Translation of the Meanings of the Noble Qur'an - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Translations’ Index


Translation of the meanings Ayah: (46) Surah: Al-Kahf
ٱلۡمَالُ وَٱلۡبَنُونَ زِينَةُ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۖ وَٱلۡبَٰقِيَٰتُ ٱلصَّٰلِحَٰتُ خَيۡرٌ عِندَ رَبِّكَ ثَوَابٗا وَخَيۡرٌ أَمَلٗا
Var-dövlət və övladlar dün­ya hə­yatındakı bərbəzəyidir. Allahın rizasını diləyərək xərclənilən mal-dövlət müstəsna olmaqla, mal-dövlərin axirətdə heç bir faydası yoxdur. Uca Allahın razı qaldığı sözlər və əməllər Allah yanında savab baxımından dünyanın bütün bərbəzəyindən daha əfzəl­dir və bu, insanın ümid etdiyinin ən xeyirlisidir. Çünki dünyanın bərbəzəyi və zinəti fanidir, Allah yanında razı qalınan sözlər və əməllərin savabı isə əbədidir.
Arabic explanations of the Qur’an:
Benefits of the verses in this page:
• على العبد الإكثار من الباقيات الصالحات، وهي كل عمل صالح من قول أو فعل يبقى للآخرة.
• İnsan əbədi qalan yaxşı əməlləri çoxaltmalıdır. Bu, axirət həyatı üçün edilən söz və feillərdən olan saleh əməllərdir.

• على العبد تذكر أهوال القيامة، والعمل لهذا اليوم حتى ينجو من أهواله، وينعم بجنة الله ورضوانه.
• İnsan Qiyamət gününün şiddətli anlarını xatırlamalı və o günün dəhşətindən qurtulmaq üçün Allahın rizasına və Onun Cənnətinə nail olana qədər yaxşı əməl etməsi gərəkdir.

• كَرَّم الله تعالى أبانا آدم عليه السلام والجنس البشري بأجمعه بأمره الملائكة أن تسجد له في بدء الخليقة سجود تحية وتكريم.
• Uca Allah Adəmi - aleyhissəlam - xəlq etdikdən sonra bütün mələklərə ona salam və hörmət mənasında səcdə etmələrini əmr etməklə, atamız Adəmi və bəşəriyyətdə olan insan cinsini yüksək məqamlara qaldırmışdır.

• في الآيات الحث على اتخاذ الشيطان عدوًّا.
• Bu ayələrdə, insan, şeytanı özünə düşmən tutmasına dair bir təşviq vardır.

 
Translation of the meanings Ayah: (46) Surah: Al-Kahf
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Translations’ Index

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

close