Translation of the Meanings of the Noble Qur'an - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Translations’ Index


Translation of the meanings Surah: Nūh   Ayah:

Nuh

Purposes of the Surah:
بيان منهج الدعوة للدعاة، من خلال قصة نوح.
Nuhun əhvalatı sayəsində dəvətçilərə dəvətin üslubunu bəyan edilməsi.

إِنَّآ أَرۡسَلۡنَا نُوحًا إِلَىٰ قَوۡمِهِۦٓ أَنۡ أَنذِرۡ قَوۡمَكَ مِن قَبۡلِ أَن يَأۡتِيَهُمۡ عَذَابٌ أَلِيمٞ
Həqiqətən, Biz Nuhu öz qövmünə peyğəmbər göndərdik ki, onların Allaha şərik qoşurdularına görə özlərinə şiddətli bir əzab gəlməzdən əvvəl onları dəvət edib qorxutsun.
Arabic explanations of the Qur’an:
قَالَ يَٰقَوۡمِ إِنِّي لَكُمۡ نَذِيرٞ مُّبِينٌ
Nuh öz qövmünə dedi: "Ey qövmüm! Şübhəsiz ki, mən sizi, Allaha tövbə etmədyəcəyiniz təqdirdə düçar olacağınız əzabla açıq-aydın xəbərdar edən bir peyğəmbərəm!
Arabic explanations of the Qur’an:
أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱتَّقُوهُ وَأَطِيعُونِ
Xəbərdarlığımın əsas məğzi budur ki, sizə deyim: Yalnız Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın, Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi şeylərdən çəkinməklə Ondan qorxun və bir də, sizə əmr etdiyim işlərdə mənə itaət edin!
Arabic explanations of the Qur’an:
يَغۡفِرۡ لَكُم مِّن ذُنُوبِكُمۡ وَيُؤَخِّرۡكُمۡ إِلَىٰٓ أَجَلٖ مُّسَمًّىۚ إِنَّ أَجَلَ ٱللَّهِ إِذَا جَآءَ لَا يُؤَخَّرُۚ لَوۡ كُنتُمۡ تَعۡلَمُونَ
Əgər siz belə etsəniz -qulların haqları istisna olmaqla- Allah sizin günahlarınızdan keçər və sizə bu həyatda, Allahın elminə görə əzəldən lövhi-məhfuzda təyin edilmiş vaxtadək möhlət verər və siz qədəriniz qədər orada ömür sürərsiniz. Həqiqətən, ölüm gəldiyi zaman əsla təxirə salınmaz. Əgər bilsəydiniz, Allaha iman gətirməyə, həmçinin, şirk və azğınlıq etdiyinizə görə Ona tövbə etməyə tələsərdiniz".
Arabic explanations of the Qur’an:
قَالَ رَبِّ إِنِّي دَعَوۡتُ قَوۡمِي لَيۡلٗا وَنَهَارٗا
Nuh dedi: "Ey Rəbbim! Mən gecə-gündüz davamlı olaraq qövmümü Sənə ibadət etməyə və Sənin təkliyini qəbul etməyə dəvət etdim.
Arabic explanations of the Qur’an:
فَلَمۡ يَزِدۡهُمۡ دُعَآءِيٓ إِلَّا فِرَارٗا
Lakin dəvətim onların dəvət etdiyimdən qaçmalarını və uzaqlaşmalarını daha da artırdı.
Arabic explanations of the Qur’an:
وَإِنِّي كُلَّمَا دَعَوۡتُهُمۡ لِتَغۡفِرَ لَهُمۡ جَعَلُوٓاْ أَصَٰبِعَهُمۡ فِيٓ ءَاذَانِهِمۡ وَٱسۡتَغۡشَوۡاْ ثِيَابَهُمۡ وَأَصَرُّواْ وَٱسۡتَكۡبَرُواْ ٱسۡتِكۡبَارٗا
Mən hər dəfə onları günahlarının bağışlanmasına səbəb olan işlərə - yalnız Sənə ibadət etməyə, habelə, Sənə və Sənin rəsuluna itaət etməyə dəvət etdikdə, mənim dəvətimi eşitməsinlər deyə, barmaqlarını qulaqlarına tıxayır və məni görməsinlər deyə, libaslarının ətəyini üzünə tutur, üstəlik, şirk etmələrinə davam edir və dəvət etdiyim haqqı qəbul etməyib, ona qulaq asmayıb təkəbbürlük göstərirlər.
Arabic explanations of the Qur’an:
ثُمَّ إِنِّي دَعَوۡتُهُمۡ جِهَارٗا
Ey Rəbbim! Sonra mən onları aşkarcasına dəvət etdim.
Arabic explanations of the Qur’an:
ثُمَّ إِنِّيٓ أَعۡلَنتُ لَهُمۡ وَأَسۡرَرۡتُ لَهُمۡ إِسۡرَارٗا
Sonra mən onları müxtəlif dəvət üslublarımla, həm uca səslə, həm də gizlicə, asta səslə dəvət etdim
Arabic explanations of the Qur’an:
فَقُلۡتُ ٱسۡتَغۡفِرُواْ رَبَّكُمۡ إِنَّهُۥ كَانَ غَفَّارٗا
Və dedim: "Ey qövmüm! Rəbbinizə tövbə etməklə Ondan bağışlanma diləyin! Həqiqətən, pak və müqəddəs olan Allah Öz qullarından Ona tövbə edənləri çox bağışlayandır!
Arabic explanations of the Qur’an:
Benefits of the verses in this page:
• خطر الغفلة عن الآخرة.
Axirətdən qafil olmağın təhlükəsi.

• عبادة الله وتقواه سبب لغفران الذنوب.
Allaha ibadət etmək və Ondan qorxmaq, günahların bağışlanması üçün səbəbdir.

• الاستمرار في الدعوة وتنويع أساليبها حق واجب على الدعاة.
Dəvəti davamlı şəkildə, həm də müxtəlif üslublarla etmək dəvətçilərin öhdəsinə düşən vacib əməldir.

يُرۡسِلِ ٱلسَّمَآءَ عَلَيۡكُم مِّدۡرَارٗا
Əgər siz Allahdan bağışlanma diləsəniz, sizin yağışa ehtiyacınız olduğu müddətcə, O, sizin üzərinizə bol-bol yağış endirər, beləliklə də, sizə quraqlıq üz verməz,
Arabic explanations of the Qur’an:
وَيُمۡدِدۡكُم بِأَمۡوَٰلٖ وَبَنِينَ وَيَجۡعَل لَّكُمۡ جَنَّٰتٖ وَيَجۡعَل لَّكُمۡ أَنۡهَٰرٗا
O sizə çoxlu var-dövlət və oğul-uşaq bəxş edər, sizin üçün meyvəsindən yeyəcəyiniz bağlar və suyundan içəcəyiniz, üstəlik, əkin sahələrinizi və heyvanlarınızı suvaracağınız çaylar yaradar.
Arabic explanations of the Qur’an:
مَّا لَكُمۡ لَا تَرۡجُونَ لِلَّهِ وَقَارٗا
Ey qövmüm! Sizə nə olub ki, laqeyidlik göstərib Allaha asi olur və Onun əzəmətindən qorxmursunuz?
Arabic explanations of the Qur’an:
وَقَدۡ خَلَقَكُمۡ أَطۡوَارًا
O sizi əvvəlcə nütfə, sonra qan laxtası, sonra da ət parçası etməklə mərhələlərlə yaratdı.
Arabic explanations of the Qur’an:
أَلَمۡ تَرَوۡاْ كَيۡفَ خَلَقَ ٱللَّهُ سَبۡعَ سَمَٰوَٰتٖ طِبَاقٗا
Məgər Allahın yeddi göyü bir-birinin üstündə qat-qat necə yaratdığını görmürsünüz?
Arabic explanations of the Qur’an:
وَجَعَلَ ٱلۡقَمَرَ فِيهِنَّ نُورٗا وَجَعَلَ ٱلشَّمۡسَ سِرَاجٗا
Uca Allah ayı, dünya səmasında yer əhli üçün nur saçan, günəşi isə parlaq bir çıraq etdi.
Arabic explanations of the Qur’an:
وَٱللَّهُ أَنۢبَتَكُم مِّنَ ٱلۡأَرۡضِ نَبَاتٗا
Allah atanız Adəmi torpaqdan yaradaraq hamınızı oradan xəlq etmiş, sonra da, siz yerin sizin üçün bitirdiklərindən yeyirsiniz.
Arabic explanations of the Qur’an:
ثُمَّ يُعِيدُكُمۡ فِيهَا وَيُخۡرِجُكُمۡ إِخۡرَاجٗا
Siz öldükdən sonra O sizi ora qaytaracaq, sonra da sizi həşr olunmanız üçün oradan çıxardacaqdır.
Arabic explanations of the Qur’an:
وَٱللَّهُ جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ بِسَاطٗا
Yer üzərində rahat yaşayıb orada qərar tutasınız deyə Allah yeri sizin üçün ayaqlarınızın altına döşədi.
Arabic explanations of the Qur’an:
لِّتَسۡلُكُواْ مِنۡهَا سُبُلٗا فِجَاجٗا
Allah bunu, yer üzündə geniş yollarla hərəkət edib orada halal ruzi qazanmanız üçün etdi.
Arabic explanations of the Qur’an:
قَالَ نُوحٞ رَّبِّ إِنَّهُمۡ عَصَوۡنِي وَٱتَّبَعُواْ مَن لَّمۡ يَزِدۡهُ مَالُهُۥ وَوَلَدُهُۥٓ إِلَّا خَسَارٗا
Nuh dedi: "Ey Rəbbim! Mən qövmümə Sənin tək İlah olduğunu qəbul etməyi və təkcə Sənə ibadət etməyi buyurdum, lakin onlar mənə asi oldular, üstəlik, Sənin mal-dövlət və övlad verdiyin alçaq rəhbərlərə tabe oldular. Sənin onlara verdiyin nemətlər onların yalnız azğınlığını artırdı.
Arabic explanations of the Qur’an:
وَمَكَرُواْ مَكۡرٗا كُبَّارٗا
Onların böyükləri aralarındakı səfeh kimsələri Nuha qarşı qaldırmaqla böyük bir hiylə işlətdilər.
Arabic explanations of the Qur’an:
وَقَالُواْ لَا تَذَرُنَّ ءَالِهَتَكُمۡ وَلَا تَذَرُنَّ وَدّٗا وَلَا سُوَاعٗا وَلَا يَغُوثَ وَيَعُوقَ وَنَسۡرٗا
Və tabeçiliyində olanlara belə dedilər: "Öz məbudlarınıza olan ibadətinizi tərk etməyin. Tanrılarınız Vəddə, Suvaya, Yəğusa, Yəuqa və Nəsrə ibadət emtəkdən vaz keçməyin!"
Arabic explanations of the Qur’an:
وَقَدۡ أَضَلُّواْ كَثِيرٗاۖ وَلَا تَزِدِ ٱلظَّٰلِمِينَ إِلَّا ضَلَٰلٗا
Artıq onlar bu bütlər sayəsində insanların çoxunu azdırmışlar. Ey Rəbbim! Sən də, küfr və asilik etməkdə israrlı olub özlərinə zülm etmiş kimsələrə azğınlıqdan başqa bir şey artırma".
Arabic explanations of the Qur’an:
مِّمَّا خَطِيٓـَٰٔتِهِمۡ أُغۡرِقُواْ فَأُدۡخِلُواْ نَارٗا فَلَمۡ يَجِدُواْ لَهُم مِّن دُونِ ٱللَّهِ أَنصَارٗا
Onlar hələ dünyada ikən etdikləri günahlara görə qasırğalı dənizdə suya qərq edildilər və öldükdən dərhal sonra Cəhənnəmə atıldılar. Özlərinə Allahdan savayı onları suda batmaqdan və odda yanmaqdan qurtaracaq köməkçilər tapa bilmədilər!
Arabic explanations of the Qur’an:
وَقَالَ نُوحٞ رَّبِّ لَا تَذَرۡ عَلَى ٱلۡأَرۡضِ مِنَ ٱلۡكَٰفِرِينَ دَيَّارًا
Allah Nuha, onun qövmündən artıq iman gətirmiş kimsələrdən başqa heç kəsin iman gətirməyəcəyini xəbər everdikdə, o dedi: "Ey Rəbbim! Kafirlərdən yer üzündə bir nəfərin belə gəzməsinə və ya hərəkət etməsinə imkan vermə!
Arabic explanations of the Qur’an:
إِنَّكَ إِن تَذَرۡهُمۡ يُضِلُّواْ عِبَادَكَ وَلَا يَلِدُوٓاْ إِلَّا فَاجِرٗا كَفَّارٗا
Ey Rəbbimiz! Əgər Sən, onları sağ buraxsan və onlara möhlət versən, onlar Sənin mömin qullarını azdıracaq, həm də, Sənə itaət etməyən və Sənin nemətlərinə şükr etməyən günahkar övladlar doğub-törəyəcəklər.
Arabic explanations of the Qur’an:
رَّبِّ ٱغۡفِرۡ لِي وَلِوَٰلِدَيَّ وَلِمَن دَخَلَ بَيۡتِيَ مُؤۡمِنٗا وَلِلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِۖ وَلَا تَزِدِ ٱلظَّٰلِمِينَ إِلَّا تَبَارَۢا
Ey Rəbbim! Mənim bağışla, valideynlərimin bağışla, evimə mömin kimi daxil olanların və bütün mömin kişi və qadınların günahlarını bağışla! Küfr etmək və günah işlər görməklə özlərinə zülm edən kimsələrin isə yalnız həlakını və xüsranını artır".
Arabic explanations of the Qur’an:
Benefits of the verses in this page:
• الاستغفار سبب لنزول المطر وكثرة الأموال والأولاد.
Allahdan bağışlanma diləmək, yağışın yağması, mal-dövlətin və oğul-uşağın çoxalması üçün səbəbdir.

• دور الأكابر في إضلال الأصاغر ظاهر مُشَاهَد.
Rəhbərlərin öz tabeçiliklərində olanları azdırması üçün etdikləri təsir açıq-aşkar göz qabağındadır.

• الذنوب سبب للهلاك في الدنيا، والعذاب في الآخرة.
Günahlar, bu dünyada həlak olmaq, axirətdə isə əzaba düçar olmaq üçün səbəbdir.

 
Translation of the meanings Surah: Nūh
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Translations’ Index

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

close