Check out the new design

Translation of the Meanings of the Noble Qur'an - Azerbaijani translation of Al-Mukhtsar in interpretation of the Noble Quran * - Translations’ Index


Translation of the meanings Surah: Al-‘Ankabūt   Ayah:
وَمَا هَٰذِهِ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَآ إِلَّا لَهۡوٞ وَلَعِبٞۚ وَإِنَّ ٱلدَّارَ ٱلۡأٓخِرَةَ لَهِيَ ٱلۡحَيَوَانُۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ
Bu dünya həyatı - içindəki ləzzət və zövq-səfalarla birlikdə - qəlbi ona bağlı olan kimsələr üçün əylən­cə və oyundan başqa bir şey deyildir. Davamlı olmayan, tükənən nemətlərdir. Axi­rət yurdu isə, əbədi olduğuna görə, həqiqi həyatdır. Kaş, əbədi nemətləri fani dünya həyatına dəyişdiklərini bi­ləydi­lər!
Arabic explanations of the Qur’an:
فَإِذَا رَكِبُواْ فِي ٱلۡفُلۡكِ دَعَوُاْ ٱللَّهَ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَ فَلَمَّا نَجَّىٰهُمۡ إِلَى ٱلۡبَرِّ إِذَا هُمۡ يُشۡرِكُونَ
Müşriklər gəmiyə minib dənizə çıxdıqları zaman, dini yalnız Allaha məxsus edə­rək, Ona yalvarır­lar ki, onları suya qərq olmaqdan qorusun. Allah onları bu təhlükədən xilas etdikdən sonra isə, yenə Ona şərik qoşur, Onunla yanaşı başqa ilahlara da yalvarırlar.
Arabic explanations of the Qur’an:
لِيَكۡفُرُواْ بِمَآ ءَاتَيۡنَٰهُمۡ وَلِيَتَمَتَّعُواْۚ فَسَوۡفَ يَعۡلَمُونَ
Müşriklər onlara bəxş etdiyimiz nemətlərə nan­kor­luq edib, hələlik, özlərinə verilən dünya həyatının zövqü-səfası ilə əy­lənsinlər. Lakin öldükləri vaxt bunun pis aqibətini görəcəklər.
Arabic explanations of the Qur’an:
أَوَلَمۡ يَرَوۡاْ أَنَّا جَعَلۡنَا حَرَمًا ءَامِنٗا وَيُتَخَطَّفُ ٱلنَّاسُ مِنۡ حَوۡلِهِمۡۚ أَفَبِٱلۡبَٰطِلِ يُؤۡمِنُونَ وَبِنِعۡمَةِ ٱللَّهِ يَكۡفُرُونَ
Allahın nemətlərini inkar edən o nankorlar Allahın onları suda boğulmaqdan xilas etdiyini, üstəlik, ətraflarındakı insanlar yaxalandıqları - öldürüldükləri, əsir götürüldükləri, qadınları cariyə, uşaqları da kölə edildikləri, mallaır da qəsb edildiyi halda, Məkkəni onlar üçün müqəddəs, təhlükəsiz - canlarının və mallarının qorunduğu bir yer etdiyini görmürlərmi?! Onlar batil bütlərə iman gətirib, Allahın onlara bəxş etdiyi neməti inkar edir və Ona şükür etmirlərmi?
Arabic explanations of the Qur’an:
وَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوۡ كَذَّبَ بِٱلۡحَقِّ لَمَّا جَآءَهُۥٓۚ أَلَيۡسَ فِي جَهَنَّمَ مَثۡوٗى لِّلۡكَٰفِرِينَ
Allahın şəriki olduğunu iddia edərək Ona qarşı yalan uyduran, yaxud Onun rəsulunun - səllallahu aleyhi və səlləm - gətirdiyi haqqı yalan sayan kəsdən daha zalım kim ola bilər?! Şəkk yoxdur ki, Cəhənnəmdə kafirlər və onların bənzərləri üçün yer vardır.
Arabic explanations of the Qur’an:
وَٱلَّذِينَ جَٰهَدُواْ فِينَا لَنَهۡدِيَنَّهُمۡ سُبُلَنَاۚ وَإِنَّ ٱللَّهَ لَمَعَ ٱلۡمُحۡسِنِينَ
Bizim rizamızı qazanmaq üçün canları ilə cihad edən­ləri müt­ləq Öz doğru yolumuza müvəffəq edəcəyik. Şüb­həsiz ki, Allah köməki, yardımı və zəfəri ilə muhsinlərlə birgədir.
Arabic explanations of the Qur’an:
Benefits of the verses in this page:
• لجوء المشركين إلى الله في الشدة ونسيانهم لأصنامهم، وإشراكهم به في الرخاء؛ دليل على تخبطهم.
Müşriklərin sıxıntı anında öz bütlərini unudub, Allaha sığınmaları, xoş güzəranda da onları Allaha şərik qoşmaları, onların ağıldan kəm olduqlarını göstərir.

• الجهاد في سبيل الله سبب للتوفيق إلى الحق.
Allah yolunda cihad etmək haqqa müvəffəq olmaq üçün səbəbdir.

• إخبار القرآن بالغيبيات دليل على أنه من عند الله.
Quranın qeybdən xəbər verməsi, onun Allahdan nazil olduğuna dəlalət edir.

 
Translation of the meanings Surah: Al-‘Ankabūt
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - Azerbaijani translation of Al-Mukhtsar in interpretation of the Noble Quran - Translations’ Index

Issued by Tafsir Center for Quranic Studies

close