Translation of the Meanings of the Noble Qur'an - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Translations’ Index


Translation of the meanings Ayah: (35) Surah: Al-Ahqāf
فَٱصۡبِرۡ كَمَا صَبَرَ أُوْلُواْ ٱلۡعَزۡمِ مِنَ ٱلرُّسُلِ وَلَا تَسۡتَعۡجِل لَّهُمۡۚ كَأَنَّهُمۡ يَوۡمَ يَرَوۡنَ مَا يُوعَدُونَ لَمۡ يَلۡبَثُوٓاْ إِلَّا سَاعَةٗ مِّن نَّهَارِۭۚ بَلَٰغٞۚ فَهَلۡ يُهۡلَكُ إِلَّا ٱلۡقَوۡمُ ٱلۡفَٰسِقُونَ
Ey Peyğəmbər! Elçilərdən möhkəm iradə sahib­lə­rinin - Nuh, İbrahim, Musa və İsanın (aleyhimussəlam) səbir etdiyi kimi, sən də, qövmünün səni yalançı saymasına səbir et! Sən onlara əzabın tez gəlməsini istəmə. Sənin qövmün arasındakı haqqı yalan sayanlar özlərinə vəd edilmiş əzabı axirətdə görəcəkləri gün, əzablarının uzun müddət davam etdiyindən dolayı, dünyada gündüzün bircə saatı qədər qal­dıqlarını güman edəcəklər. Muhəmmədə (səllallahu aleyhi və səlləm) nazil edilmiş bu Quran insanlar və cinlər üçün bir təb­liğdir və bu onları xəbərdar etmək üçün kifayət edər. Şübhəsiz ki, küfr və asilik etməklə Allahın itaətindən çıxmış kimsələrdən başqası əzabla həlak edilməz.
Arabic explanations of the Qur’an:
Benefits of the verses in this page:
• من حسن الأدب الاستماع إلى المتكلم والإنصات له.
Danışan insanı sakit duraraq dinləmək gözəl ədəbdəndir.

• سرعة استجابة المهتدين من الجنّ إلى الحق رسالة ترغيب إلى الإنس.
Doğru yola gəlmiş cinlərin tez bir zamanda haqqı qəbul etməsi, insanları buna rəğbətləndirmək üçün bir mesajdır.

• الاستجابة إلى الحق تقتضي المسارعة في الدعوة إليه.
Haqqı qəbul etmək, dərhal (başqalarını da) ona dəvət etməyi tələb edir.

• الصبر خلق الأنبياء عليهم السلام.
Səbir peyğəmbərlərin (aleyhimussəlam) əxlaqıdır.

 
Translation of the meanings Ayah: (35) Surah: Al-Ahqāf
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Translations’ Index

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

close