Translation of the Meanings of the Noble Qur'an - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Translations’ Index


Translation of the meanings Ayah: (97) Surah: Al-Isrā’
وَمَن يَهۡدِ ٱللَّهُ فَهُوَ ٱلۡمُهۡتَدِۖ وَمَن يُضۡلِلۡ فَلَن تَجِدَ لَهُمۡ أَوۡلِيَآءَ مِن دُونِهِۦۖ وَنَحۡشُرُهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ عَلَىٰ وُجُوهِهِمۡ عُمۡيٗا وَبُكۡمٗا وَصُمّٗاۖ مَّأۡوَىٰهُمۡ جَهَنَّمُۖ كُلَّمَا خَبَتۡ زِدۡنَٰهُمۡ سَعِيرٗا
Allah kimi hidayət yoluna yö­nəl­dir­sə, o, haqq yoluna yönəlmiş olar. Ey Peyğəmbər! Allah kimi rəzil edib, hidayət yolundan az­dı­rırsa, on­ları haqqa yönəldən, şəri onlardan uzaqlaşdıran və onlara xeyir gətirən bir dost­ tapa bil­məz­sən. Qiyamət gü­nü Biz onları kor, lal və kar olduqları halda üzü üstə sürünərək məhşərə top­laya­ca­ğıq. On­ların sığınacaqları yer Cə­hən­nəmdir. Cəhənnəmin atəşi azal­dıqca onlar üçün atəşi daha da artıra­cağıq!
Arabic explanations of the Qur’an:
Benefits of the verses in this page:
• الله تعالى هو المنفرد بالهداية والإضلال، فمن يهده فهو المهتدي على الحقيقة، ومن يضلله ويخذله فلا هادي له.
• Doğru yola yönəldən və o yoldan azdıran yalnız uca Allahdır. Allah kimi doğru yola yönəldərsə, o, həqiqət üzərində olar, kimi də o yoldan azdırarsa, onu heç bir kimsə əsla doğru yola yönəldən bilməz.

• مأوى الكفار ومستقرهم ومقامهم جهنم، كلما سكنت نارها زادها الله نارًا تلتهب.
• Kafirlərin məskunlaşıb, qərar tutacaqları yer Cəhənnəmdir. Cəhənnəmin alovu hər dəfə azaldıqda, uca Allah onun alovunu daha da artıracaqdır.

• وجوب الاعتصام بالله عند تهديد الطغاة والمُسْتَبدين.
• Zalımların hədə-qorxusu ilə üz-üzə gəldikdə, uca Allaha sığınmağın vacibliyi.

• الطغاة والمُسْتَبدون يلجؤون إلى استخدام السلطة والقوة عندما يواجهون أهل الحق؛ لأنهم لا يستطيعون مواجهتهم بالحجة والبيان.
• Zalımlar haqq əhli ilə qarşılaşdıqda, güc tətbiq etməyə əl atırlar. Çünki onlar haqq əhli ilə dəlil və sübutla danışmağa gücləri yetmir.

 
Translation of the meanings Ayah: (97) Surah: Al-Isrā’
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Translations’ Index

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

close