Check out the new design

Prijevod značenja časnog Kur'ana - Azerbejdžanski prijevod sažetog tefsira Plemenitog Kur'ana. * - Sadržaj prijevodā


Prijevod značenja Ajet: (15) Sura: El-Feth
سَيَقُولُ ٱلۡمُخَلَّفُونَ إِذَا ٱنطَلَقۡتُمۡ إِلَىٰ مَغَانِمَ لِتَأۡخُذُوهَا ذَرُونَا نَتَّبِعۡكُمۡۖ يُرِيدُونَ أَن يُبَدِّلُواْ كَلَٰمَ ٱللَّهِۚ قُل لَّن تَتَّبِعُونَا كَذَٰلِكُمۡ قَالَ ٱللَّهُ مِن قَبۡلُۖ فَسَيَقُولُونَ بَلۡ تَحۡسُدُونَنَاۚ بَلۡ كَانُواْ لَا يَفۡقَهُونَ إِلَّا قَلِيلٗا
Ey möminlər! Siz Hüdeybiyyə sülhündən sonra Allahın sizə vəd verdiyi Xeybər qənimətlərini götür­mə­yə getdi­yiniz zaman geri qalanlar: “Qo­yun biz də sizinlə birlikdə gedək ki, o qənimətlərdən əldə edək!” – de­yə­cəklər. Döyüşdən geri qalanlar özlərinin bu tələbi ilə Allahın Hudeybiyyə sülhündən sonra yalnız möminlərə Xeybər qənimətlərini əldə edəcəklərinə dair verdiyi vədi dəyişdirmək istəyirlər. Ey Peyğəmbər! De: “Siz əsla bizim arxamızca o qənimətləri götürməyə gəlməyəcəksiniz. Allah bizə, Xeybər qənimətlərinin Hudeybiyyə sülhündə iştirak edənlərə məxsus olduğuna dair vəd etmişdir.” On­lar deyəcəklər: “Sizin bizə, sizinlə birlikdə Xeybərə getməyimizə mane olmağınız heç də Allahın əmri ilə deyil, əksinə, bunun səbəbi sizin bizə həsəd apa­rmağınızdır”. Bu iş heç də döyüşdən yayınan o kimsələrin iddia etdiyi kimi deyil, ək­si­nə, onlar Allahın əmrlərindən və qadağalarından sadəcə az bir şey anlayırlar. Elə buna görə də günaha batmışlar.
Tefsiri na arapskom jeziku:
Poruke i pouke ajeta na ovoj stranici:
• مكانة بيعة الرضوان عند الله عظيمة، وأهلها من خير الناس على وجه الأرض.
Ridvan beyətinin Allah yanında əzəmətli yeri vardır. Bu beyətdə işitirak etmiş səhabələr isə yer üzündə olan insanların ən xeyirliləridir.

• سوء الظن بالله من أسباب الوقوع في المعصية وقد يوصل إلى الكفر.
Allah barədə pis zənn etmək günaha batmaq üçün səbəbdir. Bəzən də bu, insanı küfrə gətirib çıxarır.

• ضعاف الإيمان قليلون عند الفزع، كثيرون عند الطمع.
Müsibət zamanı imanı zəif olanların sayı az olur, ortada dünya mənfəətləri olduqda isə onların sayı çoxalır.

 
Prijevod značenja Ajet: (15) Sura: El-Feth
Indeks sura Broj stranice
 
Prijevod značenja časnog Kur'ana - Azerbejdžanski prijevod sažetog tefsira Plemenitog Kur'ana. - Sadržaj prijevodā

Izdavač: centar za kur'anske studije "Tefsir".

Zatvaranje