قرآن کریم کے معانی کا ترجمہ - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - ترجمے کی لسٹ


معانی کا ترجمہ آیت: (185) سورت: سورۂ بقرہ
شَهۡرُ رَمَضَانَ ٱلَّذِيٓ أُنزِلَ فِيهِ ٱلۡقُرۡءَانُ هُدٗى لِّلنَّاسِ وَبَيِّنَٰتٖ مِّنَ ٱلۡهُدَىٰ وَٱلۡفُرۡقَانِۚ فَمَن شَهِدَ مِنكُمُ ٱلشَّهۡرَ فَلۡيَصُمۡهُۖ وَمَن كَانَ مَرِيضًا أَوۡ عَلَىٰ سَفَرٖ فَعِدَّةٞ مِّنۡ أَيَّامٍ أُخَرَۗ يُرِيدُ ٱللَّهُ بِكُمُ ٱلۡيُسۡرَ وَلَا يُرِيدُ بِكُمُ ٱلۡعُسۡرَ وَلِتُكۡمِلُواْ ٱلۡعِدَّةَ وَلِتُكَبِّرُواْ ٱللَّهَ عَلَىٰ مَا هَدَىٰكُمۡ وَلَعَلَّكُمۡ تَشۡكُرُونَ
Quranın peyğəmbərə (sallallahu aleyhi və səlləm) nazil olması Ramazan ayının qədir gecəsində başlamışdır. Allah bu Quranı insanlara doğru yolu göstərmək üçün nazil etmişdir. Quran da doğru yolu göstərən və haqqı batildən ayırd edənin açıq-aydın dəlillər vardır. Kim bu aya yerli və sağlam olaraq yetişərsə, onun, həmin ayda oruc tutması vacibdir. Xəstəliyi üzündən oruc tutmağa çətinlik çəkən yaxud bu ayda müsafir olan kimsə orucunu aça bilər. Əgər bu səbəbdən orucunu açarsa, iftar etdiyi günləri qəza etməsi vacibdir. Allah sizin üçün qoyduğu bu şəriətlə sizə çətinlik deyil, asanlıq istər ki, siz oruc ayının bütün günlərini tamamlayasınız və ramazan ayının sonunda və bayram günündə Allah sizi bu ayı kamil olaraq oruc tutmağa müvəffəq və yardım etdiyi üçün Onun şəninə təkbirlər deyəsiz. Bəlkə siz, Allahın sizi razı olduğu dinə yönəltdiyi üçün Ona şükür edəsiniz.
عربی تفاسیر:
حالیہ صفحہ میں آیات کے فوائد:
• فَضَّلَ الله شهر رمضان بجعله شهر الصوم وبإنزال القرآن فيه، فهو شهر القرآن؛ ولهذا كان النبي صلى الله عليه وسلم يتدارس القرآن مع جبريل في رمضان، ويجتهد فيه ما لا يجتهد في غيره.
Allah ramazan ayını Quranın bu ayda nazil etməsi ilə oruc ayı edərək başqa aylardan üstün etdi. Bu ay, Quran ayıdır. Elə buna görə də Peyğəmbər - səllallahu aleyhi və səlləm - ramazan ayında Cəbrail ilə Quranı təkrar edərdi və bu ayda başqa aylardan fərqli olaraq daha çox ibadətlə məşğul olardı.

• شريعة الإسلام قامت في أصولها وفروعها على التيسير ورفع الحرج، فما جعل الله علينا في الدين من حرج.
• İslam şəriəninin əsasları və ikinci dərəcəli məsələləri asanlıq və rahatlıq üzərində qurulmuşdur. Allah dində bizim üçün heç bir çətinlik yeri qoymamışdır.

• قُرْب الله تعالى من عباده، وإحاطته بهم، وعلمه التام بأحوالهم؛ ولهذا فهو يسمع دعاءهم ويجيب سؤالهم.
• Uca Allahın qullarına yaxın olması, onları əhatə etməsi və onların hər bir halların tam şəkildə bilməsi. Elə buna görə də Allah, onların dualarını eşidir və istədiklərini də yerir.

 
معانی کا ترجمہ آیت: (185) سورت: سورۂ بقرہ
سورتوں کی لسٹ صفحہ نمبر
 
قرآن کریم کے معانی کا ترجمہ - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - ترجمے کی لسٹ

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

بند کریں