Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በአዜርባይጃንኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አን ነጅም   አንቀጽ:
وَأَنَّهُۥ خَلَقَ ٱلزَّوۡجَيۡنِ ٱلذَّكَرَ وَٱلۡأُنثَىٰ
O, bi­ri erkək və biri də dişi ol­maq­la iki növ yaratdı.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مِن نُّطۡفَةٍ إِذَا تُمۡنَىٰ
Qadının uşaqlığına qoyulan nütfədən.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَأَنَّ عَلَيۡهِ ٱلنَّشۡأَةَ ٱلۡأُخۡرَىٰ
Onlar öldükdən sonra onları yenidən diriltmək də Ona aiddir.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَأَنَّهُۥ هُوَ أَغۡنَىٰ وَأَقۡنَىٰ
Qullarından dilədiyini var-dövlət sahibi edən, dilədiyinə də insanın kifayətlənə biləcəyi qədər az bir şey nəsib edən Odur.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَأَنَّهُۥ هُوَ رَبُّ ٱلشِّعۡرَىٰ
Bəzi müşriklərin Allahla yanaşı ibadət etdikləri Şira ulduzunun da Rəbbi Odur.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَأَنَّهُۥٓ أَهۡلَكَ عَادًا ٱلۡأُولَىٰ
O, əvvəlki Ad tayfasını məhv etdi. Onlar öz küfrlərində israr edən Hudun (aleyhissəlam) qövmü idi.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَثَمُودَاْ فَمَآ أَبۡقَىٰ
Salehin (aleyhissəlam) qövmü Səmudu da məhv edib on­lardan heç bir kimsəni sağ burax­madı.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَوۡمَ نُوحٖ مِّن قَبۡلُۖ إِنَّهُمۡ كَانُواْ هُمۡ أَظۡلَمَ وَأَطۡغَىٰ
Ad və Səmud qövmlərindən əvvəl Nuh qövmünü də məhv etdi. Çünki Nuh qövmü Ad və Səmud qövmlərindən daha zalım və daha azğın bir qövm idi. Nuh öz qövmünün arasında doqquz yüz əlli il qalıb onları Allahın vəhdaniyyətinə dəvət etdi, lakin onlar Nuhun dəvətini qəbul etmədilər.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَٱلۡمُؤۡتَفِكَةَ أَهۡوَىٰ
O, Lut qövmünün yurdlarını göyə qaldırıb tərsinə çevirdi, sonra da oradan yerə çırpdı.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَغَشَّىٰهَا مَا غَشَّىٰ
O kəndlər göyə qaldırılıb yerə çırpıldıqdan sonra daşlar onların başına yağdırıldı və bu onları hər tərəfdən bürüdü.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَبِأَيِّ ءَالَآءِ رَبِّكَ تَتَمَارَىٰ
Ey insan! Sən öz Rəbbinin qüdrətinə dəlalət edən ayələrdən hansına şəkk edib və ondan ibrət almırsan?!
የአረብኛ ቁርኣን ማብራሪያ:
هَٰذَا نَذِيرٞ مِّنَ ٱلنُّذُرِ ٱلۡأُولَىٰٓ
Sizə göndərilmiş bu elçi də, əvvəlki elçilər kimi biri elçidir.
የአረብኛ ቁርኣን ማብራሪያ:
أَزِفَتِ ٱلۡأٓزِفَةُ
Yaxın olan o qiyamət yaxın­laşdı.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَيۡسَ لَهَا مِن دُونِ ٱللَّهِ كَاشِفَةٌ
Allahdan başqa heç kəs onun qar­şısını ala bilməz və heç kəs də onun nə zaman qopacağını bilə bilməz.
የአረብኛ ቁርኣን ማብራሪያ:
أَفَمِنۡ هَٰذَا ٱلۡحَدِيثِ تَعۡجَبُونَ
Yoxsa siz, özünüzə oxunan bu Quranın Allah tərəfindən olduğuna təəccübmü edirsiniz?!
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَتَضۡحَكُونَ وَلَا تَبۡكُونَ
Siz Qurana istehza edərək gülürsünüz, onda olan moizələri eşitdikdə də, heç ağla­mır­sınız!
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَأَنتُمۡ سَٰمِدُونَ
Siz onu lağa qoyur və ona məhəl qoymursunuz?!
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَٱسۡجُدُواْۤ لِلَّهِۤ وَٱعۡبُدُواْ۩
Tək Allaha səcdə qılın və Ona ixlasla iba­dət edin!
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• عدم التأثر بالقرآن نذير شؤم.
Qurandan təsirlənməmək, bədbəxtlik əlamətidir.

• خطر اتباع الهوى على النفس في الدنيا والآخرة.
Nəfsin istəyinə uymağın dünya və axirətdə təhlükəli olması.

• عدم الاتعاظ بهلاك الأمم صفة من صفات الكفار.
Əvvəlki ümmətlərin həlak olduğundan ibrət almamaq, kafirlərin xislətlərindəndir.

 
የይዘት ትርጉም ምዕራፍ: አን ነጅም
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በአዜርባይጃንኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት