Translation of the Meanings of the Noble Qur'an - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Translations’ Index


Translation of the meanings Ayah: (15) Surah: Al-Kahf
هَٰٓؤُلَآءِ قَوۡمُنَا ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ ءَالِهَةٗۖ لَّوۡلَا يَأۡتُونَ عَلَيۡهِم بِسُلۡطَٰنِۭ بَيِّنٖۖ فَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبٗا
Bunda sonra həmin gənclər bir-biririnə baxaraq: "Bi­zim bu qövmümüz özlərinə Allah­dan başqa ibadət edəcəkləri mə­budlar qə­bul etdilər. Onlar Allahdan başqasına ibadət etdiklərinə görə aşıq-aydın heç bir dəlil gətirməyə qadir deyillər. Allahın şəriki olması barədə ya­lan uydu­ran kimsədən daha zalım bir kəs ola bi­lməz!" – dedilər.
Arabic explanations of the Qur’an:
Benefits of the verses in this page:
• الداعي إلى الله عليه التبليغ والسعي بغاية ما يمكنه، مع التوكل على الله في ذلك، فإن اهتدوا فبها ونعمت، وإلا فلا يحزن ولا يأسف.
• Allaha dəvət edənin üzərinə düşən, Allaha təvəkkül etməklə yanaşı, bacardığı qədər Allaha dəvət etmək və bu yolda səy göstərməkdir. Əgər onun dəvətini qəbul etsələr, bu nə gözəl. Əgər dəvətini qəbul etməsələr, bu zaman kədərlənib hüzünlü olmalı deyil.

• في العلم بمقدار لبث أصحاب الكهف، ضبط للحساب، ومعرفة لكمال قدرة الله تعالى وحكمته ورحمته.
• Əshabi-kəhfin mağarada nə qədər qaldıqları müddətin elmi, hesabın dəqiq bilinməsi və həmçinin Uca Allahın qüdrətinin, hikmətinin və Ona iman edən qullarına qarşı olan rəhmətinin bilinməsi üçündür.

• في الآيات دليل صريح على الفرار بالدين وهجرة الأهل والبنين والقرابات والأصدقاء والأوطان والأموال؛ خوف الفتنة.
• Yuxarıda qeyd edilən ayələrdə fitnə qorxusundan dini daha yaxşı yaşaya bilmək üçün əhli-əyalı, oğul-uşağı, qohum-əqrəbanı, dost-tanışı, vətəni və mal-dövləri tərk edib Allah üçün hicrət etməyə dair açıq-aydın dəlil vardır.

• ضرورة الاهتمام بتربية الشباب؛ لأنهم أزكى قلوبًا، وأنقى أفئدة، وأكثر حماسة، وعليهم تقوم نهضة الأمم.
• Gənclərin tərbiyəsi ilə maraqlanmağın və onların sağlam əqidə üzərində böyümələrinə qayğı göstərməyin zərir və önəmli bir iş olması. Çünki onların qəlbləri pak, ürəkləri təmiz və daha coşqun olduqları üçün ümmətin ayaqda qalması məhz onların çiyinləri üzərinə düşür.

 
Translation of the meanings Ayah: (15) Surah: Al-Kahf
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Translations’ Index

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

close