Translation of the Meanings of the Noble Qur'an - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Translations’ Index


Translation of the meanings Ayah: (85) Surah: Al-Hijr
وَمَا خَلَقۡنَا ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَآ إِلَّا بِٱلۡحَقِّۗ وَإِنَّ ٱلسَّاعَةَ لَأٓتِيَةٞۖ فَٱصۡفَحِ ٱلصَّفۡحَ ٱلۡجَمِيلَ
Biz göyləri, yeri və on­la­rın ara­sında olanları heç bir hikmətsiz, boş yerə yaratmadıq. Biz bütün bunların hamısını yalnız haqq ilə yaratdıq. O saat mütləq gələ­cəkdir, bu barədə əsla şəkk-şübhə ola bilməz. Ey Peyğəmbər! Odur ki, səni yalan sayanlardan üz çevir və onları gö­zəl tərzdə bağışla!
Arabic explanations of the Qur’an:
Benefits of the verses in this page:
• أن الله تعالى إذا أراد أن يهلك قرية ازداد شرهم وطغيانهم، فإذا انتهى أوقع بهم من العقوبات ما يستحقونه.
• Uca Allah bir şəhəri məhv etmək istədikdə, o şəhər əhalisinin asiliklərini və günahlarını artırar. Elə ki, onlar son həddə çatdıqda Allah onlara layiq olduqları əzabı göndərər.

• كراهة دخول مواطن العذاب، ومثلها دخول مقابر الكفار، فإن دخل الإنسان إلى تلك المواضع والمقابر فعليه الإسراع.
• Əzab göndərilən qövmlərin diyarlarına, eyni ilə kafirlərin qəbiristanlığına daxil olmaq məkruhdur. Əgər insan həmən diyarlara və ya kafirlərin qəbiristanlığına daxil olmaq məcburiyyətində qalarsa bu zaman o, oranı tez bir vaxta tərk etməyə tələsməlidir.

• ينبغي للمؤمن ألا ينظر إلى زخارف الدنيا وزهرتها، وأن ينظر إلى ما عند الله من العطاء.
Mömin kimsə dünyanın bər-bəzəyinə və gözəlliyinə tama salmamalıdır, əksinə, Allahın bəxş edəcəyi nemətlərə könül bağlamalıdır.

• على المؤمن أن يكون بعيدًا من المشركين، ولا يحزن إن لم يؤمنوا، قريبًا من المؤمنين، متواضعًا لهم، محبًّا لهم ولو كانوا فقراء.
• Mömin, müşriklərdən uzaq durmalıdır. Onların iman gətirmədiklərinə görə də üzülməli deyildir. Mömin, başqa mömin qardaşlarına yaxın olmalı, onlara təvazökarlıq göstərməli və onlar hətta fəqir olsalar da belə onlara qarşı məhəbbət bəsləməlidir.

 
Translation of the meanings Ayah: (85) Surah: Al-Hijr
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Translations’ Index

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

close