də əzab olacaqdır.
Ang mga Tafsir na Arabe:
مَّثَلُ ٱلَّذِينَ كَفَرُواْ بِرَبِّهِمۡۖ أَعۡمَٰلُهُمۡ كَرَمَادٍ ٱشۡتَدَّتۡ بِهِ ٱلرِّيحُ فِي يَوۡمٍ عَاصِفٖۖ لَّا يَقۡدِرُونَ مِمَّا كَسَبُواْ عَلَىٰ شَيۡءٖۚ ذَٰلِكَ هُوَ ٱلضَّلَٰلُ ٱلۡبَعِيدُ
Kafirlərin sədəqə vermək, insanlara yaxşılıq və zəyiflərə mərhəmət etmək kimi etdikləri yaxşı əməllərinin misalı qa­sır­ğanın şiddətli olduğu bir gündə kü­ləyin şiddətlə sovur­duğu külə bən­zə­yir ki, külək də onu şiddətli bir şəkildə havaya sovurar və ondan heç bir əsər-əlamət qalmayana qədər onu hər tərəfə yayıb səpələyər. Kafirlərin əməlləridə belədir. Onların etdikləri küfür əməlləri, dünyada ikən etdikləri yaxşı əməllərini puç edər. Beləliklə də etdikləri yaxşı əməlləri qiyamət günü onlara heç bir faydası olmaz. İman təməli üzərində edilməyən hər bir əməl haqq yoldan azmaq və zəlalətdir.
Ang mga Tafsir na Arabe:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• أن الأنبياء والرسل بشرٌ من بني آدم، غير أن الله تعالى فضلهم بحمل الرسالة واصطفاهم لها من بين بني آدم.
• Şübhəsiz ki, elçilər və peyğəmbərlər də Adəm övladından olan bir bəşərdirlər. Lakin Allah onları diğər Adəm övladları içərisindən seçib onlara risalət bəxş etməklə başqalarından üstün etmişdir.

• على الداعية الذي يريد التغيير أن يتوقع أن هناك صعوبات جَمَّة سوف تقابله، ومنها الطرد والنفي والإيذاء القولي والفعلي.
• İnsanların haqqa gəlməsini istəyən hər bir dəvətçi kimsə, dəvət yolunda: qovulmaq, sürgün edilmək, söz və ya əməl ilə əziyyət verilmək kimi qarşılaşacağı çətinlikləri əvvəlcədən bilməlidir.

• أن الدعاة والصالحين موعودون بالنصر والاستخلاف في الأرض.
• Həqiqətən dəvətçilərə və saleh kimsələrə, yer üzərində xəlifə təyin ediləcəklərinə və həmçinin onlara yardım olunacaqlarına dair vəd edilmişdilər.

• بيان إبطال أعمال الكافرين الصالحة، وعدم اعتبارها بسبب كفرهم.
• Kafirlərin dünyada ikən etdikləri saleh əməllərinin batıl olmasının və etdikləri küfür səbəbindən saleh əməllərinin onlara heç bir faydası olmamasının bəyanı.

 
Salin ng mga Kahulugan Surah: Ibrāhīm
Indise ng mga Surah Numero ng Pahina
 
Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Azeri ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm - Indise ng mga Salin

Inilabas ng Markaz Tafsīr Lid-Dirāsāt Al-Qur’ānīyah (Sentro ng Tafsīr Para sa mga Pag-aaral Pang-Qur’an).

Isara