Check out the new design

Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Azeri ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm * - Indise ng mga Salin


Salin ng mga Kahulugan Surah: Al-Hijr   Ayah:
ٱلَّذِينَ جَعَلُواْ ٱلۡقُرۡءَانَ عِضِينَ
Quranı hissələrə böl­ənlər belə dedilər: "O, sehrdir, yaxud kahinlik əsəridir, yaxud da şeirdir".
Ang mga Tafsir na Arabe:
فَوَرَبِّكَ لَنَسۡـَٔلَنَّهُمۡ أَجۡمَعِينَ
Ey Peyğəmbər! Rəbbinə and olsun ki, Biz qiyamət günü Quranı hissələrə bölənlərin hamısından soruşa­ca­ğıq –
Ang mga Tafsir na Arabe:
عَمَّا كَانُواْ يَعۡمَلُونَ
Biz onlardan dünyada etdiklər küfr və günahların sorğu-sualını edəcəyik!
Ang mga Tafsir na Arabe:
فَٱصۡدَعۡ بِمَا تُؤۡمَرُ وَأَعۡرِضۡ عَنِ ٱلۡمُشۡرِكِينَ
Ey Peyğəmbər! Artıq sən, Allahın sənə dəvət etməyi əmr etdiyi şeyləri açıq-aş­kar şəkildə bə­yan et və müşriklərin söylədiklərinə və etdiklərinə də fikir vermə!
Ang mga Tafsir na Arabe:
إِنَّا كَفَيۡنَٰكَ ٱلۡمُسۡتَهۡزِءِينَ
Onlardan qorxma. Sənə istehza edən­ Qureyişin küfür imamlarının hiylələrinə qarşı sözsüz ki, Biz sənə yetərik.
Ang mga Tafsir na Arabe:
ٱلَّذِينَ يَجۡعَلُونَ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَۚ فَسَوۡفَ يَعۡلَمُونَ
O kəslər ki, Allahla yanaşı baş­qa bir məbudun Allahın şə­riki olduğunu qərar verirlər. Onlar tez­lik­lə qərar verdikləri bu pis şirkin aqibətinin nə olduğunu bilib, anlayacaqlar.
Ang mga Tafsir na Arabe:
وَلَقَدۡ نَعۡلَمُ أَنَّكَ يَضِيقُ صَدۡرُكَ بِمَا يَقُولُونَ
Ey Peyğəmbər! Şübhəsiz ki, Biz onların səni yalan saydıqlarına və sənə istehza etdiklərinə görə qəl­binin daraldığını bi­lirik.
Ang mga Tafsir na Arabe:
فَسَبِّحۡ بِحَمۡدِ رَبِّكَ وَكُن مِّنَ ٱلسَّٰجِدِينَ
Elə isə sən, Allaha layiq olmayan şeylərdən Onu uca tutaraq və kamil sifətləri ilə həmd-səna edərək Ona sığın. Uca Allaha ibadət edənlərdən və Onun üçün namaz qılanlardan ol! Çünki qəlbinin daralmasının əlacı yalnız budur.
Ang mga Tafsir na Arabe:
وَٱعۡبُدۡ رَبَّكَ حَتَّىٰ يَأۡتِيَكَ ٱلۡيَقِينُ
Rəbbinə ibadət etməkdə davamlı ol. Ölüm sənə gəlincəyə qədər və həyatda olduğun müddətcə bu hal üzərində qalmağa davam et!
Ang mga Tafsir na Arabe:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• عناية الله ورعايته بصَوْن النبي صلى الله عليه وسلم وحمايته من أذى المشركين.
• Uca Allah, Peyğəmbəri (sallallahu aleyhi və səlləm) qoruyaraq yardım etmiş, dəstəkləmiş və onu müşriklərin əziyyətindən himayə etmişdir.

• التسبيح والتحميد والصلاة علاج الهموم والأحزان، وطريق الخروج من الأزمات والمآزق والكروب.
• Uca Allahın şəninə həmd-sənalar demək, Onu tərifləmək və namaz qılmaq, qəm-qüssənin əlacı və dünya məşəqqətindən, hüzünündən və sıxıntılarından çıxış yoludur.

• المسلم مطالب على سبيل الفرضية بالعبادة التي هي الصلاة على الدوام حتى يأتيه الموت، ما لم يغلب الغشيان أو فقد الذاكرة على عقله.
• Müsəlman kimsədən, ağlı başında və hafizəsi yerində olduğu müddətcə, ölüm ona gələnə qədər fərz olan namaz ibadətini davamiyyətli şəkildə qılması tələb olunur.

• سمى الله الوحي روحًا؛ لأنه تحيا به النفوس.
• Nəfslər, Uca Allahın nazil etdiyi vəhy ilə canlandığı üçün Allah vəhyi ruh adlandırmışdır.

• مَلَّكَنا الله تعالى الأنعام والدواب وذَلَّلها لنا، وأباح لنا تسخيرها والانتفاع بها؛ رحمة منه تعالى بنا.
• Uca Allah bizi nemətlərə və heyvanlara sahib edib, onları bizim ixtiyarımıza buraxmışdır. Bizə rəhm edərək, onları istədiyimiz kimi istifadə etməyi bizə ram etdirib, onlardan faydalanmağı bizə izin vermişdir.

 
Salin ng mga Kahulugan Surah: Al-Hijr
Indise ng mga Surah Numero ng Pahina
 
Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Azeri ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm - Indise ng mga Salin

Inilabas ng Markaz Tafsīr Lid-Dirāsāt Al-Qur’ānīyah (Sentro ng Tafsīr Para sa mga Pag-aaral Pang-Qur’an).

Isara