Translation of the Meanings of the Noble Quran - Azerbaijani translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
115 : 2

وَلِلَّهِ ٱلۡمَشۡرِقُ وَٱلۡمَغۡرِبُۚ فَأَيۡنَمَا تُوَلُّواْ فَثَمَّ وَجۡهُ ٱللَّهِۚ إِنَّ ٱللَّهَ وَٰسِعٌ عَلِيمٞ

Məşriqin də, məğribin də və onların arasında olan hər bir şeyin də mülkü Allahındır! Allah qullarına istədiyini əmr edər. Siz hansı səmtə yönəlsəniz, yenə də Uca Allaha yönəlmiş olarsız. Əgər O, sizə Beytülməqdisə yaxud Məkkəyə yönəlməyi əmr edərsə ya da səhvən qiblədən başqa tərəfə yönəlsəniz yaxud da ki, qibləyə yönəlmək sizə çətin olarsa bu işdə sizə günah olmaz. Həqiqətən, Allah Öz rəhməti və asanlaşdırması ilə qullarını Əhatəedən və onların niyyətlərini və əməllərini Biləndir. info
التفاسير: |
Benefits of the Verses on this page:
• الكفر ملة واحدة وإن اختلفت أجناس أهله وأماكنهم، فهم يتشابهون في كفرهم وقولهم على الله بغير علم.
• Küfür, insanların və məkanların müxtəlifliyindən aslı olmayaraq hamısı bir millətdir. Onlar Allah barədə elmsiz danışmaqları və küfürləri cəhətindən bir-birlərinə bənzərlər. info

• أعظم الناس جُرْمًا وأشدهم إثمًا من يصد عن سبيل الله، ويمنع من أراد فعل الخير.
• İnsanlar içərisində ən böyük günah sahibi Allah yolundan uzaqlaşdıran və ya xeyirxah işlər görməyə mane olan kimsədir. info

• تنزّه الله تعالى عن الصاحبة والولد، فهو سبحانه لا يحتاج لخلقه.
• Uca Allah Özünə zövcə və övlad seçməsindən uzaqdır. Pak Olan Allahın Öz yaratdıqlarına ehtiyacı yoxdur. info