ترجمة معاني القرآن الكريم - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - فهرس التراجم


ترجمة معاني آية: (2) سورة: البقرة
ذَٰلِكَ ٱلۡكِتَٰبُ لَا رَيۡبَۛ فِيهِۛ هُدٗى لِّلۡمُتَّقِينَ
Bu əzəmətli Quranın Allah tərəfindən nazil olmasında, həmçinin, söz və mənalarında heç bir şəkk-şübhə yoxdur. Bu Quran Allahın kəlamıdır və müttəqillərə Allaha aparan doğru yolu göstərir.
التفاسير العربية:
من فوائد الآيات في هذه الصفحة:
• الثقة المطلقة في نفي الرَّيب دليل على أنه من عند الله؛ إذ لا يمكن لمخلوق أن يدعي ذلك في كلامه.
• (Qurani Kərimdən) şəkk-şübhənin tam qətiyyətlə rədd edilməsi onun Allahdan olmasına dəlildir. Çünki, məxluqun öz sözlərinə dair belə bir iddia irəli sürməsi mümkün deyil (və ya qəbuledilməzdir).

• لا ينتفع بما في القرآن الكريم من الهدايات العظيمة إلا المتقون لله تعالى المعظِّمون له.
• Qurani Kərimdə olan əzəmətli hidayətlərdən yalnız Allahdan qorxan və Onu əzəmətli tutan (təzim edən) insanlar faydalanar.

• من أعظم مراتب الإيمانِ الإيمانُ بالغيب؛ لأنه يتضمن التسليم لله تعالى في كل ما تفرد بعلمه من الغيب، ولرسوله بما أخبر عنه سبحانه.
• İmanın ən əzəmətli mərtəbələrindən biri də, qeybə iman etməkdir. Çünki qeybə iman etmək, qeybi yalnız Uca Allahın bildiyinə və bu haqda Allah Rəsulunun bütün nöqsanlardan münəzzəh olan Allahdan xəbər verdiyinə təslimiyyəti ehtiva edir.

• كثيرًا ما يقرن الله تعالى بين الصلاة والزكاة؛ لأنَّ الصلاة إخلاص للمعبود، والزكاة إحسان للعبيد، وهما عنوان السعادة والنجاة.
• Uca Allah çox vaxt Quranda namazla zəkatı birgə qeyd edir. Çünki, namaz qulun Allaha ixlası (səmimiyyəti), zəkat isə qulun öz malından bəndələrə etdiyi ehsanıdır. Namaz qılıb zəkat vermək xoşbəxtlik və səadətin ünvanıdır.

• الإيمان بالله تعالى وعمل الصالحات يورثان الهداية والتوفيق في الدنيا، والفوز والفلاح في الأُخرى.
• Uca Allaha iman edib saleh əməllər görmək iinsana dünyada ikən Allahın hidayətinə qovuşmağa və işlərində müvəffəqiyyətli olmağa, axirətdə isə nicat tapıb xoşbəxt olmağa səbəbdir.

 
ترجمة معاني آية: (2) سورة: البقرة
فهرس السور رقم الصفحة
 
ترجمة معاني القرآن الكريم - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - فهرس التراجم

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

إغلاق