Check out the new design

Translation of the Meanings of the Noble Qur'an - Azerbaijani translation of Al-Mukhtsar in interpretation of the Noble Quran * - Translations’ Index


Translation of the meanings Ayah: (60) Surah: An-Noor
وَٱلۡقَوَٰعِدُ مِنَ ٱلنِّسَآءِ ٱلَّٰتِي لَا يَرۡجُونَ نِكَاحٗا فَلَيۡسَ عَلَيۡهِنَّ جُنَاحٌ أَن يَضَعۡنَ ثِيَابَهُنَّ غَيۡرَ مُتَبَرِّجَٰتِۭ بِزِينَةٖۖ وَأَن يَسۡتَعۡفِفۡنَ خَيۡرٞ لَّهُنَّۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٞ
Evlənmək istəyi qalmayıb, yaşlılıq səbəbindən heyzdən kəsilən və hamilə qalmaları da mümkün olmayan yaşlı qadınların, örtülməsi əmr olunduğu gizlində olan zinət yerlərini açmamaq şərti ilə, ayıb yer­lə­ri­ni gös­tər­mə­dən baş örtüklərini və üst geyimlərini soyunma­sında onlara günah yox­dur. Lakin daha iffətli və örtülü olmaları üçün baş örtüklərini və üst geyimlərini soyunmamaları on­lar üçün daha xeyir­lidir. Allah söylədiklərinizi eşidən­dir, əməllərinizi bilən­dir. Ona heç bir şey əsla gizli qalmaz. O, etdiyiniz əməllərin qarşılığını sizə verəcəkdir.
Arabic explanations of the Qur’an:
Benefits of the verses in this page:
• جواز وضع العجائز بعض ثيابهنّ لانتفاء الريبة من ذلك.
• Evlənmək istəyi olmayan yaşlı qadınların, şübhə ehtimalının aradan qalxması səbəbi ilə baş örtüklərini və üst geyimlərini soyunma­sında günah yox­dur.

• الاحتياط في الدين شأن المتقين.
• Dində ehtiyatlı davranmaq, Allahdan qorxan müttəqilərin sifətlərindəndir.

• الأعذار سبب في تخفيف التكليف.
• Üzr sahibi olmaq, dinin öhdəliklərini yüngülləşdirən səbəblərdən biridir

• المجتمع المسلم مجتمع التكافل والتآزر والتآخي.
• Müsəlman cəmiyyəti: dayanıqlı, bir-birinə yardım edən və öz aralarında qarşılıqlı sevğı və məhəbbət bağlarını möhkəmlədən qardaş bir cəmiyyətdir.

 
Translation of the meanings Ayah: (60) Surah: An-Noor
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - Azerbaijani translation of Al-Mukhtsar in interpretation of the Noble Quran - Translations’ Index

Issued by Tafsir Center for Quranic Studies

close