Check out the new design

《古兰经》译解 - 阿塞拜疆语古兰经简明注释。 * - 译解目录


含义的翻译 章: 隋法提   段:
يَقُولُ أَءِنَّكَ لَمِنَ ٱلۡمُصَدِّقِينَ
O inkar və istehza edərək deyirdi: “Ey siddiq, sən də ölülərin dirəlcəyinə ina­nanlardansan?!
阿拉伯语经注:
أَءِذَا مِتۡنَا وَكُنَّا تُرَابٗا وَعِظَٰمًا أَءِنَّا لَمَدِينُونَ
Məgər biz öldükdən, torpağa və sür-sümüyə çevrildikdən sonra dirildiləcək və dünyada etdiyimiz əməllərimizə görə cəzalandırılacağıq?”
阿拉伯语经注:
قَالَ هَلۡ أَنتُم مُّطَّلِعُونَ
Sonra həmin mömin şəxs Cənnətdəki yoldaşlarına de­yə­cək: “Mənimlə gəlin, dirilməni inkar edən o tanışımın hara düşdüyünü görək.”
阿拉伯语经注:
فَٱطَّلَعَ فَرَءَاهُ فِي سَوَآءِ ٱلۡجَحِيمِ
O boylanıb tanışını Cə­hən­nə­min ortasında olduğunu görəcək
阿拉伯语经注:
قَالَ تَٱللَّهِ إِن كِدتَّ لَتُرۡدِينِ
və deyəcək: “Ey yoldaş, Allaha and olsun ki, sən məni küfrə və dirilməni inkar etməyə dəvət etməklə az qala məni Cəhənnəm oduna salıb məhv edəcəkdin.
阿拉伯语经注:
وَلَوۡلَا نِعۡمَةُ رَبِّي لَكُنتُ مِنَ ٱلۡمُحۡضَرِينَ
Əgər Allah məni imana doğru yönəldib mömin olmağa müvəffəq etməsydi, mən də sənin kimi əzaba düçar edilənlərdən olardım.
阿拉伯语经注:
أَفَمَا نَحۡنُ بِمَيِّتِينَ
Biz Cənnət əhli artıq ölmə­yəcəyik, elə deyilmi?
阿拉伯语经注:
إِلَّا مَوۡتَتَنَا ٱلۡأُولَىٰ وَمَا نَحۡنُ بِمُعَذَّبِينَ
Yalnız dünya həyatındakı ilk ölümümüzdən başqa. Əksinə, biz əbədi olaraq Cənnətdə qalacaq və kafirlər kimi əza­ba dü­çar olmaya­­cağıq.”
阿拉伯语经注:
إِنَّ هَٰذَا لَهُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ
Rəbbimizin bizə əta etdiyi bu lütf - bizi Cənnətə daxil etməsi və Cəhənnəm odundan qoruması, heç bir bənzəri olmayan böyük uğrurdur.
阿拉伯语经注:
لِمِثۡلِ هَٰذَا فَلۡيَعۡمَلِ ٱلۡعَٰمِلُونَ
Çalışıb əməl edənlər, qoy bu böyük mükafatı əldə etmək üçün çalışıb əməl etsinlər. Həqiqətən qazanclı ticarət budur.
阿拉伯语经注:
أَذَٰلِكَ خَيۡرٞ نُّزُلًا أَمۡ شَجَرَةُ ٱلزَّقُّومِ
Allahın, Özünə itaət etməkdən ötrü seçdiyi qulları üçün hazırladığı bu zikr edilən nemətlər, məqam və ehtiram baxımından daha xeyirli və daha əfzəldir, yoxsa kafirlərin yeməyi olan, nə qüvvət verən, nə də aclıqdan qurtaran, Quranda lənətlənmiş zəqqum ağacı?!
阿拉伯语经注:
إِنَّا جَعَلۡنَٰهَا فِتۡنَةٗ لِّلظَّٰلِمِينَ
Şübhəsiz ki biz bu ağacı, küft və asilik etməklə özlərinə zülüm edən zalımlar üçün bir sınaq etdik. Çünki onlar: "Təbii ki, od ağacı yandırır. Odur ki,o ağacın Cəhənnəmdə bitməsi mümkün deyil" deyirdilər.
阿拉伯语经注:
إِنَّهَا شَجَرَةٞ تَخۡرُجُ فِيٓ أَصۡلِ ٱلۡجَحِيمِ
Zəqqum ağacı Cəhənnəmin lap di­bindən bi­tib çıxan xəbis bir ağacdır.
阿拉伯语经注:
طَلۡعُهَا كَأَنَّهُۥ رُءُوسُ ٱلشَّيَٰطِينِ
Bu ağacda bitən meyvə iyrənc görünüşlüdür, sanki şeytanla­rın başıdır. İyrənc görünüş isə görünənin iyrənc olmasından xəbər verir. Bu da, o deməkdir ki, onun meyvəsinin dadı çox pisdir.
阿拉伯语经注:
فَإِنَّهُمۡ لَأٓكِلُونَ مِنۡهَا فَمَالِـُٔونَ مِنۡهَا ٱلۡبُطُونَ
Kafirlər onun acı və iyrənc meyvəsindən ye­yib onunla boş qarınları­nı dolduracaqlar.
阿拉伯语经注:
ثُمَّ إِنَّ لَهُمۡ عَلَيۡهَا لَشَوۡبٗا مِّنۡ حَمِيمٖ
O ağacın meyvəsindən yedikdən sonra, onla­rı qaynar su ilə qatışdırılmış iyrənc bir içki göz­ləyir.
阿拉伯语经注:
ثُمَّ إِنَّ مَرۡجِعَهُمۡ لَإِلَى ٱلۡجَحِيمِ
Bundan sonra onların qayıdacağı yer, əlbəttə ki, Cə­hənnəm əzabıdır. Beləcə onlar, bir əzabdan qurtardıqdan sonra başqa bir azaba düçar olacaqlar.
阿拉伯语经注:
إِنَّهُمۡ أَلۡفَوۡاْ ءَابَآءَهُمۡ ضَآلِّينَ
Həqiqətən, o kafirlər ata-ba­balarının haqq yoldan az­mış olduğunu gördülər, sonra da, heç bir dəlil-sübut olmadan, təqlid edərək onların yolunu tutub getdilər.
阿拉伯语经注:
فَهُمۡ عَلَىٰٓ ءَاثَٰرِهِمۡ يُهۡرَعُونَ
Onlar zəlalətdə tez-tələsik atalarının yolunu tutub getdilər.
阿拉伯语经注:
وَلَقَدۡ ضَلَّ قَبۡلَهُمۡ أَكۡثَرُ ٱلۡأَوَّلِينَ
Həqiqətən, onlardan ön­cə əvvəlki nəsillərin çoxu zə­la­lətə düşmüşdü. Yoxsa ki, sənin qövmün, ey Peyğəmbər, ümmətlər arasında ilk azmış ümmət deyil.
阿拉伯语经注:
وَلَقَدۡ أَرۡسَلۡنَا فِيهِم مُّنذِرِينَ
Artıq Biz o əvvəlki ümmətlərə Allahın əzabı ilə qorxudan elçilər göndərmişdik, lakin onlar yenə də Allaha küfr etdilər.
阿拉伯语经注:
فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُنذَرِينَ
Ey Peyğəmbər, bax gör öz peyğəmbərləri tərəfindən qorxudulmuş, lakin onların dəvətini qəbul etməmiş ümmətlərin axırı necə oldu. Küfr etdiklərinə və peyğəmbərlərini yalançı saydılarına görə, onların axırı, əbədi olaraq Cəhənnəmdə qalmaq oldu.
阿拉伯语经注:
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ
Yalnız o kəslərdən başqa ki, Allah onları Özünə iman gətirmək üçün seçmişdir. Onlar, haqqı yalan sayan o kafirlərin aqibəti olan əzabdan xilas olacaqlar.
阿拉伯语经注:
وَلَقَدۡ نَادَىٰنَا نُوحٞ فَلَنِعۡمَ ٱلۡمُجِيبُونَ
Peyğəmbərimiz Nuh (aleyhissəlam) onu yalançı sayan qövmünə bəddua edərkən Bizə dua etmişdi. Biz çağırışa necə gözəl cavab ve­­rənik! Biz onun öz qövmünün əleyhinə etdiyi duanı tez qəbul etdik.
阿拉伯语经注:
وَنَجَّيۡنَٰهُ وَأَهۡلَهُۥ مِنَ ٱلۡكَرۡبِ ٱلۡعَظِيمِ
Biz onu, onun əhli-beytini və onunla birlikdə olan möminləri, onun qövmünün əziyyətindən və onlardan kafir olanların üstünə göndərilmiş bö­yük tufan qopduğu zaman suya qərq olmaqdan xilas etdik.
阿拉伯语经注:
这业中每段经文的优越:
• الظفر بنعيم الجنان هو الفوز الأعظم، ولمثل هذا العطاء والفضل ينبغي أن يعمل العاملون.
Cənnət nemətlərini qazanmaq böyük uğurdur. Çalışanlar da, məhz bu neməti və lütfü əldə etmək üçün çalışmalıdılar.

• إن طعام أهل النار هو الزقّوم ذو الثمر المرّ الكريه الطعم والرائحة، العسير البلع، المؤلم الأكل.
Cəhənnəm əhlinin yeməyi, acı, iyrənc dadlı və pis qoxulu, çətinliklə udulan və əziyyətlə yeyilən meyvəsi olan zəqqumdur.

• أجاب الله تعالى دعاء نوح عليه السلام بإهلاك قومه، والله نعم المقصود المجيب.
Uca Allah Nuhun (aleyhissəlam) duasını qəbul edib onun qövmünü məhv etmişdir. Allah, dua edilməyə layiq olan və duanı qəbul edən necə gözəl məbuddur!

 
含义的翻译 章: 隋法提
章节目录 页码
 
《古兰经》译解 - 阿塞拜疆语古兰经简明注释。 - 译解目录

古兰经注释研究中心发行。

关闭