Translation of the Meanings of the Noble Qur'an - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Translations’ Index


Translation of the meanings Ayah: (38) Surah: Muhammad
هَٰٓأَنتُمۡ هَٰٓؤُلَآءِ تُدۡعَوۡنَ لِتُنفِقُواْ فِي سَبِيلِ ٱللَّهِ فَمِنكُم مَّن يَبۡخَلُۖ وَمَن يَبۡخَلۡ فَإِنَّمَا يَبۡخَلُ عَن نَّفۡسِهِۦۚ وَٱللَّهُ ٱلۡغَنِيُّ وَأَنتُمُ ٱلۡفُقَرَآءُۚ وَإِن تَتَوَلَّوۡاْ يَسۡتَبۡدِلۡ قَوۡمًا غَيۡرَكُمۡ ثُمَّ لَا يَكُونُوٓاْ أَمۡثَٰلَكُم
Budur, siz mal-dövlətinizin cüzi bir hissəsini Allah yolunda sərf etməyə çağırılan kimsələrsiniz. Allah sizdən malınızın hamısını sərf etməyi tələb etmir. İçərinizdə xəsislik edib tələb olunan malı sərf etmək istəməyənlər də vardır. Kim malının bir hissəsini Allah yolunda xərcləməyə xəsislik edərsə, əslində o, özünü Allah yolunda xərcləmək savabından məhrum erdərək an­caq öz əleyhinə xəsislik etmiş olar. Allah Zəngin və sizin (malınızdan Onun yolunda) xərcləməyinizə ehtiyacı yoxdur, sizlər isə Ona möhtacsınız. Əgər İslamdan dönüb küfrə qayıtsanız, O sizi məhv edər və yerinizə sizlər kimi olmayan, Allaha itaət edən başqa bir qövm gətirər.
Arabic explanations of the Qur’an:
Benefits of the verses in this page:
• سرائر المنافقين وخبثهم يظهر على قسمات وجوههم وأسلوب كلامهم.
Münafiqlərin sirləri və murdarlıqları üzlərinin cizgilərində və danışıq üslüblarında hiss olunur.

• الاختبار سُنَّة إلهية لتمييز المؤمنين من المنافقين.
Sınağa çəkmək, möminləri münafiqlərdən ayırd etmək üçün ilahi bir qanundur.

• تأييد الله لعباده المؤمنين بالنصر والتسديد.
Allahın Öz mömin qullarına zəfər bəxş etmək və onları düz yola yönəltməklə onlara kömək etməsi.

• من رفق الله بعباده أنه لا يطلب منهم إنفاق كل أموالهم في سبيل الله.
İnsanlardan, mallarının hamısını Allah yolunda xərcləməyi tələb edilməməsi Uca Allahın Öz qullarına göstərdiyi lütfündəndir.

 
Translation of the meanings Ayah: (38) Surah: Muhammad
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Translations’ Index

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

close