Translation of the Meanings of the Noble Qur'an - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Translations’ Index


Translation of the meanings Ayah: (17) Surah: Al-Jāthiyah
وَءَاتَيۡنَٰهُم بَيِّنَٰتٖ مِّنَ ٱلۡأَمۡرِۖ فَمَا ٱخۡتَلَفُوٓاْ إِلَّا مِنۢ بَعۡدِ مَا جَآءَهُمُ ٱلۡعِلۡمُ بَغۡيَۢا بَيۡنَهُمۡۚ إِنَّ رَبَّكَ يَقۡضِي بَيۡنَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فِيمَا كَانُواْ فِيهِ يَخۡتَلِفُونَ
Biz onlara haqqı batildən ayırd edən dəlillər vermişdik. Onlar yalnız özlərinə dəlil-sübut göstərildikdən - Muhəmməd (səllallahu aleyhi və səlləm) peyğəmbər göndərildikdən sonra ixtilafa düşdülər. Bu ixtilafa düşmələrinin səbəbi isə yalnız vəzifəyə və şan-şöhrətə olan hərislikdən irəli gələn ədavətdən dolayı olmuşdur. Ey Peyğəmbər! Şübhəsiz ki, sənin Rəbbin onların dünyada ixtilafa düşdükləri məsələlər barəsində qiyamət günü onların arasında hökm verəcək, kimin haqq və kimin də batil olduğunu bəyan edəcəkdir.
Arabic explanations of the Qur’an:
Benefits of the verses in this page:
• العفو والتجاوز عن الظالم إذا لم يُظهر الفساد في الأرض، ويَعْتَدِ على حدود الله؛ خلق فاضل أمر الله به المؤمنين إن غلب على ظنهم العاقبة الحسنة.
Zalım bir kimsə yer üzündə fitnə-fəsad törətmədiyi və Allahın qoyduğu hüdudları aşmadığı müddətcə onu əfv etmək və onun təqsirindən keçmək, (möminə yaraşan) üstün cəhətidir. Allah möminlərə, zalım bir kimsənin islah olunacağını zənn etdikləri təqdirdə onu əfv edib təqsirindən keçmələrini əmr etmişdir.

• وجوب اتباع الشرع والبعد عن اتباع أهواء البشر.
Şəriətə tabe olmağın və bəşər övladının istəklərinə uymamağın vacib olması.

• كما لا يستوي المؤمنون والكافرون في الصفات، فلا يستوون في الجزاء.
Möminlər və kafirlər malik olduqları əxlaqi xislətlərdə eyni olmadıqları kimi, əməllərinin əvəzini almaq xüsusunda da eyni deyillər.

• خلق الله السماوات والأرض وفق حكمة بالغة يجهلها الماديون الملحدون.
Allah göyləri elə böyük hikmətlə yaratmışdır ki, materialistlər və ateistlər bundan qafildirlər.

 
Translation of the meanings Ayah: (17) Surah: Al-Jāthiyah
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Translations’ Index

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

close