Translation of the Meanings of the Noble Qur'an - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Translations’ Index


Translation of the meanings Ayah: (79) Surah: An-Nahl
أَلَمۡ يَرَوۡاْ إِلَى ٱلطَّيۡرِ مُسَخَّرَٰتٖ فِي جَوِّ ٱلسَّمَآءِ مَا يُمۡسِكُهُنَّ إِلَّا ٱللَّهُۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يُؤۡمِنُونَ
Məgər müşriklər, Allahın quşlara iki qanad verib, onların havada uça bilməsi üçün havanı münasib bir vəziyyətə gətirdiyini, onlara havada ikən qanadlarını necə açıb bağlamağı və havada istədikləri kimi uça bilmələrini öyrətdiyini gör­mür­lər­mi?! Onları havadan yerə düşmədən göydə sax­layan ancaq qadir olan Allahdır. Həqi­qə­tən, quşların uça bilməsi üçün onların yerə düşmədən göy üzündə saxlanılmasında Allaha iman gətirən insan­lar üçün dəlil­lər vardır. Çünki bu dəlillərdən və öyüd-nəsihətdən yalnız onlar faydalanarlar!
Arabic explanations of the Qur’an:
Benefits of the verses in this page:
• لله تعالى الحكمة البالغة في قسمة الأرزاق بين العباد، إذ جعل منهم الغني والفقير والمتوسط؛ ليتكامل الكون، ويتعايش الناس، ويخدم بعضهم بعضًا.
• Ruziləri qulların arasında bölüşdürülməsində, Uca Allahın böyük bir hikməti vardır. Uca Allahın kainatın kamil bir hala gəlməsi, insanların bir arada yaşaya bilmələri və onların bir-birilərinə xidmət etmələri üçün onlardan bəzilərini zəngin, bəzilərini yoxsul və bəzilərini də orta halda yaratmışdır.

• دَلَّ المثلان في الآيات على ضلالة المشركين وبطلان عبادة الأصنام؛ لأن شأن الإله المعبود أن يكون مالكًا قادرًا على التصرف في الأشياء، وعلى نفع غيره ممن يعبدونه، وعلى الأمر بالخير والعدل.
• Yuxarıdakı ayələrdə çəkilən iki məsəl, müşriklərin azğınlıqlarına və onların bütlərə ibadət etmələrinin batil olduğuna dəlalət edir. Çünki ibadət edilən ilah, məxluqatı idarə etməyə, ona ibadət edənlərə fayda verməyə, xeyir və ədaləti əmr etməyə malik və qadir olmalıdır.

• من نعمه تعالى ومن مظاهر قدرته خلق الناس من بطون أمهاتهم لا علم لهم بشيء، ثم تزويدهم بوسائل المعرفة والعلم، وهي السمع والأبصار والأفئدة، فبها يعلمون ويدركون.
• İnsanları, analarının bətnində heç bir şey bilmədikləri bir halda yaratması, sonra da onların bilib, dərk etmələri üçün onlara göz, qulaq və ürək kimi əzaların verilməsi Uca Allahın insanlara bəxş etdiyi nemətlərin və Uca Allahın qudrətinin təzahürlərindən biridir.

 
Translation of the meanings Ayah: (79) Surah: An-Nahl
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Translations’ Index

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

close