Translation of the Meanings of the Noble Qur'an - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Translations’ Index


Translation of the meanings Ayah: (40) Surah: An-Naml
قَالَ ٱلَّذِي عِندَهُۥ عِلۡمٞ مِّنَ ٱلۡكِتَٰبِ أَنَا۠ ءَاتِيكَ بِهِۦ قَبۡلَ أَن يَرۡتَدَّ إِلَيۡكَ طَرۡفُكَۚ فَلَمَّا رَءَاهُ مُسۡتَقِرًّا عِندَهُۥ قَالَ هَٰذَا مِن فَضۡلِ رَبِّي لِيَبۡلُوَنِيٓ ءَأَشۡكُرُ أَمۡ أَكۡفُرُۖ وَمَن شَكَرَ فَإِنَّمَا يَشۡكُرُ لِنَفۡسِهِۦۖ وَمَن كَفَرَ فَإِنَّ رَبِّي غَنِيّٞ كَرِيمٞ
Süleymanın yanında, kitabdan elmi olan və həmçinin Allahın əzəmətli adı ilə dua etdikdə dua dərhal qəbul olan o əzəmətli adını bilən saleh və bilikli bir kişi isə belə dedi: "Mən onun taxtını gözünü açıb yumanadək, Allaha dua edərək sənə gətirərəm!". Bunun ardından o Allaha dua etdi, Allahda onun duasına dərhal icabət etdi. Süleyman o taxtı ya­nında hazır durmuş görən kimi belə dedi: "Bu, mənə bəxş edilən nemətlərə şükürmü yoxsa nankorluqmu edəcəyimi imtaha etmək üçün uca Rəbbimin mənə olan bir lütfün­dəndir! Kim Allaha şükür etsə, ancaq öz xeyrinə şükür etmiş olar. Çünki Allah zəngindir, kiminsə Ona şükür etməsi Allaha heç bir fayda verməz. Kim də nankorluq edib, Allahın nemətlərinə şükür etməzsə, bilisin ki, Rəbbimin onun şükrünə ehtiyacı yoxdur və O kərəm sahibidir. Nankorluq edən kimsələrə nemətlər verməsi də, Onun kərəmindəndir!"
Arabic explanations of the Qur’an:
Benefits of the verses in this page:
• عزة الإيمان تحصّن المؤمن من التأثر بحطام الدنيا.
• İmanın izzəti, mömin kimsəni fani dünya malı ilə təsirlənməkdən qoruyur.

• الفرح بالماديات والركون إليها صفة من صفات الكفار.
• Maddiyyatla sevinmək və ona güvənmək kafirlərə xas olan sifətlərdəndir.

• يقظة شعور المؤمن تجاه نعم الله.
• Mömin kimsənin daima öz üzərində uca Allahın nemətlərini hiss etməsi.

• اختبار ذكاء الخصم بغية التعامل معه بما يناسبه.
• Düşmənlə münasib bir şəkildə davranmaq üçün əvvəlcədən onun qavrama qabiliyyətini yoxlamaq caizdir.

• إبراز التفوق على الخصم للتأثير فيه.
• Düşmənlərə təsir etmək üçün onlara qarşı sahib olunan üstün cəhətlərin göstərilməsi caizdir.

 
Translation of the meanings Ayah: (40) Surah: An-Naml
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Translations’ Index

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

close