ترجمة معاني القرآن الكريم - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - فهرس التراجم


ترجمة معاني آية: (89) سورة: النحل
وَيَوۡمَ نَبۡعَثُ فِي كُلِّ أُمَّةٖ شَهِيدًا عَلَيۡهِم مِّنۡ أَنفُسِهِمۡۖ وَجِئۡنَا بِكَ شَهِيدًا عَلَىٰ هَٰٓؤُلَآءِۚ وَنَزَّلۡنَا عَلَيۡكَ ٱلۡكِتَٰبَ تِبۡيَٰنٗا لِّكُلِّ شَيۡءٖ وَهُدٗى وَرَحۡمَةٗ وَبُشۡرَىٰ لِلۡمُسۡلِمِينَ
Ey Peyğəmbər! Hər ümmətə, onlara küfr və ya iman üzərində olub-olmadıqlarını şahidlik edən bir peyğəmbər göndərəcəyimiz günü xatırla. Bu peyğəmbər onlar kimi bir bəşər övladından olub, onların danışdıqları dilində danışacaqdır. Ey Peyğəmbər! Biz səni bütün ümmətlərə şahidlik etmək üçün gətirdik. Halal və haram, savab və günah olan və bunlardan başqa təfsilata ehtiyacı olan hər bir şeyi izah etmən üçün sənə Quranı nazilı etdik. Biz bu kitabı, insanları haqqa yönəltmək üçün nazil etdik. Biz onu, ona iman edərək, onunla əməl edənlərə bir rəhmər olması və əbədi olan nemətləri arzu edərək, Allaha iman edən möminlərə bir müjdə olması üçün na­zil etdik.
التفاسير العربية:
من فوائد الآيات في هذه الصفحة:
• للكفار الذين يصدون عن سبيل الله عذاب مضاعف بسبب إفسادهم في الدنيا بالكفر والمعصية.
• İnsanları Allah yolundan azdıran kafirlər üçün dünyada ikən küfr və günah əməllərinə görə Qiyamət günü onları iki qat əzab gözləyir.

• لا تخلو الأرض من أهل الصلاح والعلم، وهم أئمة الهدى خلفاء الأنبياء، والعلماء حفظة شرائع الأنبياء.
• Yer üzü saleh və elm adamlarından xali olmaz. Bunlar: peyğəmbərlərin ardınca gedən doğru yol imamları və peyğəmbərlərin şəriətlərini qoruyan alimlərdir.

• حدّدت هذه الآيات دعائم المجتمع المسلم في الحياة الخاصة والعامة للفرد والجماعة والدولة.
• Yuxarıda qeyd edilən ayələr, müsəlman toplumun xüsusi və ümumi həyatlarındakı, şəriətin fərdi, camaat və dövlət üçün olan hüdudlarını bəyan etmişdir.

• النهي عن الرشوة وأخذ الأموال على نقض العهد.
• Bu ayələrdə əhdləri pozmaq üçün rüşvət almaq və insanların mallarını mənimsəmək qadağan edilmişdir.

 
ترجمة معاني آية: (89) سورة: النحل
فهرس السور رقم الصفحة
 
ترجمة معاني القرآن الكريم - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - فهرس التراجم

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

إغلاق