قرآن کریم کے معانی کا ترجمہ - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - ترجمے کی لسٹ


معانی کا ترجمہ آیت: (18) سورت: سورۂ مائدہ
وَقَالَتِ ٱلۡيَهُودُ وَٱلنَّصَٰرَىٰ نَحۡنُ أَبۡنَٰٓؤُاْ ٱللَّهِ وَأَحِبَّٰٓؤُهُۥۚ قُلۡ فَلِمَ يُعَذِّبُكُم بِذُنُوبِكُمۖ بَلۡ أَنتُم بَشَرٞ مِّمَّنۡ خَلَقَۚ يَغۡفِرُ لِمَن يَشَآءُ وَيُعَذِّبُ مَن يَشَآءُۚ وَلِلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَاۖ وَإِلَيۡهِ ٱلۡمَصِيرُ
Yəhudi və nəsranilərin hər biri özlərinin Allahın oğulları və se­vimliləri olduqlarını idda etdilər. Ey Peyğəmbər! Onlara cavab olaraq de: "Elə isə Allah nə üçün sizə etdiyiniz günah­la­ra görə əzab verir?! Əgər siz iddia etdiyiniz kimi Allahın sevimliləri olsaydınız, o zaman Allah sizi dünyada meymuna və donuza döndərməklə və ölümlə sizə əzab verməzdi. Çünki Allah sevdiyinə əzab verməz. Əksinə, siz Onun yaratdığı adi insanlar kimi bir bəşər­si­niz. İnsanlardan kim yaxşılıq edərsə, Allah onu Cənnətlə mükafatlandırar, kim də pislik edərsə onu cəhənnəmlə cəzalandırar". Allah istədiyi­ni lütfü ilə ba­ğışlar, istədiyinə də ədaləti ilə əzab verər. Göylərin, yerin mülkü və on­la­rın ara­sında olanların mülkü tək Allaha məxsusdur. Dönüş yalnız tək Ona­dır.
عربی تفاسیر:
حالیہ صفحہ میں آیات کے فوائد:
• تعذيب الله تعالى لكفرة بني إسرائيل بالمسخ وغيره يوجب إبطال دعواهم في كونهم أبناء الله وأحباءه.
• Uca Allahın İsrail oğullarından kafir olanları meymuna və donuza döndərməklə və s. üslublarla əzab verməsi, onların Allahın oğulları və se­vimliləri olduqları iddalarını batil edir.

• التوكل على الله تعالى والثقة به سبب لاستنزال النصر.
• Uca Allaha təvəkkül etmək və Ona inanmaq Allah tərəfindən yardımın gəlməsinə səbəbdir.

• جاءت الآيات لتحذر من الأخلاق الرديئة التي كانت عند بني إسرائيل.
• Nazil edilən ayələr, İsrail oğullarında olan pis əxlaqlardan çəkindirir.

• الخوف من الله سبب لنزول النعم على العبد، ومن أعظمها نعمة طاعته سبحانه.
• Allahdan qorxmaq, qula nemətlərin nazil olmasına səbəbdir. Bu nemətlərin ən əzəmətlisi, Pak olan Allaha itaət nemətidir.

 
معانی کا ترجمہ آیت: (18) سورت: سورۂ مائدہ
سورتوں کی لسٹ صفحہ نمبر
 
قرآن کریم کے معانی کا ترجمہ - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - ترجمے کی لسٹ

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

بند کریں