Check out the new design

Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Azeri ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm * - Indise ng mga Salin


Salin ng mga Kahulugan Ayah: (4) Surah: Āl-‘Imrān
مِن قَبۡلُ هُدٗى لِّلنَّاسِ وَأَنزَلَ ٱلۡفُرۡقَانَۗ إِنَّ ٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِ ٱللَّهِ لَهُمۡ عَذَابٞ شَدِيدٞۗ وَٱللَّهُ عَزِيزٞ ذُو ٱنتِقَامٍ
Ey Peyğəmbər! Allah Quranı sənə, xəbərlərində sadiq hökmlərində ədalətli, özündən əvvəlki ilahi kitablara müvafiq və aralarında heç bir ziddiyat olmadan nazil etdi. O, Quranı sənə nazil etməzdən öncə Tövratı Musaya, İncili isə İsaya - aleyhiməssəlam - nazil etdi. Bu ilahi kitabların hamısı, insanların dini və dünyavi işlərində onları xeyirə yönəldən, hidayət və doğru yoldur. Allah, həmçinin, haqqı batildən və doğru yolu zəlalətdən ayırd edən furqanı nazil etdi. Allahın sənə nazil etdiyi ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah yenilməz qüvvət sahibidir, heç kimsə Onu məğlub edə bilməz. Allah Onun elçilərini yalan sayıb və onların əmrlərinə müxalif olan kimsələrdən də intiqam almağa qadirdir.
Ang mga Tafsir na Arabe:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• أقام الله الحجة وقطع العذر عن الخلق بإرسال الرسل وإنزال الكتب التي تهدي للحق وتحذر من الباطل.
• Allah insanlara, onları haqqa yönəldən və batildən çəkindirən elçiləri göndərməsi və kitabları nazil etməsi ilə haqqı bəyan etmiş və insanlardan üzürü aradan qaldırmışdır.

• كمال علم الله تعالى وإحاطته بخلقه، فلا يغيب عنه شيء في الأرض ولا في السماء، سواء كان ظاهرًا أو خفيًّا.
• Uca Allahın elminin kamilliyi və qullarını əhatə etməsi. Belə ki, yerdə və göydə, aşkarda yaxud da gizlində olmasından aslı olmayaraq Ona heç bir şey gizli qalmaz.

• من أصول أهل الإيمان الراسخين في العلم أن يفسروا ما تشابه من الآيات بما أُحْكِم منها.
• Mutəşabih ayələri möhkəm ayələrə qaytararaq təfsir etmək, elmdə dərin biliyə malik olan iman əhlinin üslubundandır.

• مشروعية دعاء الله تعالى وسؤاله الثبات على الحق، والرشد في الأمر، ولا سيما عند الفتن والأهواء.
• Fitnələr vaxtı Uca Allahdan haqq üzərində sabit qalıb, doğru yola yönəlməyi dua edib, istəməyin qanun olması.

 
Salin ng mga Kahulugan Ayah: (4) Surah: Āl-‘Imrān
Indise ng mga Surah Numero ng Pahina
 
Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Azeri ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm - Indise ng mga Salin

Inilabas ng Markaz Tafsīr Lid-Dirāsāt Al-Qur’ānīyah (Sentro ng Tafsīr Para sa mga Pag-aaral Pang-Qur’an).

Isara