Translation of the Meanings of the Noble Qur'an - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Translations’ Index


Translation of the meanings Ayah: (15) Surah: Muhammad
مَّثَلُ ٱلۡجَنَّةِ ٱلَّتِي وُعِدَ ٱلۡمُتَّقُونَۖ فِيهَآ أَنۡهَٰرٞ مِّن مَّآءٍ غَيۡرِ ءَاسِنٖ وَأَنۡهَٰرٞ مِّن لَّبَنٖ لَّمۡ يَتَغَيَّرۡ طَعۡمُهُۥ وَأَنۡهَٰرٞ مِّنۡ خَمۡرٖ لَّذَّةٖ لِّلشَّٰرِبِينَ وَأَنۡهَٰرٞ مِّنۡ عَسَلٖ مُّصَفّٗىۖ وَلَهُمۡ فِيهَا مِن كُلِّ ٱلثَّمَرَٰتِ وَمَغۡفِرَةٞ مِّن رَّبِّهِمۡۖ كَمَنۡ هُوَ خَٰلِدٞ فِي ٱلنَّارِ وَسُقُواْ مَآءً حَمِيمٗا فَقَطَّعَ أَمۡعَآءَهُمۡ
Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi işlərdən çəkinən müttəqilərə vəd olunan (Qiyamət günü) daxil olacaqları Cən­nə­tin vəsfi belədir; orada, uzun müddət bir yerdə qaldığına görə iyi və dadı dəyişməyən sudan, dadı dəyişməyən süddən, içənlərə ləzzət verən şə­rab­dan və bir də tərkibindəki xəlitələrdən təmizlənmiş baldan çaylar var­dır. Orada onlar üçün istədikləri hər cür meyvə vardır. Bütün bunlardan əlavə Allah onların günahlarını bağışlayacaq və o günahlara görə onları cəzalandırmayacaq. Məgər bu mükafatlara layiq görülən kimsə, od içində əbədi olaraq qalıb oradan heç vaxt çıxmayacaq və istisi ba­ğır­saqlarını parça-par­ça edən qay­nar su içirdiləcək kimsə kimi ola bilərlərmi?!
Arabic explanations of the Qur’an:
Benefits of the verses in this page:
• اقتصار همّ الكافر على التمتع في الدنيا بالمتع الزائلة.
Kafirin yalnız bu dünyanın keçici zövqü ilə kef çəkib əylənməyə səy göstərməklə kifayətlənməsi.

• المقابلة بين جزاء المؤمنين وجزاء الكافرين تبيّن الفرق الشاسع بينهما؛ ليختار العاقل أن يكون مؤمنًا، ويختار الأحمق أن يكون كافرًا.
Möminə veriləcək mükafatla kafirə veriləcək cəzanın yan-yana qoyulması, onların arasındakı böyük fərqi açıq-aydın göstərir ki, ağıllı insan mömin olmağı, axmaq insan isə kafir olmağı seçsin.

• بيان سوء أدب المنافقين مع رسول الله صلى الله عليه وسلم.
Münafiqlərin Peyğəmbərə (səllallahu aleyhi və səlləm) qarşı olan ədəbsizliyini bəyanı.

• العلم قبل القول والعمل.
Elm, söz və əməldən qabaqdır.

 
Translation of the meanings Ayah: (15) Surah: Muhammad
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Translations’ Index

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

close