ترجمة معاني القرآن الكريم - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - فهرس التراجم


ترجمة معاني آية: (72) سورة: المائدة
لَقَدۡ كَفَرَ ٱلَّذِينَ قَالُوٓاْ إِنَّ ٱللَّهَ هُوَ ٱلۡمَسِيحُ ٱبۡنُ مَرۡيَمَۖ وَقَالَ ٱلۡمَسِيحُ يَٰبَنِيٓ إِسۡرَٰٓءِيلَ ٱعۡبُدُواْ ٱللَّهَ رَبِّي وَرَبَّكُمۡۖ إِنَّهُۥ مَن يُشۡرِكۡ بِٱللَّهِ فَقَدۡ حَرَّمَ ٱللَّهُ عَلَيۡهِ ٱلۡجَنَّةَ وَمَأۡوَىٰهُ ٱلنَّارُۖ وَمَا لِلظَّٰلِمِينَ مِنۡ أَنصَارٖ
Həqiqətən, "Allah Mər­yəm oğlu İsa Məsihdir" – deyən nasranilər, ilahlığı Allahdan qeyrisinə nisbət etdikləri üçün artıq kafir oldu­lar. Baxmayaraq ki, Mər­yəm oğlu İsa Məsih elə özü onlara de­mişdir: "Ey İsrail oğul­ları! Tək Allaha ibadət edin, O, mənim də, sizin də Rəb­binizdir. Biz Ona ibadət etməkdə hamımız eyni səviyyədəyik. Allah, Ona başqasını şə­rik qo­şan kimsəyə əbədi olaraq Cən­nə­tə daxil olmasını haram edər, onun məskunlaşacağı yer Cəhənnəm odudur. Onun Allah yanında nə bir yardımçısı olar, nə də onu gözləyən əzabdan xilas edən bir köməkçisi".
التفاسير العربية:
من فوائد الآيات في هذه الصفحة:
• بيان كفر النصارى في زعمهم ألوهية المسيح عليه السلام، وبيان بطلانها، والدعوةُ للتوبة منها.
• Nəsranilərin Məsihin - aleyihissəlam - ilah olduğu iddalarının küfr və batil olmasının bəyanı və bundan tövbə etməyə çağırış.

• من أدلة بشرية المسيح وأمه: أكلهما للطعام، وفعل ما يترتب عليه.
• Məsih və anasının bir bəşər olduğuna dəlalət edən amillərdən biri də: Onların hər ikisinin yemək yeməsi və yedikdən sonra təbbi ehtiyaclarını ödəməyə möhtac olmalarıdır.

• عدم القدرة على كف الضر وإيصال النفع من الأدلة الظاهرة على عدم استحقاق المعبودين من دون الله للألوهية؛ لكونهم عاجزين.
• Zərər və ya fayda verməyi bacarmamaq, Allahdan başqa ibadət olunanların ilah olmağa haqqı olmadığına açıq-aydın dəlildir. Çünki onlar aciz məxluqlardır.

• النهي عن الغلو وتجاوز الحد في معاملة الصالحين من خلق الله تعالى.
• Uca Allahın xəlq etdiyi saleh qullar ilə münasibətdə onları həddən artıq şişirtib, ifrata varmağın qadağan olunması.

 
ترجمة معاني آية: (72) سورة: المائدة
فهرس السور رقم الصفحة
 
ترجمة معاني القرآن الكريم - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - فهرس التراجم

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

إغلاق