Translation of the Meanings of the Noble Qur'an - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Translations’ Index


Translation of the meanings Ayah: (29) Surah: Al-Anfāl
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِن تَتَّقُواْ ٱللَّهَ يَجۡعَل لَّكُمۡ فُرۡقَانٗا وَيُكَفِّرۡ عَنكُمۡ سَيِّـَٔاتِكُمۡ وَيَغۡفِرۡ لَكُمۡۗ وَٱللَّهُ ذُو ٱلۡفَضۡلِ ٱلۡعَظِيمِ
Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Bilin ki, əgər siz Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Allah­dan qorxsanız, O sizə haqla batili ayırd etmə ba­carığı ve­rər, bundan sonra qəlbinizdə heç bir şübhə qalmaz, Allah sizin etdiyiniz pis əməllərdən keçər və sizin günah­ları­nızı ba­ğışlayar. Allah bö­yük lütf sahi­bidir. Allahın mütəqqi qulları üçün hazırladığı cənnət də, Onun böyük lütfündən biridir.
Arabic explanations of the Qur’an:
Benefits of the verses in this page:
• الشكر نعمة عظيمة يزيد بها فضل الله تعالى، وينقص عند إغفالها.
• Şükür etmək böyük nemətdir, insan Allaha şükür etdikcə Allahın insana olan neməti artar və şükürdən qafil olduqca nemət də azalar.

• للأمانة شأن عظيم في استقامة أحوال المسلمين، ما ثبتوا عليها وتخلقوا بها، وهي دليل نزاهة النفس واعتدال أعمالها.
• Əmanət müsəlmanların həyatında böyük əhəmiyyətə malikdir. Çünki əmanətə vəfalı olmaq, insanın nəfsinin təmizliyinə və ədalətli olmasına bir dəlildir.

• ما عند الله من الأجر على كَفِّ النفس عن المنهيات، خير من المنافع الحاصلة عن اقتحام المناهي لأجل الأموال والأولاد.
• İnsan, qadağan olunan əməllərdən əl çəkdiyinə görə Allah qatında onun üçün hazırlanmış əcr-mükafat, onun, var-dövlətin və oğul-uşağın artıb-çoxalması üçün qadağan olunan əməllərə baş vurmasından daha xeyirlidir.

• في الآيات بيان سفه عقول المعرضين؛ لأنهم لم يقولوا: اللَّهُمَّ إن كان هذا هو الحق من عندك فاهدنا إليه.
• Bu ayələrdə Allahdan üz çevirən kimsələrin səfeh olduqları əks etdirilmişdir. Çünki onlar: "Ey Allahım! Əgər bu Quran Sənin tərəfindən gəlmiş haqdırsa, o zaman bizi doğru yola yönəlt" – demək əvəzinə, "Ey Allahım! Əgər bu Quran Sənin tərəfindən gəlmiş haqdırsa, Onda başımıza göydən daş yağdır və ya bizə şiddətli bir əzab göndər!" – demişdilər.

• في الآيات فضيلة الاستغفار وبركته، وأنه من موانع وقوع العذاب.
• Bu ayələrdə Allahdan bağışlanma diləməyin fəziləti, bu əməlin bərəkətli olması və onun, əzabın nazil olmasına mane alan amillərdən biri olduğuna dair dəlil vardır.

 
Translation of the meanings Ayah: (29) Surah: Al-Anfāl
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Translations’ Index

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

close