ترجمة معاني القرآن الكريم - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - فهرس التراجم


ترجمة معاني آية: (87) سورة: البقرة
وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ وَقَفَّيۡنَا مِنۢ بَعۡدِهِۦ بِٱلرُّسُلِۖ وَءَاتَيۡنَا عِيسَى ٱبۡنَ مَرۡيَمَ ٱلۡبَيِّنَٰتِ وَأَيَّدۡنَٰهُ بِرُوحِ ٱلۡقُدُسِۗ أَفَكُلَّمَا جَآءَكُمۡ رَسُولُۢ بِمَا لَا تَهۡوَىٰٓ أَنفُسُكُمُ ٱسۡتَكۡبَرۡتُمۡ فَفَرِيقٗا كَذَّبۡتُمۡ وَفَرِيقٗا تَقۡتُلُونَ
Biz Musaya Tövrat verdik. Ondan sonra da bir-birinin ardınca elçilər göndərdik. Biz Məryəm oğlu İsaya da onun doğruluğunu təsdiqləyən - ölüləri diriltmək, anadangəlmə koru və cüzam xəstəliyinə tutulmuş insanları sağaltmaq kimi açıq-aşkar dəlillər bəxş etdik və onu mələk Cəbraillə - Aleyhissəlam - qüvvətləndirdik. Ey İsrail oğulları, məgər hər dəfə sizə Allah tərəfindən göndərilən rəsul nəfsinizə uyğun gəlməyən bir şey gətirdikdə siz haqqa qarşı təkəbbürlük göstərib, özünüzü Allahın rəsullarından üstün hesab etmədinizmi? Onların bir qismini təkzib edib, bir qismini də öldürmədinizmi?!
التفاسير العربية:
من فوائد الآيات في هذه الصفحة:
• من أعظم الكفر: الإيمان ببعض ما أنزل الله والكفر ببعضه؛ لأن فاعل ذلك قد جعل إلهه هواه.
• Ən böyük küfürlərdən biri də Allahın nazil etdiyi ayələrin bir qisminə iman edib digər bir qisminə isə küfür etməkdir. Çünki belə iman edən kimsə öz havasını özünə ilah etmişdir.

• عِظَم ما بلغه اليهود من العناد، واتباع الهوى، والتلاعب بما أنزل الله تعالى.
• Yəhudilərin inadkarlıq, istəklərinə uymaq və Uca Allahın nazil etdiyi ayələri lağa qoymaqda düşdükləri ən aşağı səviyyənin açıqlanması.

• فضل الله تعالى ورحمته بخلقه، حيث تابع عليهم إرسال الرسل وإنزال الكتب لهدايتهم للرشاد.
• Uca Allahın qullarına olan lütfü və rəhməti. Belə ki, Allah onları doğru yola yönəltmək üçün ar-arda rəsullar göndərmiş və kitablar nazil etmişdir.

• أن الله يعاقب المعرضين عن الهدى المعاندين لأوامره بالطبع على قلوبهم وطردهم من رحمته؛ فلا يهتدون إلى الحق، ولا يعملون به.
• Allah haqdan üz çevirib Onun əmirlərinə inadkarlıq edənlərin qəlblərinə möhür vurub və Öz rəhmətindən qovmaqla əzab verər. Belə ki, onlar, haqqa yönəlməz və ona əməl etməzlər.

 
ترجمة معاني آية: (87) سورة: البقرة
فهرس السور رقم الصفحة
 
ترجمة معاني القرآن الكريم - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - فهرس التراجم

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

إغلاق