ترجمة معاني القرآن الكريم - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - فهرس التراجم


ترجمة معاني آية: (40) سورة: التوبة
إِلَّا تَنصُرُوهُ فَقَدۡ نَصَرَهُ ٱللَّهُ إِذۡ أَخۡرَجَهُ ٱلَّذِينَ كَفَرُواْ ثَانِيَ ٱثۡنَيۡنِ إِذۡ هُمَا فِي ٱلۡغَارِ إِذۡ يَقُولُ لِصَٰحِبِهِۦ لَا تَحۡزَنۡ إِنَّ ٱللَّهَ مَعَنَاۖ فَأَنزَلَ ٱللَّهُ سَكِينَتَهُۥ عَلَيۡهِ وَأَيَّدَهُۥ بِجُنُودٖ لَّمۡ تَرَوۡهَا وَجَعَلَ كَلِمَةَ ٱلَّذِينَ كَفَرُواْ ٱلسُّفۡلَىٰۗ وَكَلِمَةُ ٱللَّهِ هِيَ ٱلۡعُلۡيَاۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٌ
Ey möminilər! Əgər siz Allahın Elçisinə (sallallahu aleyhi və səlləm) kö­mək et­mə­səniz və onun sizi Allah yolunda çihada çıxmaq çağırışına cavab verməsəniz bilin ki, Allah ona artıq müşriklər onu və Əbu Bəkri (Allah ondan razı olsun) Məkkədən çıxartdıqları zaman siz olmadan da kömək göstərmişdir. Kafirlər onları axtardıqları vaxt mağarada gizləndikdə onlar yalnız iki nə­fər­ idilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm) öz yoldaşının müşriklərin onları görəcəklərindən qorxduğu zaman ona: "Kədərlənmə, Allah Öz yardımı və dəstəyi ilə bizimlə­dir!" – dedi. Bun­dan sonra Allah Peyğəmbərin qəlbinə bir arxa­yınlıq nazil etdi, sizin görmə­di­yi­niz mələklərlə ona yar­dım göstərdi, müşriklərin sö­zü­nü al­çalt­dı və İslamı izzətləndirməklə Alla­h sözünü uca­dır. Allah zatında, güc-qüvvətində və mülkündə qüd­rətlidir sahibidir, kimsə Ona məğlub edə bilməz. O, işlərində, insanlar üçün təyin etdiyi qədərin də və həmçinin şəri hökmlərin də hikmət sahibidir.
التفاسير العربية:
من فوائد الآيات في هذه الصفحة:
• العادات المخالفة للشرع بالاستمرار عليها دونما إنكار لها يزول قبحها عن النفوس، وربما ظُن أنها عادات حسنة.
• Şəriətə müxalif olan adətləri inkar etmədən, onu daimi şəkildə etmək insanın qəlbindən ona qarşı olan nifrəti aradan qaldırar və bəzən də insan, onun yaxşı bir adət olduğu zənn edər.

• عدم النفير في حال الاستنفار من كبائر الذنوب الموجبة لأشد العقاب، لما فيها من المضار الشديدة.
• Səfərbərlik vaxtı boyun qaçırıb döyüşə çıxmamağın fəsad və zərərləri olduğu üçün Allahın əzabını vacib edən böyük günahlardan hesab edilir.

• فضيلة السكينة، وأنها من تمام نعمة الله على العبد في أوقات الشدائد والمخاوف التي تطيش فيها الأفئدة، وأنها تكون على حسب معرفة العبد بربه، وثقته بوعده الصادق، وبحسب إيمانه وشجاعته.
• Arxayınlığın fəziləti. Bu, həyatın cətin, qorxulu və qəlblərin sıxıldığı anlarında Allahın insana olan nemətinin tamamlığındandır. Bu arxayınlıq, insanın Rəbbini tanımasının, Onun vədinə inanmağın dərəcəsi və həmçini özünün şücaətli olması qədərdir.

• أن الحزن قد يعرض لخواص عباد الله الصدِّيقين وخاصة عند الخوف على فوات مصلحة عامة.
• Bəzən Allahın saleh qullarını, xüsusən də çətin anlarda qəm-qüssəyə məruz qalırlar.

 
ترجمة معاني آية: (40) سورة: التوبة
فهرس السور رقم الصفحة
 
ترجمة معاني القرآن الكريم - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - فهرس التراجم

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

إغلاق