Translation of the Meanings of the Noble Qur'an - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Translations’ Index


Translation of the meanings Ayah: (39) Surah: Fussilat
وَمِنۡ ءَايَٰتِهِۦٓ أَنَّكَ تَرَى ٱلۡأَرۡضَ خَٰشِعَةٗ فَإِذَآ أَنزَلۡنَا عَلَيۡهَا ٱلۡمَآءَ ٱهۡتَزَّتۡ وَرَبَتۡۚ إِنَّ ٱلَّذِيٓ أَحۡيَاهَا لَمُحۡيِ ٱلۡمَوۡتَىٰٓۚ إِنَّهُۥ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ
Allahın əzəmətinə, vəhdaniyyətinə və ölüləri dirltməyə qadir olduğuna dəlalət edən dəlillətrdəndir ki, sən yer üzünün qupquru olduğunu, orada heç bir bitki olmadığını görürsən. Biz onun üzərinə yağış endir­dikdə isə, içindəki toxumların cücərməsindən dolayı o, hərəkətə gəlib qa­ba­rır. Şüb­hə­siz ki, o ölü torpağı bitkilərlə dirildən Allah, ölü­ləri də hökmən dirildib, haqq-hesaba çəkilmələri və etdikləri əməllərin əvəzini almaq üçün məhşərə toplayacaq. Həqiqətən, O, hər şeyə qa­dirdir. O, nə ölü torpağı canlandırmaqdan, nə də ölüləri dirildib qəbirlərindən çıxartmaqdan acizdir.
Arabic explanations of the Qur’an:
Benefits of the verses in this page:
• حَفِظ الله القرآن من التبديل والتحريف، وتَكَفَّل سبحانه بهذا الحفظ، بخلاف الكتب السابقة له.
Allah Quranı hər cür dəyişdirilmədən və təhrifdən qorumuş, əvvəlki (səmavi) kitablardan fərqli olaraq, onu qorumağı Öz öhdəsinə götürmüşdür.

• قطع الحجة على مشركي العرب بنزول القرآن بلغتهم.
Quranın ərəb dilində nazil edilməsi, bu dildə danışan müşrik ərəblərin əleyhinə dəlildir.

• نفي الظلم عن الله، وإثبات العدل له.
Allahın zülm etməsini inkar edib, Onun ədalətli olduğunu isbat etmək.

 
Translation of the meanings Ayah: (39) Surah: Fussilat
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Translations’ Index

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

close