قرآن کریم کے معانی کا ترجمہ - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - ترجمے کی لسٹ


معانی کا ترجمہ سورت: سورۂ شمس   آیت:

əş-Şəms

سورہ کے بعض مقاصد:
التأكيد بأطول قسم في القرآن، على تعظيم تزكية النفس بالطاعات، وخسارة دسّها بالمعاصي.
İtaət etməklə nəfsi təmizə çıxartmağın əzəməti və asilik etməklə onu rəzil etməyin xəsarəti xüsusunda, Quranda zikr edilən ən uzun andın təsdiqlənməsi.

وَٱلشَّمۡسِ وَضُحَىٰهَا
Uca Allah günəşə və onun məşriqdən doğduqdan sonra yüksəldiyi vaxta and içir.
عربی تفاسیر:
وَٱلۡقَمَرِ إِذَا تَلَىٰهَا
Uca Allah, həmçinin, günəş batdıqdan sonra, onun ardından çıxan aya and içir.
عربی تفاسیر:
وَٱلنَّهَارِ إِذَا جَلَّىٰهَا
Uca Allah, həmçinin, öz işığı ilə yer üzünü işıqlandıran gündüzə and içir.
عربی تفاسیر:
وَٱلَّيۡلِ إِذَا يَغۡشَىٰهَا
Uca Allah, həmçinin, yer üzünü zülmətə bürüyən gecəyə and içir.
عربی تفاسیر:
وَٱلسَّمَآءِ وَمَا بَنَىٰهَا
Uca Allah, həmçinin, göyə və onun möhkəm qurulmasına and içir.
عربی تفاسیر:
وَٱلۡأَرۡضِ وَمَا طَحَىٰهَا
Uca Allah, həmçinin, yerə və insanların üstündə qərar tutması üçün yerin döşənməsinə and içir.
عربی تفاسیر:
وَنَفۡسٖ وَمَا سَوَّىٰهَا
Uca Allah, həmçinin, hər bir nəfsə və onu yaradıb kamilləşdirən Allaha and içir.
عربی تفاسیر:
فَأَلۡهَمَهَا فُجُورَهَا وَتَقۡوَىٰهَا
Həmçinin, ona, günahlardan çəkinsin deyə, şər yolunu və Allahdan qorxsun deyə, xeyir yolunu öyrədənə,
عربی تفاسیر:
قَدۡ أَفۡلَحَ مَن زَكَّىٰهَا
Yaxşı işlər görməklə nəfsini gözəlləşdirən və pis əməllərdən çəkinməklə onu günahdan təmizləyən kimsə uğur qazanmışdır.
عربی تفاسیر:
وَقَدۡ خَابَ مَن دَسَّىٰهَا
Nəfsini gizlincə asiliklərə və günahlara batıran kimsə isə ziyana uğramışdır.
عربی تفاسیر:
كَذَّبَتۡ ثَمُودُ بِطَغۡوَىٰهَآ
Səmud qövmü asilik etməkdə və günah işlər görməkdə həddi aşdıqlarına görə, öz peyğəmbərləri Salehi yalançı saydı.
عربی تفاسیر:
إِذِ ٱنۢبَعَثَ أَشۡقَىٰهَا
Onların ən bədbəxti, qövmünün tələbini yerinə yetirmək üçün ayağa qalxdıqda,
عربی تفاسیر:
فَقَالَ لَهُمۡ رَسُولُ ٱللَّهِ نَاقَةَ ٱللَّهِ وَسُقۡيَٰهَا
Allahın rəsulu Saleh aleyhissəlam onlara dedi: "Allahın bu dişi dəvəsinə toxunmayın, onun su içməsinə mane olmayın və ona pislik etməyin!"
عربی تفاسیر:
فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمۡدَمَ عَلَيۡهِمۡ رَبُّهُم بِذَنۢبِهِمۡ فَسَوَّىٰهَا
Onlar o dəvə xüsusunda peyğəmbərini yalançı saydılar. Sonra onların ən bədbəxti qövmünün razılığı ilə dəvəni öldürdü və beləliklə də, onların hamısı o günaha şərik oldu. Allah da onları əzabla yaxaladı və etdikləri günahlara görə onları qorxunc səslə məhv edib hamısını yerlə yeksan etdi.
عربی تفاسیر:
وَلَا يَخَافُ عُقۡبَٰهَا
Uca Allah günahkarlara əzab verib onları məhv etməyinin nəticəsindən çəkinməz!
عربی تفاسیر:
حالیہ صفحہ میں آیات کے فوائد:
• أهمية تزكية النفس وتطهيرها.
Nəfsi təmizə çıxarmağın və onu günahlardan təmizləməyin əhəmiyyəti.

• المتعاونون على المعصية شركاء في الإثم.
Asilik etməkdə əlbir olan kimsələrin qazanılan günaha şərik olması.

• الذنوب سبب للعقوبات الدنيوية.
Günahlar insanın hələ dünyada ikən cəzalandırılmasına səbəbdir.

• كلٌّ ميسر لما خلق له فمنهم مطيع ومنهم عاصٍ.
Hər kəs nə üçün yaranmışsa, ona da müyəssər edilər. Kimisi itaətkar, kimisi də asi olar.

 
معانی کا ترجمہ سورت: سورۂ شمس
سورتوں کی لسٹ صفحہ نمبر
 
قرآن کریم کے معانی کا ترجمہ - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - ترجمے کی لسٹ

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

بند کریں