Translation of the Meanings of the Noble Quran - Azerbaijani translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
9 : 72

وَأَنَّا كُنَّا نَقۡعُدُ مِنۡهَا مَقَٰعِدَ لِلسَّمۡعِۖ فَمَن يَسۡتَمِعِ ٱلۡأٓنَ يَجِدۡ لَهُۥ شِهَابٗا رَّصَدٗا

Halbuki daha öncə biz göyün bəzi yerlərində oturub mələklərin söhbətinə qulaq asır və onlardan eşitdiyimiz sözləri yerdəki kahinlərə çatdırırdıq. Artıq vəziyyət dəyişib, indi bizlərdən kim onları dinləmək istəsə, o, pusquda onu gözləyən, yaxınlaşdıqda isə onun üstünə göndərilib onu yandırıb-yaxan alova rast gələr. info
التفاسير: |
Benefits of the Verses on this page:
• تأثير القرآن البالغ فيمَنْ يستمع إليه بقلب سليم.
Bəlağətli Quranın onu salamat, daxilində şəkk-şübhə olmayan qəlblə dinləyən kimsəyə təsir göstərməsi. info

• الاستغاثة بالجن من الشرك بالله، ومعاقبةُ فاعله بضد مقصوده في الدنيا.
Cinlərə sığınaraq onlardan yardım diləmək Allaha şərik qoşmaqdır. Bunu edən kimsənin cəzası isə dünyadakı qəsdinin əksi olaraq köməksiz qalmasıdır. info

• بطلان الكهانة ببعثة النبي صلى الله عليه وسلم.
Muhəmməd (səllallahu aleyhi və səlləm) peyğəmbər göndərildikdən sonra kahinliyin batil olması. info

• من أدب المؤمن ألا يَنْسُبَ الشرّ إلى الله.
Şər işləri Allaha nisbət etməmək mömin kimsənin ədəblərindəndir. info