Қуръони Карим маъноларининг таржимаси - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Таржималар мундарижаси


Маънолар таржимаси Оят: (47) Сура: Исроъ сураси
نَّحۡنُ أَعۡلَمُ بِمَا يَسۡتَمِعُونَ بِهِۦٓ إِذۡ يَسۡتَمِعُونَ إِلَيۡكَ وَإِذۡ هُمۡ نَجۡوَىٰٓ إِذۡ يَقُولُ ٱلظَّٰلِمُونَ إِن تَتَّبِعُونَ إِلَّا رَجُلٗا مَّسۡحُورًا
Biz onların öndə gedənlərinin Quranı necə dinlədiklərini çox yaxşı bilirik. Onlar Quranı haqqa yönəlmək üçün dinləməzlər. Əksinə, sən Rəbbinin ayələrini oxuduğun zaman, onlar Quranı, istehza etmək, lağa qoymaq və ələ salma üçün dinləyərlər. Biz onların öz aralarında xəlvətcə söh­bət edər­kən, səni və Quranı yalan saymalarını, insanları Allahın dinindən döndərmək məqsədlərini və küfr etməklə öz nəfslərinə zülm edən o zalımların başqalarına: "Ey İnsanlar! Siz ancaq sehr­lən­miş və ağlı basında olmayan bir adamın ardınca gedirsiniz!" – dediklərini çox yaxşı bi­li­rik.
Арабча тафсирлар:
Ушбу саҳифадаги оят фойдаларидан:
• الزعم بأن الملائكة بنات الله افتراء كبير، وقول عظيم الإثم عند الله عز وجل.
• Mələklərin Allahın qızları olduğunu iddia etmək böyük bir iftiradır və izzət və cəllal sahibi olan Allah qatında isə çox böyük bir günahdır.

• أكثر الناس لا تزيدهم آيات الله إلا نفورًا؛ لبغضهم للحق ومحبتهم ما كانوا عليه من الباطل.
• İnsanların əksəriyyəti haqqa xoşlamadıqlarından və üzərində olduqları batilə olan sevğilərindən dolayı, Allahın ayələri onların nifrətini daha da artırır.

• ما من مخلوق في السماوات والأرض إلا يسبح بحمد الله تعالى فينبغي للعبد ألا تسبقه المخلوقات بالتسبيح.
• Göylərdə və yerdə nə qədər yaradılmış məxluq varsa, onların hamısı uca Allahın şəninə təriflər söyləyib, həmd-səna ilə Onu təsbih edərlər. Gərək insan, bu işdə heç bir məxluqun onu qabağlamaması üçün çalışsın.

• من حلم الله على عباده أنه لا يعاجلهم بالعقوبة على غفلتهم وسوء صنيعهم، فرحمته سبقت غضبه.
• Allahın günahkar qullarına əzab verməyə tələsməməsi və onlara tövbə edib günahlardan qayıtmaları üçün möhlət verməsi, uca Allahın qullarına qarşı olan həlimliyindəndir. Çünki Allahın rəhməti qəzəbini qabağlamışdır.

 
Маънолар таржимаси Оят: (47) Сура: Исроъ сураси
Суралар мундарижаси Бет рақами
 
Қуръони Карим маъноларининг таржимаси - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Таржималар мундарижаси

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Ёпиш