Check out the new design

《古兰经》译解 - 阿塞拜疆语古兰经简明注释。 * - 译解目录


含义的翻译 章: 哈格   段:
وَجَآءَ فِرۡعَوۡنُ وَمَن قَبۡلَهُۥ وَٱلۡمُؤۡتَفِكَٰتُ بِٱلۡخَاطِئَةِ
Firon və ondan əvvəlki ümmətlər də, məmləkəti altı üstünə çevirilmiş Lut qövmü də etdikləri şirk və digər günahlar ucbatından əzaba güçar oldular.
阿拉伯语经注:
فَعَصَوۡاْ رَسُولَ رَبِّهِمۡ فَأَخَذَهُمۡ أَخۡذَةٗ رَّابِيَةً
Onların hər biri özlərinə göndərilmiş elçiyə asi olmuş və onu yalançı saymışlar. Allah da onların həlaka sürükləyən, şiddəti getdikcə artan bir əzabla yaxaladı.
阿拉伯语经注:
إِنَّا لَمَّا طَغَا ٱلۡمَآءُ حَمَلۡنَٰكُمۡ فِي ٱلۡجَارِيَةِ
Su yüksəlib aşıb-daşdığı zaman Biz sizi, Nuhun əmrimizlə inşa etdiyi və suda axıb gedən gəmi içərisində daşıdıq. Sonradan sizlər gəmi içərisində olan kimsələrin soyundan meydana gəldiniz. Bu sizin sudan xilas olmanız və gəmidə daşınmanız üçün idi.
阿拉伯语经注:
لِنَجۡعَلَهَا لَكُمۡ تَذۡكِرَةٗ وَتَعِيَهَآ أُذُنٞ وَٰعِيَةٞ
Biz bu gəmi və onun hekayəsini, kafirlərin həlak olmasını, möminlərin isə xilas olduğunu göstərən bir xatırlatma olsun və yadda saxlayan qulaqlar onu yadda saxlasın deyə belə etdik.
阿拉伯语经注:
فَإِذَا نُفِخَ فِي ٱلصُّورِ نَفۡخَةٞ وَٰحِدَةٞ
Sura üfürəcək mələk, ikinci üfürüşündə, sura bircə dəfə üfürəcəyi.
阿拉伯语经注:
وَحُمِلَتِ ٱلۡأَرۡضُ وَٱلۡجِبَالُ فَدُكَّتَا دَكَّةٗ وَٰحِدَةٗ
Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı, beləcə, yer və dağlar dağım-dağım olacağı zaman –
阿拉伯语经注:
فَيَوۡمَئِذٖ وَقَعَتِ ٱلۡوَاقِعَةُ
Məhz bütün bunlar baş verəcəyi gün qiyamət qopacaqdır.
阿拉伯语经注:
وَٱنشَقَّتِ ٱلسَّمَآءُ فَهِيَ يَوۡمَئِذٖ وَاهِيَةٞ
Həmin gün mələklərin yerə enməsi üçün göy yarılacaq və o gün o, zəyif bir halda olacaqdır. Halbuki göy ondan əvvəl olduqca möhkəm bir halda idi.
阿拉伯语经注:
وَٱلۡمَلَكُ عَلَىٰٓ أَرۡجَآئِهَاۚ وَيَحۡمِلُ عَرۡشَ رَبِّكَ فَوۡقَهُمۡ يَوۡمَئِذٖ ثَمَٰنِيَةٞ
Mələklər göyün ətrafında və onun kənarlarında olacaqlar. O gün sənin Rəbbinin Ərşini Allaha yaxın olan səkkiz əzəmətli mələk daşıyacaqdır.
阿拉伯语经注:
يَوۡمَئِذٖ تُعۡرَضُونَ لَا تَخۡفَىٰ مِنكُمۡ خَافِيَةٞ
Ey insanlar! O gün siz Allahın hüzuruna gətiriləcəksiniz və nə sirr olmasından aslı olmayaraq heç bir sirriniz Allahdan gizli qalmayacaqdır. Allah hər bir sirri bilir və hər bir şeydən xəbərdardır.
阿拉伯语经注:
فَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ فَيَقُولُ هَآؤُمُ ٱقۡرَءُواْ كِتَٰبِيَهۡ
Əməl kitabı sağ əlinə verilən kimsə sevincindən deyəcək: "Götürün, oxuyun əməl kitabımı!
阿拉伯语经注:
إِنِّي ظَنَنتُ أَنِّي مُلَٰقٍ حِسَابِيَهۡ
Mən dünyada ikən öldükdən sonra yenidən diriləcəyimə və etdiyim əməllərin əvəzini alacağama yəqinliklə inanırdım".
阿拉伯语经注:
فَهُوَ فِي عِيشَةٖ رَّاضِيَةٖ
Beləsi, tükənməz nemətlərə nail olmaqla xoşbəxt həyat sürəcəkdir.
阿拉伯语经注:
فِي جَنَّةٍ عَالِيَةٖ
Məqam və dəyər baxımından yüksək olan bir Cənnətdə.
阿拉伯语经注:
قُطُوفُهَا دَانِيَةٞ
Eelə bir Cənnətdə ki, onun meyvələri onu dərmək istəyən kimsənin lap yaxınlığında olacaqdır.
阿拉伯语经注:
كُلُواْ وَٱشۡرَبُواْ هَنِيٓـَٔۢا بِمَآ أَسۡلَفۡتُمۡ فِي ٱلۡأَيَّامِ ٱلۡخَالِيَةِ
Onlara hörmət əlaməti olaraq belə deyiləcək: "Dünyadakı keçmiş günlərdə etdiyiniz yaxşı əməllərə görə nuşcanlıqla yeyin-için!"
阿拉伯语经注:
وَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِشِمَالِهِۦ فَيَقُولُ يَٰلَيۡتَنِي لَمۡ أُوتَ كِتَٰبِيَهۡ
Əməl kitabı sol əlinə verilən kimsə isə çox peman olub deyəcəkdir: "Kaş, məni əzaba düçar edəcək içində pis əməllərim yazılmış əməl kitabım mənə verilməyəydi!
阿拉伯语经注:
وَلَمۡ أَدۡرِ مَا حِسَابِيَهۡ
Kaş hesabımın nə olacağını bilməyəydim!!
阿拉伯语经注:
يَٰلَيۡتَهَا كَانَتِ ٱلۡقَاضِيَةَ
Kaş ilk ölümüm həmişəlik olaydı və mən bir daha dirilməyəydim!
阿拉伯语经注:
مَآ أَغۡنَىٰ عَنِّي مَالِيَهۡۜ
Sahib olduğum sərvətim məni Allahın əzabından qurtarmadı.
阿拉伯语经注:
هَلَكَ عَنِّي سُلۡطَٰنِيَهۡ
Hökmranlığım, güvəndiyim güc-qüvvəm və ad-sanım hamısı yox olub getdi.
阿拉伯语经注:
خُذُوهُ فَغُلُّوهُ
Mələklərə belə deyiləcəkdir: Onu tutub əllərini boynuna bağlayın!
阿拉伯语经注:
ثُمَّ ٱلۡجَحِيمَ صَلُّوهُ
Sonra da onu atəşin əzabını çəkmək üçün Cəhənnəm atın!
阿拉伯语经注:
ثُمَّ فِي سِلۡسِلَةٖ ذَرۡعُهَا سَبۡعُونَ ذِرَاعٗا فَٱسۡلُكُوهُ
Daha sonra onu uzunluğu yetmiş dirsək olan zəncirlə bağlayın!
阿拉伯语经注:
إِنَّهُۥ كَانَ لَا يُؤۡمِنُ بِٱللَّهِ ٱلۡعَظِيمِ
Çünki o, Əzəmətli olan Allaha inanmırdı.
阿拉伯语经注:
وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلۡمِسۡكِينِ
Və başqasını da kasıbı yedirtməyə rəğbətləndirmirdi.
阿拉伯语经注:
فَلَيۡسَ لَهُ ٱلۡيَوۡمَ هَٰهُنَا حَمِيمٞ
Qiyamət günü onu əzabdan qurtaracaq heç bir dostu yoxdur.
阿拉伯语经注:
这业中每段经文的优越:
• المِنَّة التي على الوالد مِنَّة على الولد تستوجب الشكر.
Valideynə olan yaxşılıq, övlada da olan yaxşılıq sayılır və bunların hər birinə görə Allaha şükr etmək vacibdir.

• إطعام الفقير والحض عليه من أسباب الوقاية من عذاب النار.
Kasıba yedizdirmək və başqalarını da buna rəğbətləndirmək, Cəhənnəm əzabından qoruyan səbəblərdəndir.

• شدة عذاب يوم القيامة تستوجب التوقي منه بالإيمان والعمل الصالح.
Qiyamət gününün şiddətli əzabından xilas olmaq üçün dünyada ikən Allah və Onun Rəsuluna iman gətirmək və yaxşı işlər görmək gərəkdir.

 
含义的翻译 章: 哈格
章节目录 页码
 
《古兰经》译解 - 阿塞拜疆语古兰经简明注释。 - 译解目录

古兰经注释研究中心发行。

关闭