ترجمة معاني القرآن الكريم - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - فهرس التراجم


ترجمة معاني آية: (83) سورة: التوبة
فَإِن رَّجَعَكَ ٱللَّهُ إِلَىٰ طَآئِفَةٖ مِّنۡهُمۡ فَٱسۡتَـٔۡذَنُوكَ لِلۡخُرُوجِ فَقُل لَّن تَخۡرُجُواْ مَعِيَ أَبَدٗا وَلَن تُقَٰتِلُواْ مَعِيَ عَدُوًّاۖ إِنَّكُمۡ رَضِيتُم بِٱلۡقُعُودِ أَوَّلَ مَرَّةٖ فَٱقۡعُدُواْ مَعَ ٱلۡخَٰلِفِينَ
Ey Peyğəmbər! Əgər Allah səni nifaq əməllərində davam edən o münafiq züm­rənin yanına qaytarsa və on­lar səninlə birğə başqa dö­yüşə çıxmaq üçün səndən izin istəsələr, onlara belə de: "Ey münafiqlər! Həm sizin mənimlə birgə olmağınızın şərindən qorunmaq üçün həm də ki, sizə Allah tərəfindən bir cəza olaraq siz bir daha mə­nimlə Allah yolunda cihad etməyə çıx­maya­caqsınız. Çünki siz Təbuk döyüşündə geridə qalıb öz evlərinizdə oturmağa razı ol­du­­nuz. Elə isə arxada qalan xəstə, qadın və uşaqlarla bə­ra­bər siz də ev­də oturun!"
التفاسير العربية:
من فوائد الآيات في هذه الصفحة:
• الكافر لا ينفعه الاستغفار ولا العمل ما دام كافرًا.
• Kafir insan, kafir olduğu müddətcə onun bağışlanma diləməsi və yaxşı əməl etməsi ona fayda verməz.

• الآيات تدل على قصر نظر الإنسان، فهو ينظر غالبًا إلى الحال والواقع الذي هو فيه، ولا ينظر إلى المستقبل وما يتَمَخَّض عنه من أحداث.
• Yuxarıda qeyd edilən ayələr, insan təfəkkürünün naqis olduğuna dəlalət edir. Çünki insan adətən, gələcəyə baxaraq yaxud da işlərin sonda nə ilə nəticələnə biləcəyinə deyil, yaşadığı və ya düşdüyü ətraf mühütə baxıb qərar verdir.

• التهاون بالطاعة إذا حضر وقتها سبب لعقوبة الله وتثبيطه للعبد عن فعلها وفضلها.
• İbadətin vaxtı daxil olduğu zaman, ona səhlənkar yanaşmaq, insana Allah tərəfindən bəla gəlməsinə, həmən ibadəti yaliqincə yerinə yetirməməsinə və onun fəzilətindən məhrum olmasına səbəbdir.

• في الآيات دليل على مشروعية الصلاة على المؤمنين، وزيارة قبورهم والدعاء لهم بعد موتهم، كما كان النبي صلى الله عليه وسلم يفعل ذلك في المؤمنين.
• Yuxarıda qeyd edilən ayələrdə, vəfat etmiş möminlərə cənazə namazı qılmağın, qəbirlərini ziyarət edib, Allaha onlar üçün dua etməyin caiz olmasına dair dəlil vardır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) vəfat etmiş möminlər üçün belə edərdi.

 
ترجمة معاني آية: (83) سورة: التوبة
فهرس السور رقم الصفحة
 
ترجمة معاني القرآن الكريم - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - فهرس التراجم

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

إغلاق