Қуръони Карим маъноларининг таржимаси - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Таржималар мундарижаси


Маънолар таржимаси Оят: (45) Сура: Фотир сураси
وَلَوۡ يُؤَاخِذُ ٱللَّهُ ٱلنَّاسَ بِمَا كَسَبُواْ مَا تَرَكَ عَلَىٰ ظَهۡرِهَا مِن دَآبَّةٖ وَلَٰكِن يُؤَخِّرُهُمۡ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗىۖ فَإِذَا جَآءَ أَجَلُهُمۡ فَإِنَّ ٱللَّهَ كَانَ بِعِبَادِهِۦ بَصِيرَۢا
Əgər Allah insanları etdikləri asiliklərə və qazandıqları günahlara görə dərhal cəzalandırsaydı, yer üzündəki canlıların hamısını, üstəlik, onların heyvanlarını və mal-dövlətlərini dərhal məhv edərdi. Lakin pak və müqəddəs Allah onla­ra Özünün bildiyi müəyyən edilmiş vaxta­dək - Qiyamət gününədək möhlət verir. Qiyamət günü gəldikdə isə hər kəsə əməllərinin əvəzini - yaxşı əmələ görə mükafat, şər əmələ görə isə cəza verəcək. Şübhəsiz ki, Allah Öz qul­la­rını görür, heç bir şey Ondan gizli qala bilməz.
Арабча тафсирлар:
Ушбу саҳифадаги оят фойдаларидан:
• العناد مانع من الهداية إلى الحق.
İnadkarlıq haqqa qovuşmağa əngəl törədən maneələrdəndir.

• العمل بالقرآن وخشية الله من أسباب دخول الجنة.
Quranın tələblərini yerinə yetirmək və Allahdan qorxmaq, Cənnətə aparan səbəblərdən biridir.

• فضل الولد الصالح والصدقة الجارية وما شابههما على العبد المؤمن.
Əməlisaleh övladın, davamlı sədəqənin və buna bənzər işlərin mömin kimsəyə fayda verməsi.

 
Маънолар таржимаси Оят: (45) Сура: Фотир сураси
Суралар мундарижаси Бет рақами
 
Қуръони Карим маъноларининг таржимаси - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Таржималар мундарижаси

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Ёпиш