Translation of the Meanings of the Noble Qur'an - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Translations’ Index


Translation of the meanings Ayah: (37) Surah: Al-An‘ām
وَقَالُواْ لَوۡلَا نُزِّلَ عَلَيۡهِ ءَايَةٞ مِّن رَّبِّهِۦۚ قُلۡ إِنَّ ٱللَّهَ قَادِرٌ عَلَىٰٓ أَن يُنَزِّلَ ءَايَةٗ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ
Müşriklər iman gətirməkdən inadkarlıq edərək dedilər: "Niyə Muhəmmədə - səllallahu aleyhi və səlləm - Rəb­bin­dən onun gətirdiyi dinin doğru olmasını təsdiqləyən fövqəladə bir möcüzə en­diril­mə­yib?" Ey Peyğəmbər! De: "Şüb­hə­siz ki, Allah onların istədikləri fövqəladə bir möcüzəni endirməyə qa­­dir­dir. La­­kin bunu tələb edən müşriklərin çoxu fövqəladə bir möcüznin enməsinin heç də onların tələbi ilə deyil əksinə, bunun Uca Allahın hikməti ilə olduğunu bil­mir, çünki Allah onların istədiklərini endirsə bundan sonra da onlar iman gətirməsələr Allah onları həlak edər".
Arabic explanations of the Qur’an:
Benefits of the verses in this page:
• تشبيه الكفار بالموتى؛ لأن الحياة الحقيقية هي حياة القلب بقَبوله الحق واتباعه طريق الهداية.
• Kafirləri ölülərə bənzətmək. Çünki həqiqi həyat, qəlbin həyatıdır, buna nail olmaq isə haqqı qəbul etmək və haqqa tabe olaraq doğru yola yönəlməklə mümükündür.

• من حكمة الله تعالى في الابتلاء: إنزال البلاء على المخالفين من أجل تليين قلوبهم وردِّهم إلى ربهم.
• Uca Allahın insanları imtahan etmə hikmətindən biri də: Peyğəmbərlərə müxalif olan kimsələrin qəlblərinin yumşalması və onları Rəbbinə tərəf qaytarmaq üçün onlara bəla endirməsidir.

• وجود النعم والأموال بأيدي أهل الضلال لا يدل على محبة الله لهم، وإنما هو استدراج وابتلاء لهم ولغيرهم.
• Zəlalət əhlinin əlinidə olan mal-dövlət və naz-nemətlər heç də Allahın onları sevdiyinə dəlalət etməz, bu yalnız Allahın onlara və qeyrilərinə qəfildən bəla göndərməsi üçündür.

 
Translation of the meanings Ayah: (37) Surah: Al-An‘ām
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Translations’ Index

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

close